Ana sehife

ULDUZ FALI  
(3 Oktyabr)
Qoç 21 mart - 20 aprel
Buğa 21 aprel - 20 may
Əkizlər 21 may - 21 iyun
Xərçəng 22 iyun - 22 iyul
Şir 23 iyul - 23 avqust
Qız 24 avqust - 23 sentyabr
Tərəzi 24 sentyabr - 23 oktyabr
Əqrəb 24 oktyabr - 22 noyabr
Oxatan 23 noyabr - 21 dekabr
Oğlaq 22 dekabr - 20 yanvar
Dolça 21 yanvar - 20 fevral
Balıqlar 21 fevral - 20 mart


Qoç
[21 mart - 20 aprel]

Aries Sevgi ilə bağlı görüşlər üçün uğurlu vaxtdır. Bu gün qurulan ailənin təməli möhkəm olar. Şəxsi həyatınız üçün vacib qərarlar qəbul etməlisiniz. Öz qüvvənizi düzgün hesablayın. Bacarmayacağınız işi öhdənizə götürməyin. İş yoldaşlarınıza qarşı çox tələbkarlıq etməyin.

Buğa
[21 aprel - 20 may]

Taurus Gücünüz çoxdur. Haqqınızda xoş sözlər eşidəcəksiniz. Bu da sizin üçün əlavə güc mənbəyi olacaq. Ovqatınızı yüksəltməyə çalışın. Özünüzdən çıxmaq üçün bəhanə axtarmayın. Müdriklik, diplomatik istedad göstərin. Yaxın adama qarşı düşünülməmiş hərəkətlər etməyin.

Əkizlər
[21 may - 21 iyun]

Gemini Gücünüz o qədər artacaq ki, bilməyəcəksiniz nəyə yönəldəsiniz. Yaxşı olar ki, vaxtınızı fiziki əməklə keçirəsiniz. Tikinti-təmir işləri pis getmir. Təzə işə başlamaq gözəl nəticə verəcək. Ticarət və kommersiya işləri də qaydasında olacaq. Ən bahalı alıqınızı bu gün ürəklə edə bilərsiniz. Ətrafınızdakılarla xoş, səmimi ünsiyyətdə olun.

Xərçəng
[22 iyun - 22 iyul]

Cancer Bütün fürsətlərdən istifadə edib həyatınızı yaxşılaşdırmağa çalışın. Soyuqqanlı görünün, hər sözü üzə deməyin. Romantik əhval-ruhiyyənizi özünüz üçün saxlayın. Vəziyyətə uyğunlaşın. Dözüm və müdriklik göstərin. Yaxın adama qarşı münasibətlərinizi aydınlaşdırmaq üçün vaxt lazımdır.

Şir
[23 iyul - 23 abqust]

Leo Bir ucdan hamıya məsləhət verməyin, hörmətiinizi hər yerdə gözləyin. Vacib qərarlar qəbul etməlisiniz. Ancaq özünüzə arxayın olun. Əgər kimlərinsə dediyilə oturub-dursanız, sonra peşman olacaqsınız. Qohumlarınızla aranızda olan mübahisəyə son qoyun. Bədxərclik etməyin.

Qız
[24 avqust - 23 sentyabr]

Virgo Ruhi rahatlıq tapacaqsınız. Cari problemləri yerindəcə həll edəcəksiniz. İnkişafın yeni mərhələsinə daxil olacaqsınız. Xoş xəbərlər eşidəcəksiniz. Sürprizlərlə qarşılaşacaqsınız. Hər yerdə sizi mehribanlıqla qəbul edəcəklər. Alqılarınız uğurlu olacaq. Yaxın adamla mehriban olun, mübahisələrlə ovqatınızı korlamayın.

Tərəzi
[24 sentyabr - 23 oktyabr]

Libra Gününüz xoş, rahat keçəcək. Ədalət bərpa olunduğu üçün özünüzü güclü hiss edəcəksiniz. Daxili potensialınız çoxdur. Fiziki əməklə məşğul olmağınız məsləhətdir. Yeni işlərə başlamaq, tikinti və ya təmirlə məşğuliyyət də mümkündür. Şübhələrinizi bir tərəfə qoyun.

Əqrəb
[24oktyabr - 22 noyabr]

Scorpio Qəzəbinizi biruzə vermək, hirsinizi kiminsə üstünə tökmək istəyəcəksiniz. İnamsızlıq, şübhələr ünsiyyətlərinizə mane olacaq. Bu ünsiyyətlər maddi vəziyyətinizin düzəlməsi üçün əsas ola bilərdi. Cari problemlərin öhdəsindən gəlmək çətinləşəcək.

Oxatan
[23 noyabr - 21 dekabr]

Sagittatius Tövbə edin. Səhv və günahlarınızı başa düşüb, etiraf etmək və düz yola gəlməyiniz vacibdir. Təzə xəbərlər eşidəcəksiniz. Gələcək üçün planlaşdırmanı başqa vaxta saxlayın. Adət etmədiyiniz yeni üsulla problemlərin həllinə girişmək mənasızdır, sonda işlərinizi yarımçıq qoya bilərsiniz.

Oğlaq
[22 dekabr - 20 yanvar]

Capricorn Yaxın adamla ünsiyyətdə mürəkkəb anlaşılmazlıq yaranacaq. Bir-birinizə güzəştə getmək istəməməyiniz səbəbindən əlaqələriniz tamam qırıla da bilər. Müdiriyyət tərəfindən işlərinizdə qüsurlar qeyd ediləcək. Tədbirliliyiniz yaranan çətin vəziyyətdən hörmətinizi itirmədən çıxmağa imkan verəcək.

Dolça
[21 yanvar - 20 fevral]

Aquarius O qədər də yaxşı, rahat günlər deyil. Kədərli fəlsəfi ovqat sizi əhatə edəcək. Yeni tanışlıq məsləhət deyil. İnsanlara sizin istiliyiniz lazımdır. Qüvvənizi isə hələ qorumalısınız, irəlidə sizi ağır və çətin işlər gözləyir.

Balıqlar
[21 fevral - 20 mart]

Pisces İmkan daxilində diqqətli və ehtiyatlı olun. Nəyin bahasına olursa-olsun, məqsədə can atmaq məsləhət deyil. Gözləmə mövqeyi tutun. Düşündüklərinizi həyata keçirmək üçün yaxın vaxtlarda münbit şərait yaranacaq. Ətraf mühitin inçində əriməyin. Səhhətinizə diqqət ayırın.



 
Copyright © by Media LTD,2001 E-mail