Kriminal

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
İş günü
Mədəniyyət
Sənət
Kriminal
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#123(347)
24 nəfər müttəhimlər kürsüsündə
Onların 6-sı əcnəbidir

İstifadə müddəti bitmiş ərzaq məhsullarını qaçaqmalçılıq yolu ilə respublikamıza gətirərək onun satışını həyata keçirən bir qrup cinayətkar dəstənin mühakiməsi başlayıb. Məhkəmə prosesi Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə aparılır.
Xatırladaq ki, bu cinayət işinin başlanmasına Milli Təhlükəsizlik Nazirliyi əks-kəşfiyyat idarəsinin Bakı şəhəri Moskva prospekti 92 saylı ünvanda qeydiyyatda olan "Lifco ternical and trading Co LTD" şirkətinin qanunsuz fəaliyyəti barədə topladığı sənədlər səbəb olub. Həmin sənədlərdə şirkətin xarici ölkələrdən yararlılıq müddəti bitmiş ərzaq məhsullarını respublikamıza gətirməsi və satışıyla bağlı faktlar göstərilib. Müttəhimlər kürsüsündə 24 nəfər əyləşib. Onlardan 6 nəfəri xarici ölkə vətəndaşıdır. Bunlar Vayl Həssən Həssən, Butin Rami Ramizin, Marvan Salman Yusif, Marvan Nəcib Əl-Duveykin, Retinam Ramaçandra və Bebi Kuttikkelindir.
Təqsirləndirilən şəxslər arasında respublikamızın qaçaqmalçılığa qarşı mübarizə aparan qurumlarının məsul işçiləri də var. Astara gömrükxanası yük şöbəsinin keçmiş əməkdaşları Tofiq Vəliyev, Rüfət Sadıqov, Aslan Kazımov, Qadir Muradov, Nazim Mövsümov, Nurulla Əliyev, Azad Mirzəyev, Elbəyi Kiçikbəyov, Seyidyar Seyidzadə, Bakı Baş Gömrük İdarəsi (BBGİ) liman gömrük postunun müfəttişi Elşən Mikayılov, Sumqayıt gömrükxanası yük şöbəsinin müfəttişi Azər Rəhimov, BBGİ-nin Səbayel gömrük postunun müfəttişləri Süleyman Abbasov, Elçin Allahverdiyev və Ramiz Axundov, BBGİ əmlak və xüsusi təyinatlı yüklərə nazarət şöbəsinin böyük müfəttişi Araz Məmmədov, BBGİ 1-ci yük şöbəsinin müfəttişi Ruslan Eyvazlı və başqaları CM-nin 71-ci maddəsinin 2-ci və 3-cü hissələri, 200.2.2, 200.2.3 və 213.4 maddələri ilə ittiham olunurlar.
Onların dövlətə vurduqları ziyanın ümumi məbləği 800 min ABŞ dollarından çoxdur.
İttihamnaməyə görə, şirkətin rəhbəri Cihad Məhəmməd Həssən, Vissam Atəf Aşkar və şirkətin digər üzvləri - Abusalim Məhəmməd Atvan, İbrahim Parker, Kudappanakal Sunil Damodaron qaçıb gizləndiklərindən onların barəsində axtarış elan edilib. Həmin şəxslərlə bağlı qaldırılan cinayət işi ayrıca icraata alınıb.
Qeyd edək ki, "Lifco ternical and trading Co LTD" şirkəti Birləşmiş Ərəb Əmirliklərinin Şarca şəhərində sənaye, texniki, məişət və ərzaq məhsullarının tədarükü və satışı ilə məşğul olub. Cinayət işinin materiallarına görə, şirkətin rəhbəri C.Həssən respublikamızda fəaliyyət göstərmək məqsədilə Lyudmila Popova adlı qadın vasitəsilə 1997-ci il iyulun 2-də Bakı şəhərində həmin şirkətin eyniadlı filialını təsis etdirərək, qeydiyyata alınmasına nail olub. Proses davam edir.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd