Ana sehife

ULDUZ FALI  
(5 Oktyabr)
Qoç 21 mart - 20 aprel
Buğa 21 aprel - 20 may
Əkizlər 21 may - 21 iyun
Xərçəng 22 iyun - 22 iyul
Şir 23 iyul - 23 avqust
Qız 24 avqust - 23 sentyabr
Tərəzi 24 sentyabr - 23 oktyabr
Əqrəb 24 oktyabr - 22 noyabr
Oxatan 23 noyabr - 21 dekabr
Oğlaq 22 dekabr - 20 yanvar
Dolça 21 yanvar - 20 fevral
Balıqlar 21 fevral - 20 mart


Qoç
[21 mart - 20 aprel]

Aries Hamı üçün tapmaca olacaqsınız. Bəzi sirlərinizi öyrənməyə çalışsalar da, heç nə əldə edə bilməyəcəklər. Bunu nəzərə alın. İş yoldaşlarınıza yamanlıq edənlərə qoşulmayın, özünüz də bu fikrdə olmayın. Unutmayın ki, kimə pislik etsəniz, özünüzə qayıdacaq.

Buğa
[21 aprel - 20 may]

Taurus Gözüaçıq olun, aldanmayın. Bilin ki, hər xoş görünən məsləhət deyil, mahiyyətə varın, zahiri gözəlliyə aldanmayın. İlk baxışdan cəlbedici görünən layihələri yaxşı öyrənməmiş işə girişməyin. Dostlarınızın fikirləri nə qədər maranlı olsa da, onları özününkü etməmiş işə başlamayın.

Əkizlər
[21 may - 21 iyun]

Gemini Heç kəsə heç nə vəd etməyin, heç kəsin vədinə də arxalanmayın. Reallaşdırmaq çətin olacaq. Qarşınıza dəqiq məqsədlər qoyub ona doğru gedin. Öhdənizə bacardığınız işləri götürün. Əgər dilinizdən çətin bir problemin həlli vədi çıxsa, sonda pis vəziyyətdə qala bilərsiniz.

Xərçəng
[22 iyun - 22 iyul]

Cancer Əgər daşınmaz əmlakla bağlı - ev dəyişmək və ya almaq planlarınızı bu gün reallaşdırmaq istəsəniz, mütləq aldanacaqsınız. Yad adamların istəyilə oturub-durmaq məsləhət deyil. Qohum-qonşunu eşidib öz bildiyinizi etsəniz yaxşıdır. Cari işlərlə başınızı qarışdırın.

Şir
[23 iyul - 23 abqust]

Leo Ani ləzzətdən ötrü bu qədər çox maliyyə israfına dəyərmi? Arada səhhətiniz barədə də düşünün. Özünüzü kiməsə bənzətməyə nə ehtiyac var, çalışın olduğunuz kimi görünəsiniz. Bahalı əşyalar satılan dükana girməyin, yanınızda çoxlu pul gəzdirməyin.

Qız
[24 avqust - 23 sentyabr]

Virgo Eşitdiyiniz sözlərə etibar etməyin, yoxlamamış bir işə girişməyin. Qısqanclıq yaradan söz-söhbəti isə heç yaxına buraxmayın. Bədxahların istəyi sizin insanlarla gözəl münasibətlərinizə son qoymaqdır. Diqqətli olun.

Tərəzi
[24 sentyabr - 23 oktyabr]

Libra Yeni tanışlıqdan ötrü faydalı gündür. İdarələrə, müəssisələrə müraciət etsəniz, xahişinizi yerinə yetirəcəklər. Həyatsevərliyiniz, işə yaradıcı münasibətiniz vəziyyətinizin yaxşılaşmasına yardımçı olacaq.

Əqrəb
[24oktyabr - 22 noyabr]

Scorpio Özünüzü, mövqeyinizi müdafiə etməlisiniz. Hadisələrin istiqaməti qəfil dəyişsə, əziyyət çəkəcəksiniz. Odur ki, ayıqlıqla baş verənlərə nəzarət edin. Özünüzü ələ alıb tələsik, düşünülməmiş hərəkətlərə yol verməyin. Mövqeyinizin sabitliyinə cəhd edin.

Oxatan
[23 noyabr - 21 dekabr]

Sagittatius Əgər bu günə hər hansı bir müqavilə bağlamaq və ya bahalı alqılar planlaşdırmısınızsa, sizi uğurlar gözləyir. Özünüzü xoşbəxt hiss edirsiniz. İç dünyanızla ətraf aləm bir-birini tamamlayır. Başqalarının sözlərinə fikir versəniz, düşündüklərinizə cavab tapacaqsınız.

Oğlaq
[22 dekabr - 20 yanvar]

Capricorn İşgüzar əlaqələrdə uğursuzluğu o dəqiqə görmək çətindir. İş sanki öz ritmi ilə gedir. Az sonra nəticənin gözlənildiyindən az olduğu aşkara çıxacaq. Qəfil məxariciniz olacaq. Maliyyə işlərilə bağlı məsələlərdə ehtiyatla davranın.

Dolça
[21 yanvar - 20 fevral]

Aquarius Yeni tanışlıqlar ola bilər. Təzə yerə köçmək ehtimalı var. Səfər də mümkündür. Hökumət idarələrindəki işiniz müsbət həll olunacaq. Həssaslığınız, həyatsevərliyiniz, məsələlərə yaradıcı yanaşmağınız yüksək nəticələr əldə etməyinizə səbəb olacaq.

Balıqlar
[21 fevral - 20 mart]

Pisces Romantik macəralar, məişət sevincləri ilə dolu gündür. Əgər işlərdən bir balaca nəfəs dərib kənara çəkilə bilsəniz, sizi unudulmaz hadisələr gözləyir. Həssaslığınız və həyatsevərliyiniz yaxınalarınızı heyrətləndirəcək. Yeni dostlar tapacaqsınız.



 
Copyright © by Media LTD,2001 E-mail