Əqrəb [24oktyabr - 22
noyabr]
Maddi itkiləriniz birdən ortaya çıxacaq. Vacib maliyyə problemlərilə məşğul olmasanız yaxşıdır. Daşınmaz əmlakla bağlı əməliyyatlar üçün yaxşı şərait yaranıb. Vəzifə pillələrində yüksəlmək şansınız olacaq, fürsəti fövtə verməyin. Hamilərinizə köməkdən ötrü müraciət etməyiniz məsləhətdir. Enerjiniz çox yüksəkdir. Ehtirasınız heç bir qəlibə sığmır. Böyük məhəbbət və bununla əlaqədar böyük söz-söhbət, dava-dalaş düşə bilər.
Oxatan [23 noyabr - 21
dekabr]
Özünüzə heç oxşamayacaqsınız. Adətən belə vəziyyətdə "yox" əvəzinə "hə" deyirsiniz. Valideyn, müdiriyyət və sevgili ilə münasibətlərdə qəti qərara gələ bilmir, daxili həyəcanlarınızı tənzimləməkdə əziyyət çəkirsiniz. Heç özünüz də bilmirsiniz ki, konkret nə istəyirsiniz, ancaq e`tiraz edib məqbul saymırsınız, nə deyirlər, narazılıqla qarşılayırsınız. Hamıya söz çatdırır, susa bilmirsiniz. Səhhətinizdən ciddi muğayat olun.
Oğlaq [22 dekabr - 20
yanvar]
Müdiriyyətlə, hüquq-mühafizə ilə bağlı idarələrə gedib-gəlməyinizin konkret nəticələri olmayacaq. Çoxlu vaxt və əsəb itirəcəksiniz. Müxtəlif bank əməliyyatları ilə bağlı işləriniz isə dürüst alınacaq. Uğura can atacaqsınız, nəcib hərəkətləri təqlid etməklə nəzərə çarpacaqsınız. İste`dadınızı göstərmək üçün yaxşı şərait yaranacaq. Şəxsi həyatınızda gözlənilmədən xoşunuza gələn dönəmlər baş verə bilər.
Dolça [21 yanvar - 20
fevral]
Dağınıq fikirli olmayın. Nəyi hara qoyursunuzsa, yerini bilin. Əgər sizdən oğurluq olsa, əsl səbəbini özünüzdə axtarın. İşlərinizdə gözlənilməz problemlər meydana çıxacaq, maliyyə dayağı tələb olunacaq. Yaxın yoldaşlara müraciət etməkdən çəkinməyin. Sizin məğrurluğunuzu bildiklərindəq onlar özləri bunu təklif etməyəcəklər. Yaxın vaxtlarda vəziyyət yaxşılığa doğru dəyişəcək. Yaranmış problemlərin ağıllı həllini ancaq siz tapacaqsınız. Şəhərdənkənar yerdə istirahət etmək üçün də`vət alsanız, e`tiraz etməyin.
Balıqlar [21 fevral - 20
mart]
Həyat yoldaşınız və işdəki həmkarlara münasibətlərinizdə gərginlik yaranacaq. Güclü düşünmələrinizin aktivliyi artacaq. Gücünüzün çoxluğu ilə öyünməyə ixtiyarınız yoxdur. Açıq döyüşə girməyə ciddi səbəb də yoxdur, onun da öz vaxtı var. Vəzifə borclarınızı yerinə yetirmək üçün yaxşı şərait yaranıb. Gücünüz çoxalacaq. Özünüzə qapılıb dünyanın sirləri haqqında fəlsəfi düşüncələrə qərq olacaq və nəticədə müəyyən kəşflər edəcəksiniz.
| | | | |