İdman

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
İş günü
Mədəniyyət
Sənət
Kriminal
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#123(347)
Antalya səfərinə Moskvada hazırlaşırlar
Təlim məşqlər ağırlıqqaldırma üzrə seçmə komandamızın baş məşqçisi Afset Afsetovun rəhbərliyi altında davam edir

Noyabrın 4-də Türkiyənin kurort şəhəri Antalyada ağırlıqqaldırma üzrə növbəti dünya çempionatının startı veriləcək. Həmin yarışa ciddi hazırlaşan ölkəmizin ən güclü ağır atletləri hazırda Rusiyada - Moskva vilayətindəki bazaların birində təlim-məşq toplanışını davam etdirirlər.
İdmançılarımızın hazırlığına komandamızın yeni baş məşqçisi, Afset Afsetovun şəxsən özü başçılıq edir. Təlim məşqlərə tanınmış atletlərimiz - Avropa çempionu Nizami Paşayev (94 kq), qitə birinciliyinin gümüş və bürünc mükafatçıları - Elxan Süleymanov (62 kq) və Turan Mirzəyevlə (69 kq) yanışı, Tofiq Heydərov, Natiq Həsənov, Əlibəy Səmədov, Emil Əliyev və Aydın Məmmədov cəlb ediliblər.
Komandamızın üzvləri Bakıya döndükdən sonra daha iki ağırlıqqaldıran - Aqşin Mirzəyev (56 kq) və Əfqan Bayramov (62 kq) da onlara qoşulacaq. Türkiyəyə yola düşəcək seçmə komandanın yekun heyəti bu ayın axırlarında Bakıda keçiriləcək son təlim məşqlərdə qəti müəyyənləşəcək.

Üst-üstə 17-ci çempionluq

Qadın voleybolçular arasında sayca 22-ci Avropa çempionatının final mərhələsi Rusiya idmançılarının inamlı qələbəsiylə başa çatıb.
Bolqarıstanda təşkil edilən həlledici mərhələdə 12 komanda əvvəlcə iki qrupda yarışıb. Yekunda ilk iki pilləni tutmuş kollektivlər yarımfinalda oynamaq hüququ qazanıblar: yarışlara "ev sahibliyi" edən bolqarlarla yanaşı, İtaliya, Rusiya və Ukrayna voleybolçuları da finalın bir addımlığına qədər irəliləyiblər.
Lakin yarımfinal qarşılaşmaları gözlənildiyinin əksinə olaraq, gərgin keçməyib - nəticələr də özlüyündə bu cür düşünməyə əsas verir:
Rusiya - Ukrayna - 3:0 (25:18, 25:19, 25:17)
İtaliya - Bolqarıstan - 3:0 (25:18, 25:12, 25:21)
Final görşü isə, son dərəcə maraqlı və kifayət qədər gərgin alınıb. İlk seti 21:25 hesabıyla uduzan ruslar, çətinliklə də olsa, növbəti iki hissədə qalib gəliblər - 25:23 və yenə 25:23. Bununla belə, italyanlar ruhdan düşməyərək, bərabərliyi bərpa edə biliblər - 2:2 (25:18).
Nəhayət, beşinci seti 15:6 hesabı ilə öz xeyrinə başa çatdıran Rusiya voleybolçuları 1997-ci ildən bu yana dalbadal 3-cü, ümumiyyətlə isə 4-cü dəfə Avropa çempionu adını qazanıblar. Böyük voleybol ənənəsinə malik SSRİ-nin də uğurlarını əlavə etsək, ruslar qitə birinciliklərində üst-üstə 17-ci uğura imza atıblar. Ukrayna voleybolçularını məğlub edən (3:1) Bolqarıstan komandası çempionatın bürünc medalına yiyələnib.

***

Kişi voleybolçulardan ibarət komandaların növbəti Dünya Liqası yarışları 2002-ci ildə Braziliyada təşkil ediləcək.
Mübarizə 8 kollektiv arasında olacaq. Bu günlərdə "səkkizliyi" müəyyənləşdirmək üçün seçmə mərhələnin püşkatması olub: 16 (o cümlədən Avropadan 10) komanda 4 qrupda yarışacaq, yekunda 1-2-ci pillələrdə qərarlaşanlar həlledici mərhələyə vəsiqə qazanacaqlar. Qruplar üzrə bölgü belədir:
A qrupu - Braziliya, Polşa, Argentina, Portuqaliya
B qrupu - İtaliya, İspaniya, Çin, Venesuela
C qrupu - Rusiya, Kuba, Hollandiya, Almaniya
D qrupu - Yuqoslaviya, Fransa, Yunanıstan, Yaponiya.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd