İdman

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
İş günü
Sağlamlığ
Mədəniyyət
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#122(346)
Təkcə "Turan AİR" xal itirməyib İkinci turda oyunu təxirə salınan çempion keçirdiyi yeganə görüşdə qalib gəlib

Futzal üzrə milli çempionatın ikinci turu təqvim-cədvələ əsasən sentyabrın 30-da başlamalı idi. Lakin matçların təşkil edildiyi Bakı İdman Sarayında Həzi Aslanovun xatirəsinə beynəlxalq cüdo turniri keçirildiyindən, görüşlərin vaxtı dəyişdirilib. Dünən ikinci turun 3 qarşılaşması olub. Startda "Azərneftyanacaq"la heç-heçə (5:5) oyanayan "Viləş", "Gömrükçü" komandasını bütün oyun komponentlərində üstələyərək layiqli qələbə qazanıb - 7:2. Topların 4-nü Rizvan Fərzəliyev vurub. İlk turda da 3 dəfə fərqlənən bu hücumçu 7 topla bombardirlərin siyahısına başçılıq edir. "Azərneftyanacaq"-"Tribut" matçı gərgin mübarizə şəraitində keçib və 3:2 hesabıyla "Neftçilər"in xeyrinə başa çatıb. "AMMK/Azərsell"-"Qafqaz Universiteti" görüşü də maraqlı alınıb: "tələbələr" uduzsalar da (3:6), uzun müddət meydanda tam bərabər mübarizə gedib, lakin sonluğu uğruna keçirən "AMMK/Azərsell" çempionatda ilk qələbə qazanıb. Qitəmiqyaslı Çempionlar kuboku turinirində ölkəmizi təmsil edəcək. "Turan AİR" komandası ötən həftə hazırlıq məqsədilə Moskvada 5 günlük təlim-məşq toplanışında olub və Bakıya sentyabrın 30-dan oktyabrın 1-nə keçən gecə qayıdıb. Bu səbəbdən "Turan AİR"in "Qlobus"la görüşü başqa vaxta keçirilib.

Avropa çempionatından iki bürünclə döndülər

Boks üzrə gənclər arasında qitə birinciliyində iştirak edən komandamız vətənə iki bürünc medalla qayıtdı. Gənclər, İdman və Turizm Nazirliyindən aldığımız məlumata görə, Bosniya-Herseqovinanın paytaxtı Sarayevoda 34 ölkədən gəlmiş 210 dəri əlcək ustasının iştirakı ilə keçirilən qitə birinciliyində uğurla yarışan Ruslan Əlimuradov (81 kq) və Əlibəy Dudayev (91 kq) çempionatın bürünc mükafatlarına layiq görülüblər. Xatırladaq ki, baş məşqçi Şamil Əlimzanovun rəhbərliyi altında Sarayevoda 4 boksçumuz mübarizə aparıb. Digər iki təmsilçimiz - Etibar Tağıyev və Alim Kərimov uğur qazana bilməyiblər. Ümumi hesabda Rusiya komandası birinci, Ukrayna və Türkiyə boksçuları sonrakı yerləri bölüşüblər.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd