Ana sehife

ULDUZ FALI  
(4 Oktyabr)
Qoç 21 mart - 20 aprel
Buğa 21 aprel - 20 may
Əkizlər 21 may - 21 iyun
Xərçəng 22 iyun - 22 iyul
Şir 23 iyul - 23 avqust
Qız 24 avqust - 23 sentyabr
Tərəzi 24 sentyabr - 23 oktyabr
Əqrəb 24 oktyabr - 22 noyabr
Oxatan 23 noyabr - 21 dekabr
Oğlaq 22 dekabr - 20 yanvar
Dolça 21 yanvar - 20 fevral
Balıqlar 21 fevral - 20 mart


Qoç
[21 mart - 20 aprel]

Aries Maddi vəziyyətinizi qaydasına salmaq üçün etdiyiniz cəhdlər nəticə verməyəcək. Özünüzü işə salmayın. Kollektiv işlərdə çox da qabağa düşməyin. Ailədaxili münaqişələr sizi çox yoracaq. Müxtəlif adamlarla dil tapmalı olacaqsınız. Nikbin olmağa çalışın.

Buğa
[21 aprel - 20 may]

Taurus Son vaxtlar sizi narahat edən problemlə, nəhayət ki, bu gün vidalaşa bilərsiniz. Baş verən hadisələrə obyektiv qiymət verin. Heç nəyi subyektiv mövqeyinizin ayağına verməyin. Yaxın adamın sizə çox köməyi dəyəcək, onun sədaqətinə inanacaqsınız.

Əkizlər
[21 may - 21 iyun]

Gemini Vacib məsələlərin həllinə başlaya bilərsiniz. Özünüzdə tükənməz enerji hiss edir, sizi narahat edən məsələlərə ürəklə girişirsiniz. Yeni yanaşma üsulu ilə bütün problemlərinizi arxada qoyacaqsınız. Reallıq hissini itirməyin, cəsarətlə istədiyinizə doğru gedirsiniz.

Xərçəng
[22 iyun - 22 iyul]

Cancer Yavaş-yavaş istədiyinizə doğru gedirsiniz. Düşündüklərinizi hələ tam reallaşdıra bilməzsəniz də, əldə etdiklərinizdən gələcək üçün böyük ümidlər yaranır. Çoxdan bəri sizi narahat edən məsələləri hələ də tam yekunlaşdıra bilmirsiniz.

Şir
[23 iyul - 23 abqust]

Leo Maddi vəziyyətinizi yüksəltmək üçün çalışmalarınız yüksək nəticə verəcək. Zirək tərpənsəniz, bütün sahələrdə uğurunuz olacaq. Kollektivdə öndər olacaqsınız. Ailədaxili problemləri müsbət həll edin, qəzəb və kini özünüzdən uzaqlaşdırın.

Qız
[24 avqust - 23 sentyabr]

Virgo Ailədə mürəkkəb, ilk baxışdan həllolunmaz görünən problemlər yarana bilər. Ancaq bu, belə görünür, həllolunmaz heç nə yoxdur. Hərəkətlərinizə ciddi fikir verin. Baş verən hadisələrə real yanaşmağı bacarın.

Tərəzi
[24 sentyabr - 23 oktyabr]

Libra Mənəvi təmizlənmə, tövbə etmək üçün yaxşı vaxtdır. Ətrafdakı insanların ömür yolu sizə dərs olmalıdır. Təzə xəbərlər eşidəcəksiniz. Risqli işlərə baş qoşmayın. Gizli işlərdən uzaq gəzin.

Əqrəb
[24oktyabr - 22 noyabr]

Scorpio Təkbaşına bütün fəaliyyət xəttinizi düşünüb, kənardan kömək gözləmədən işə başlamısınızsa, prosesi sürətləndirəcəksiniz. Ürəyinizdən kiminləsə problemərinizi müzakirə etmək keçəcək, ancaq lazım deyil. Peşman ola bilərsiniz.

Oxatan
[23 noyabr - 21 dekabr]

Sagittatius Uzun müddət sizi yoran, incidən şəxsi probleminizi həll eimək üçün gözəl fürsətdir. Nə qədər daxili əziyyət çəksəniz də, o addımı atın və yüngülləşin. Bu işi görərkən mütləq hər şeyi dəqiqliyinə qədər nəzər alın ki, sonradan peşman olmayasınız.

Oğlaq
[22 dekabr - 20 yanvar]

Capricorn Əziyyətləriniz o qədər də nəticə verməyəcək. Fikrinizi bir yerə toplayın. Problemlərinizi əzaba çevirməyin, onları həllolunmaz hesab etməyin. Vaxtınızı boş yerə sərf etməyin. Ünsiyyətlərinizi bir qədər azaldın. Yeni tanışlığa can atmayın.

Dolça
[21 yanvar - 20 fevral]

Aquarius Ağlınızı işgüzarlığınıza əlavə etməlisiniz. Bunu bacarsanız, bütün işlərdə uğur qazanacaqsınız. Uğurlarınız çox böyük olmaya da bilər, ancaq bu cür mənfəət də pis deyil. Mürəkkəb vəziyyətlərdən asanlıqla baş çıxarmanız, ayıqlığınız sizə olan hörməti daha da artıracaq.

Balıqlar
[21 fevral - 20 mart]

Pisces Özünüzü çox zirək göstərməyin, adamlar bunu düz başa düşməzlər. Heç kəsdən şübhələnməyin, buna əsasınız yoxdur. Heç yerə maliyyə qoymayın, mayanı itirə bilərsiniz. Dözümlülüklə müdrikliyinizi göstərin. Məsləhətləri dinləyin, təcrübəlilərdən öyrənin.



 
Copyright © by Media LTD,2001 E-mail