|
|
|
|
#122(346)
|
 |
|
XIII. Meyvələrin təqsiri nədir?
|
Ötən əsrin ortalarında Amerikada meyvələrə güclü hücum başlanmışdı. Bu hücum Porter adlı bir mütəxəssisin qidalar haqqında yazdığı əsərdən sonra bir qədər də genişləndi. Porter yazırdı: "Meyvərlə qidalanmaq-insanın dieta səhəsindəki yanlış vərdişlərindən biridir". Bir çox həkimlər də Porteri dəstəkləyərək, qeyd edirdilər ki, meyvə həzmolma prosesinə mənfi təsir göstərir. Lakin meyvəyə qənim kəsilmiş alim elə buradaca təsdiq edirdi ki, ayrılıqda yeyilən meyvə-heç bir fəsad törətmir, pis nəticələrə səbəb olmur.
Meyvəni ittiham edənlərin heç biri meyvənin digər qidalarla eyni vaxtda və hansı tənasübdə qəbul edilməsi barədə bilgiyə malik deyildi. Onlar, sadəcə, belə bir faktı əsas götürürdülər ki, meyvə-başqa qidalarla bərabər yeyildikdə müxtəlif fəsadlar verir.
Dünya şöhrətli alim, aclıqla müalicə metodunun şahı sayılan professor Herbert Şelton bu məsələyə aydınlıq gətirməsəydi, kim bilir, bəlkə də, ilahi tərəfindən insana əsas qida kimi pay verilmiş meyvələri Amerika, onun ardınca da digər ölkələrdə "xalq düşməni" elan edəcəkdilər, bəşəriyyəti uçurumun başına sürükləyəcəkdilər. Qidalanma prosesini mükəmməl bilən tədqiqatçı alim H.Şelton meyvələrin müdafiəsinə qalxdı və elmi əsaslarda sübut etdi ki, meyvələrin heç bir təqsiri yoxdur, təqsir - Ana Təbiətin sadə və əbədi qanunlarını addımbaşı pozan nadan insanların özündədir. Alim təkzibolunmaz faktlarla sübut etdi ki, meyvə süfrəni bəzəmək üçün deyil, insan orqanizminə lazım olan hər şeyi - Günəş enerjisini, vitaminləri, duzları və digər mikroelementləri bədənə səxavətlə daşıyan qidadır. Lakin qidada fayda deyil, yalnız ləzzət axtaran insanlar menyuda yuxarı başa əti, yağı, çörəyi, şokoladı və s. çıxardıb, indi də bunun cəzasını çəkirlər.
H.Şelton həm nəzəri cəhətdən, həm də praktiki olaraq sübut etdi ki, ayrıca yeyilən meyvə nə mədədə, nə də bağırsaqda fəsad verir, çox qısa vaxtda həzm olunur və qana sorularaq onu zənginləşdirir, təmizləyir. Kifayət qədər meyvə yeyən adamın mədə-bağırsaq traktı yaxşı işləyir, onun bədənində kristal cəmləşir.
Bu həqiqəti təkzib etməyə cəhd göstərənlər, meyvəni gödən salmağa çalışanlar indi də yox deyil. Yanıma məsləhətə gələn bəzi xəstələr də bu fikri təsdiq etməyə çalışırlar. Deyirlər ki, çoxlu meyvə yeyirəm, amma qanım düzəlmir, azar-bezar yaxamdan əl götürmür.
Mümkündür: bir çox adamlar həqiqətən də meyvə də yeyir, tərəvəz də, amma qanı düzəlmir, qarnı burnuna dəyir, peysəri günü-gündən yoğunlayır, çeşidli xəstəliklərin əlindən göz aça bilmir. Nə üçün belə olur? "Çoxlu meyvə yeyirəm" deyən adamın menyusu və həyat tərzi ilə maraqlanandan sonra aşağıdakılar aydın olur: birinci - "çoxlu" sözü həqiqətə uyğun deyil, bir qədər şişirdilib, ikinci - bu adamın meyvələri, bir qayda olaraq, xörəklə bərabər və yaxud xörəkdən dərhal sonra yeyir, üçüncü - bu adam müxtəlif növ meyvələri bir-birinə qatışdırıb yeyir, dördüncü - bu adam meyvələri soyub yeyir. Belə hallarda, təbiidir ki, meyvə fayda yox, zərər verəcək.
1. Meyvəni xörəkdən 30-60 dəqiqə qabaq yemək lazımdır.
Tərkibində C vitamini çox olan turş və meyxoş meyvələr ağızda və mədədə çox yubanmır, artıq 30 dəqiqədən sonra mədəni tərk edir. Lakin tərkibində zülal çox olan meyvələr (banan, xurma, əncir və s.) bir qədər gec həzm olunur - 60 dəqiqə. Zülalla zəngin olan meyvə yeyən şəxs həmin gün digər zülallı qidaları menyudan ya tamamilə çıxartmalıdır, ya da xeyli azaltmalıdır. Əslində belə olmalıdır. Bəs biz nə edirik? Doyunca ətli-yağlı xörək yedikdən, mədəmizi ağzınacan doldurandan sonra üstündən bir-iki banan və ya başqa meyvə yeyirik. Nəyin naminə? Heç özümüz də bilmirik niyə belə edirik. Sadəcə gözümüz yeməkdən doymur. Sonra bu nadanlığımızın altını çəkəndə təəccüblənirik: Niyə belə oldu? Bilmirik ki, banan zülaldır, orqanizmə daxil olan hər qram artıq zülal zəhərdir. Qanı zəhərləyir.
2. Meyvələri başqa qidalarla qarışdırmaq olmaz.
3. Meyvələri bir-biri ilə qarşıdırmaq olmaz: turş meyvəni bir vaxt, şirin meyvəni başqa öynə yemək lazımdır.
4. Meyvələrin qabığını soymayın, çünki sümüklərin, qığırdaşların, tükün, dişlərin, göz buynuzcuğunun, əzələlərin qidası olan kalsium meyvələrin qabığında cəmləşib. Həm də meyvə qabığı bağırsağın yaxşı işləməsinə kömək edir, qəbzliyin qarışısını alır.
5. Meyvələrin tumunu da yeyin.
6. Səhərlər turş və ya meyxoş meyvə yemək faydalıdır. Bəzi adamların turş meyvədən zəhləsi gedir. Belə adam C vitamini qıtlığı ilə üzləşməli olacaq. Digər tərəfdən də, çoxlu şirin meyvə yeyən və çiy su içməyən, yaxud da az içən adamın orqanizmində şəkər və alkoqol balansı şəkərin xeyrinə pozulacaq. Bu da şəkərli diabet xəstəliyi üçün münbit şərait yaradır. İkincisi də, şirin qida orqanizmdə olan kalsium duzunu oğurlayır. Bunun qaçılmaz nəticəsi - dişlərin çürüməsi, saçın tökülməsi, sümük və əzələ ağrıları, görmə qabiliyyətinin zəifləməsi olur. Bunları öz üzərimdə dəfələrlə sınaqdan çıxarmışam.
İdeal variant budur - meyvəni bir öynə (ya səhər, ya da axşam) əsas qida kimi qəbul etmək.
İndi də gəlin ən çox işlənən meyvələrdən bəziləri ilə tanış olaq.
Alma: tərkibində C,B-1, B-2, F, E vitaminləri, karotin (A vitamini), kalium, kalsium, dəmir, marqans, pektinlər, şəkər, üzvi turşular kifayət qədərdir. Sklerox əleyhinə gözəl vasitələr. Ürək, bağırsaq, böyrək hipertoniya, qansızlıq, piylənmə, xəstəliklərinə və böyrəkdə daşlara qarşı səmərəli müalicə vasitəsidir.
Ərik: tərkibində 20-27 faiz şəkər var, üzvü turşular (salisat, alma turusu, limon turşusu), A vitamini (karotin), S və B-13 vitaminləri, kalium duzu, dəmir, fosfor maqnezium və s. ilə zəngindir. Təzə ərik və qurusu ürəyi, beyni qidalandırır, onların fəaliyyətini xeyli yaxşılaşdırır.
Armud: S və B-1 vitaminləri, şəkər və üzvi turşularla zəngin olub, sidikqovucu vasitə kimi, mikrob əleyhinə təsir göstərir, sidik yollarının infeksiyası və böyrəkdə daş əleyhinə istiafdə olunur.
Üzüm: kalium, kalsium, marqans, kobalt ilə, S, P, PP, B-1, B-6, B-12 vitaminləri ilə, karotinlə (A vitamini), üzvi turşularla zəngindir.
Albalı: tərkibində qlyukoza, frkutoza, S, B-1, PP vitaminləri, karotin, üzvi turşular, mis, kalsium, maqnezium, dəmir, pektin zəngindir. Qan azlığını aradan götürür. Ondan ağ ciyərin, böyrəyin müalicəsinə də, aterskleroza və qəbzliyə qarşı geniş istifadə olunur.
Nar: orqanizmi möhkəmlədir, həzmolmanı yaxşılaşdırır, mədəaltı vəzi sağaldır, qanı təmizləyir, qan azlığını aradan qaldırır.
Gavalı: müalicəvi meyvədir. Tərkibində 16 faiz şəkə, külli miqdarda kalium, pektin, S, B-1, PP, karotin, üzvi turuşlar var. Gavalı (ələxsus, qurumuş qara gavalı) yumşaldıcı və sidikqovucu təsirə malikdir, qara ciyər, ürək, böyrək, hipertoniya xəstəliklərinə qarşı güclü təsirə malikdir.
Moruq: tərkibində 9-10 faiz şəkər, çoxlu dəmir, mis, kalsium, pektin, üzvi turşular S, B-1, B-12, PP vitaminləri və digər dəyərli maddələr var. Mədə-bağırsaq traktının müalicəsində, atreskleroza, böyrək xəstəliyinə, hipertoniayay qarşı istifadə olunur.
Qara qarağat: it burnundan sonra S vitaminin ilə zəngin olan ən qiymətli bitkidir. Tərkibində 300 mq/faizə qədər S vitamini, çoxlu B-1, PP vitaminləri, karotin, kalium, dəmir, limon turşusu, alma turşusu və digər üzvi turşular, pektin, 16 faizə qədər şəkər vardır. Mədə yarasına, qastritə (turşusu az olanda), aterskleroza, böyrək xəstəliklərinə qarşı, maddələr mübadiləsi pozulanda və qan azlığı baş verəndə istifadə olunur.
Boranı: tərkibində kalium, kalsium, maqnezium, dəmir, şəkər, S, B-1, B-2, PP vitaminləri, karotin, zülal və s. vardır. Vərəmə qarşı yaxşı vasitədir. Tumundan qarşı qurdunu salmaq üçün istifadə olunur. Boranı, əsasən, ürək, böyrək, piylənmə, hipertoniya, qəbizlik xəstəliklərinə qarşı səmərəli vasitədir.
Qarpız: tərkibində S, PP, B-1, B-2, PP vitaminləri, karotin, pektin, kalium, karbohidrat zəngindir. Böyrək, ürək-damar (o cümlədən hipertoniya) xəstəlikləri vaxtı istifadə olunur, orqanizmdən zəhərli maddələri çıxaran gözəl vasitədir.
Yemiş: tərkibində 13 faiz şəkər, bundan əlavə bolluca S, PP vitaminləri, karotin, dəmir və s. vardır. Qəbzlik, ateroskeleroz, babasıl, ürək-damar və qan xəstəliklərinin müalicəsində istifalə olunur.
Xatırladırıq: yemişi yalnız ayrıca qida kimi qəbul etmək lazımdır.
|