|
|
|
|
#122(346)
|
 |
Gömrükçülər Britaniyada görüşüblər
|
Sentyabrın 25-26-da Böyük Britaniyanın Stratford-apon-Evon şəhərində Ümumdünya Gömrük Təşkilatı Siyasi Komissiyasına Avropa regionundan üzv olan dövlətlərin gömrük xidmətləri rəhbərlərinin seminarı keçirilib.
Tədbirin keçirilməsində əsas məqsəd növbəti illər ərzində regionda diqqət yetirilməli olan bir sıra məsələləri müzakirə edərək, Siyasi Komissiyanın dekabr ayında keçiriləcək iclasına hazırlıqdan ibarət olub. Ceminarda Azərbaycanı Dövlət Gömrük Komitəsinin (DGK) sədri Kəmaləddin Heydərovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Komitənin mətbuat xidmətinin verdiyi məlumata görə, seminarda ABŞ-da baş verən terror hadisəsi və kommersiya saxtakarlığı məsələləri əsas müzakirə obyekti olub. Tədbirdə çıxış edən DGK sədri K.Heydərov beynəlxalq terrorizmlə mübarizədə Azərbaycanın ABŞ-ı dəstəklədiyini xüsusi vurğulayıb. Azərbaycanın terrorizmdən çox əziyyət çəkdiyini deyən komitə sədri Ermənistan tərəfindən ölkəmizdə həyata keçirilən terror aktları barədə konkret faktlar söyləyib. K.Heydərov nəzarətsiz qalan Dağlıq Qarabağ ərazisindən ermənilərin narkotik vasitələrin istehsalı və daşınması üçün istifadə etmələrindən narahat olduğunu seminar iştirakçılarının diqqətinə çatdırıb. Sonda müzakirə edilən məsələlər barədə müvafiq qərarlar qəbul edilib.
Seminar müddətində K.Heydərov İngiltərə, Rusiya, Çexiyanın gömrük xidmətləri rəhbərləri ilə ikitərəfli görüşlər keçirərək, Azərbaycanın bu ölkələrlə gömrük sahəsində əməkdaşlığının perspektivlərini müzakirə edib.
İstiqrazların ilk uduş tirajı keçirildi
|
Srağagün Birləşmiş Universal Səhmdar Bankında dövlət daxili uduşlu istiqrazlarının ilk uduş tirajı keçirildi.
Məlumat üçün bildirək ki, Azərbaycan üzrə istiqrazların satışını Universal Səhmdar Bank həyata keçirir.
Bankın Qiymətli Kağızlar üzrə Əməliyyat Departamentindən aldğımız mə`lumata görə, bu istiqrazlar 10 il müddətinə buraxılıb. İstiqrazlar Maliyyə Nazirliyinin sifarişi ilə Böyük Britaniyanın "Tomas De la Ru" firması tərəfindən çap edilib. İlk uduş tirajı yanvar ayında keçirilməli idi və indiki uduş tirajı sayca 5-ci sayılır.
Lakin sözügedən xarici firma müəyyən səbəblər üzündən
istiqrazların ölkəyə gətirilməsini xeyli gecikdirib. İstiqrazlar sentyabrın əvvəlində gətirildiyindən ilk uduş tirajının da ayın sonunda keçirilməsi nəzərdə tutulubmuş.
İllik uduş tirajı 12 faiz dəyərində nəzərdə tutulub ki, həmin məbləğ də 40 milyon manatdır. Verilən məlumata görə, istiqrazların uduş tirajı hər 45 gündən bir keçiriləcək.
İstiqrazların nominal dəyəri 20 min manatdır və hər tirajda 5 min uduş oynanılır. İlk tirajda 40 min manatdan 50 milyon manata qədər pul uduşu oynanıldı.
Növbəti tiraj noyabrın 15-də keçiriləcək.
|
Vergi xidmətləri rəhbərlərinin iclası keçirilib
|
Sentyabrın 25-26-da Moskvada Müstəqil Dövlət Birliyi ölkələrinin vergi xidmətləri rəhbərlərinin Əlaqələndirmə Şurasının ilk iclası keçirilib.
Vergilər Nazirliyi mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, həmin toplantıda Azərbaycanı vergilər naziri Fazil Məmmədov təmsil edib. İclasda Şuranın tərkibi və fəaliyyətinin əsas istiqamətləri müzakirə edilib.
Qeyd edək ki, Əlaqələndirmə Şurası ildə iki dəfə toplaşaraq, region ölkələri arasında informasiya mübadiləsi, kadr hazırlığı, qarşılıqlı fəaliyyət formalarının müəyyən edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparır. Şuranın rotasiya prinsipi üzrə seçilən sədri isə bir ildən az müddətə seçilir. İlk iclasda bu vəzifəyə Rusiya Federasiyasının vergilər naziri Gennadi Burayev seçilib.
|