|
|
|
|
#125(349)
|
 |
Səməd jurnalistlərdən qaçır?
"Toylar kralı" tədbirini müxbirlərsiz keçirib
|
Bir neçə gün əvvəl "toylar kralı" Səməd Səmədov yaradıcılığının 25 illiyini qeyd edib. Xatırladaq ki, müğənni bu tədbirə hələ avqust ayından hazırlıq görürdü.
Tədbirdə "toylar kralı" iki kompakt diskinin və İnternet saytının təqdimetmə mərasimini də keçirib. Qeyd edək ki, Eldar Mansurov və Xanım İsmayılqızının mahnılarından ibarət olan albomlar çoxdan işıq üzü görsə də, müğənninin pərəstişkarları sözügedən albomu tədbirdən sonra əldə edə biliblər.
Maraqlıdır ki, tədbirdə Səməd Səmədovun bütün sənət yoldaşları, o cümlədən, xaricdən gələn qonaqlar iştirak etsələr də, media nümayəndələrindən heç kim ora dəvət olunmayıb. Dünənəcən jurnalistlərlə dost, yoldaş olduğunu, onlara hörmət bəslədiyini deyən "toylar kralı", doğrudanmı, indi onlardan aralı gəzməyə başlayıb?
Nə isə... Səməd Səmədovu bizsiz qeyd etdiyi bütün təqdimatlarına görə təbrik edirik...
"Uğur qazanacağımıza əminik"
"Bakılı uşaqlar" ŞHK-nın kapitanı ümidini itirmir
|
"Bakılı oğlanlar"ın qələbələrindən həvəsə düşmüş gənclərimizin sayəsində son vaxtlar xeyli şən və hazırcavablar klubları yaranıb. İndi, demək olar ki, bütün məktəblərin, universitetləri öz klubları var.
"Bakılı uşaqlar" klubu da bu yaxınlarda yaranıb. Komandanın üzvləri, doğrudan da, elə uşaqlardır. Hamısı orta məktəbin 8-10-cu sinif şagirdləridir. Komandanın kapitanı Kamran Məmmədov "Bakılı uşaqlar"ı bu il yaratdıqlarını deyir. Artıq debüt çıxışlarını da ediblər - "N" saylı hərbi hissənin əsgərləri üçün. Proqramlarından kiçik bir hissəni əsgər və zabitlərə nümayiş etdiriblər. ""Bakılı uşaqlar" klubundan əvvəl biz "Şənlik" uşaq teatrı kimi fəaliyyət göstərmişik. Orada mən ssenarilər yazmaq fikrinə gəldim. İndi də klubda bütün proqramın ssenarisini özüm yazıram. Bir gün bədii rəhbərimiz Gülxanım müəllimə ilə məsləhətləşdim ki, bəlkə hansısa klub yazdıqlarımı bəyənib, səhnələşdirər. Gülxanım müəllimə dedi ki, elə özümüz ifa edirik. "Bakılı uşaqlar" klubu belə yarandı. İndi də ssenari hazır olan kimi bədii rəhbərimizlə məsləhətləşirik. Əgər o, "xeyir-dua"sını verirsə, ssenarini səhnələşdiririk. Komandanın üzvləri şəhərin ayrı-ayrı məktəblərinin 8-10-cu sinif şagirdləridir.
Üzvlərimizin əksəriyyəti qızlardır. Məşqlərimizi Bakıxanov qəsəbəsindəki A.İskəndərov adına mədəniyyət sarayında keçiririk. Bizim bədii rəhbərimiz həmin sarayın işçisidir. Hərbi hissədə alqışlarla qarşılanan çıxışımızdan sonra bizdə işləmək həvəsi birə-beş artdı. Təəssüflər olsun ki, Azərbaycanın digər komandaları bizə məsləhət vermirlər. Hər halda onlar daha peşəkardırlar. Ona görə də yaxşı olardı ki, vaxtaşırı bizim məşqlərimizdə iştirak edib, təklif və iradlarını deyərdilər", - deyə K.Məmmədov bildirdi.
Komandanın ən çox toxunduğu mövzulara gəlincə, kapitan bunları dedi: "Biz əsasən televiziya verlişlərini, reklamları, müğənnilərimizi və əlbəttə ki, teleserialları parodiya edirik. Fikrimiz var ki, özəl layihələr də hazırlayaq. Ancaq sponsor yoxluğu buna hələ imkan vermir. Lakin biz ümidimizi itirmirik. Uğur qazanacağımıza da əminik".
|