İş günü

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
İş günü
Mədəniyyət
Sənət
Kriminal
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#123(347)
Səmavi dinlər terrora qarşı
Rafiq Əliyev: dünyanın müsəlman əhalisinin xeyli hissəsi terrordan əziyyət çəkir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Qafqaz Müsəlmanları Ruhani İdarəsi elmi-dini şurası ilə birgə dünən "İrşad" otelində "Səmavi dinlər və terror" mövzusunda müşavirə keçirdi. Tədbirdə əsas məqsəd dində insan həyatına qəsdin günah sayılmasını bildirməklə səmavi dinlərin terrorizmə münasibətini açıqlamaq, Azərbaycanın dünya antiterror qüvvələrilə həmrəy olduğunu bəyan etmək idi. Müşavirəni giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Rafiq Əliyev hazırda dünyanın müsəlman əhalisinin xeyli hissəsinin terrordan əziyyət çəkdiyini vurğuladı. Onun fikrincə, Amerikada baş verən partlayışlarda İslam amilinin önə çəkilməsi müsəlmanları terrorizmlə mübarizədən müəyyən mənada təcrid edir: "Çünki belə olan halda onlar, bir növ, müdafiə mövqeyi tuturlar və bu da müəyyən terrorçu qruplaşmalara bəraət qazandırılmasına gətirib çıxarır. Dünyada müsəlman-xristian qarşıdurması yaradan amillərin aradan götürülməsi çox vacibdir". R.Əliyev bu istiqamətdə ciddi addım atılmadığından təəssüfləndiyini qeyd edərək problemin daha da dərinləşdiyini dedi. İslamın bəşəriyyəti qorumağa çağırdığını deyən şərqşünas alim, akademik Vasim Məmmədəliyev bu dinin təbliğ etdiyi insanlıq və birgəyaşayış normaları haqda danışdı: "İnsanların ləyaqətinə toxunmaq, onları alçaltmaq, böhtan atmaq İslamda günah sayılır. Müsəlman olan kəs qeyri dinlərin nümayəndələri ilə ədalətlə davranmalıdır". Müsəlmanları qəsdən ekstremizm və terrorizmdə ittiham etməyin İslam dininin təbiətinə uyğun olmadığını deyən V.Məmmədəliyev onlar arasında çox da nüfuzu olmayan terrorçuların mövcudluğunu istisna etmədi. O bu qruplaşmaların mövcudluğunu İslam dini ilə eyniləşdirilməsinin düzgün olmadığını dedi. V.Məmmədəliyevin fikrincə, müsəlmanlar haqqında terrorçu kimi rəy formalaşması İslamın mahiyyətini anlamamaq, yaxud şəxsi məqsədlər üçün atılan addımlardır. Çıxış edən digər tədbir iştirakçıları terror qruplaşmalarının başqa dinlərə mənsub olan ölkələrdə də mövcud olmasını istisna etmədilər. Lakin onlar terrorçunun dinlə əlaqələndirilməsinin əleyhinə olduqlarını bildirdilər. Din xadimləri hesab edirlər ki, bu, millətlər arasında təfriqə yaradır, vətəndaş itaətsizliyinə və nəticədə bütün insanlığın məhvinə aparır.
Azərbaycanda, Fələstində, Əfqanıstanda yaşayan əhalinin neçə illərdir terror və ekstremizmdən əziyyət çəkdiyini vurğulayan Şeyxülislam Hacı Allahşükür Paşazadə erməni hərbi qruplaşmalarının Xocalıda törətdikləri vəhşiliklərlə bağlı bütün dünya ictimaiyyətinə etdiyi müraciətin nəticəsiz qaldığını bildirdi. "Azərbaycanla Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsini xristian-müsəlman qarşıdurması kimi qələmə verməyə çalışan ermənilərin hətta din xadimlərinin belə terrorda iştirakı unudulmayıb. Bir erməni keşişi Ermənistan-Gürcüstan-Azərbaycanın dostluq rəmzi olan abidəni partladarkən özü də öldü". Amerikada baş vermiş terror aktında Bin Ladenin günahlandırılmasını ədalətsiz sayan A.Paşazadə həmin hadisələrlə bağlı informasiyalar təqdim edilərkən onun şəkillərinin bütün dünyaya müsəlman qiyafəsində təqdim edilməsini islama təhqir kimi qiymətləndirdi. Qeyd edək ki, müşavirədə Bakı və Xəzəryanı dövlətlərin yepiskopu Aleksandr, Dağ yəhudiləri dini icmasının rəhbəri Semyon İxilov və elmi-dini şuranın digər üzvləri də iştirak edirdilər. Keçirilən müzakirələrin nəticəsi olaraq noyabr-dekabr aylarında Bakıda Beynəlxalq İslam Kofransının keçirilməsi qərara alındı.

Patriarx da azərbaycanlıların konqresinə gələcək

Bütün Rusiyanın patriarxı II Aleksi ümumrusiya azərbaycanlılarının konqresinin rəyasət heyətinin üzvləri ilə keçirdiyi görüşdə bəyan edib ki, provoslav kilsəsi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə əlaqədar sülhməramlı səylərini davam etdirməyə hazırdır.
O pravoslav kilsəsinin təşəbbüsü ilə Azərbaycan və Ermənistanın dini liderlərinin daha bir görüşünün təşkil olunacağını istina etməyib. Patriarx qeyd edib ki, Ermənistanın dini lideri II Qaregin görüşdə iştirak etməyə razılıq verib. Eyni zamanda patriarx Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi istiqamətində Qafqaz Mücəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin səylərini yüksək qiymətləndirib. Patriarx hesab edir ki, A.Paşazadənin müdrik və məsuliyyətli mövqeyi siyasi qaşıdurmanın dini münaqişəyə çevrilməsinə imkan verməyib. II Aleksinin qənaətincə, A.Paşazadənin nüfuzu sayəsində Azərbaycanda yaşayan pravoslavlar özlərini azlıqda hiss etmir, onlara qarşı diskirmanisiya halları mövcud deyil. Kilsə həyatına, uşaq evlərinə göstərdiyi köməyə görə, patriarx Ümumrusiya Azərbaycanlıları Konqresinin vitse-prezidenti Aydın Qurbanovu Sergi Radonejski ordeni ilə təltif edib və oktyabrın 4-də Moskvada keçiriləcək Ümumrusiya azərbaycanlılarının konqresində işitark etməyə razılığını bildirib. Qeyd edək ki, həmin konqresdə iştirak etmək üçün milli məsələlər üzrə dövlət müşaviri Hidayət Orucov da Moskvaya yola düşüb.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd