Xəbər
|
ARDNŞ sentyabrın ötən üç günü ərzində Bakı-Novorossiysk boru kəməri ilə neft ixracını həyata keçirə bilməyib
|
|
Şou-xəbərlər
|
Eyyub Yaqubov Respublika sarayında konsert verəcək |
|
İdman
|
Tələbələrin növbəti universiadasında Azərbaycan daha böyük tərkiblə iştirak etməyə çalışacaq
|
|
| Xəbərlər |
Moskvada
qafqazlılara
hücum olub
Dünən Moskvada metro stansiyalarının keçidindəki ticarət obyektlərinin birində ciddi qarşıdurma olub.
Mə`lumat üçün deyək ki, həmin ticarət obyektlərində çalışanların böyük əksəriyyəti qafqazlılar olub. Günorta radələrində 50 nəfərə yaxın gənc idmançılar (dazbaşlar - red.) qəfildən keçidə düşərək alverlə məşğul olan qafqazlılara hücum ediblər. Əvvəlcədən hazırlıq keçən dazbaşlar ticarət obyektindəki piştaxtaları qırıb şüşələri sındırıblar. Həmin keçiddə alver edən bütün qafqazlılar vəhşicəsinə döyülüb.
Maraqlıdır ki, təxminən 50 nəfərdən ibarət dəstənin hücum planı başa çatana kimi milis işçiləri gözə dəyməyib. Halbuki, daim nəzarətdə olan obyektdə həmişə onlarla milis işçisi keşik çəkir. İlkin ehtimallara görə, hücum edənlər rus millətçiləri olub. Əldə etdiyimiz mə`lumatlarda bildirilir ki, döyülənlərin arasında azərbaycanlılar da olub. Yaralananların 6 nəfəri azərbaycanlıdır. Xəstəxanaya aparılan yaralıların birinin vəziyyətinin həddindən artıq ağır olduğu bildirilir. Moskva Şəhər Polis İdarəsi faktla bağlı elə dünən cinayət işi qaldırıb.
|
Tələbələr "Prezident təqaüdü" alacaq
Prezident Heydər Əliyev dünən cari qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş 25 tələbəyə xüsusi təqaüdlərin ayrılması barədə fərman imzalayıb. 200 min manat məbləğində olan aylıq təqaüdlər 2001-2002-ci il tədris ilinin birinci semestrində veriləcək.
Bundan sonra təqaüdlərin verilməsi tələbələrin tədris uğurlarından asılı olacaq. Fərmanda göstərilir ki, sonrakı müddətdə bu təqaüdlərin verilməsi tələbələrin oxuduğu ali təhsil müəssisəsinin təqdimatı əsasında Təhsil Nazirliyi tərəfindən tənzimlənəcək. Fərmana görə təqaüdlər dövlət büdcəsinin "təhsil xərcləri" bölməsindən maliyyələşəcək. "Prezident təqaüdü"nə layiq görülən abituriyentlərin 5 nəfəri məcburi köçkün (o cümlədən 1 nəfəri "çadır məktəbində" təhsil alıb), 2 nəfər isə əlildir.
Prezident fərmanı dünən ölkə başçısının qəbul imtahalarında xüsusilə fərqlənmiş abituriyentlərin bir qrupu ilə görüşündə e`lan edilib. Prezident imkan daxilində yerdə qalan bütün tələbələrin də təqaüdlərinin artırılacağını bildirib. Bundan əlavə, müəllimlərin maaşlarının da artırılması nəzərdə tutulur. Qeyd edək ki, cari qəbul imtahanlarında 82 min abituriyentdən 25 mini tələbə adını qazanıb. 362 məktəbin yetirməsi 600-dən çox bal toplayıb.
|
 |
|
Ana səhifə |
Xəbər |
Şərh |
Siyasət |
Mədəniyyət |
İş günü |
İdman
Şou-xəbərlər |
Ulduz falı
|
 |
| |
|