Sağlamlıq

Ana səhifə
Xəbər
Şərh
Siyasət
Mədəniyyət
Sağlamlığ
İş günü
İdman
Şou-xəbərlər
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#98(322)
IX. Daxilimizdəki laboratoriya necə işləyir?

Səhhətimiz, bütövlükdə həyatımız Ana Təbiət tərəfindən hər birimizin daxilində quraşdırılmış çox zəngin, mükəmməl və mürəkkəb laboratoriyanın necə işlədməsindən asılıdır. Bu laboratoriya zərərli qidanı faydalı qidaya çevirmək iqtidarına malik olmasa da, bizim köməyimizlə, faydalı qidanı faydasız qidaya, hətta, zərərli qidaya çevirə bilər. Laboratoriyanın başına müsibətlər açmamaq üçün biz üç mühüm suala dəqiq cavab tapmalıyıq: nə yemək, nə qədər yemək və necə yemək?
Qidaların uzlaşması faktorunu yaxşı bilmədən bu suallara düzgün cavab vermək mümkün deyil. Artıq biz bilirik ki, hər qidanın öz mə`də şirəsi var, qidaları qarışdırmaq olmaz. Bəs nəyi nə ilə yemək olar, nə ilə yemək olmaz? Oxucunun diqqətinə təqdim etdiyimiz aşağıdakı cədvəl qidalanmaya şüurlu yanaşmağa, düzgün menyu tərtib etməyə və daxilimizdəki laboratoriyanın yaxşı işləməsinə yardımçı ola bilər.
"Mö`cüzəsiz mö`cüzə" kitabını oxuyanların bir qismi məndən tez-tez soruşur: nə üçün nişastanın, zülalın və yağın hansı ərzaq növündə cəmləşdiyini konkret göstərməmisiniz? Belə iradları nəzərə alaraq, həmin məsələni "Bizi yaşadan da qidadır, öldürən də" adlı yeni kitabımda (hələlik işıq üzü görməyib) geniş açıqlamışam. Həmin kitabdan müəyyən məqamları "Bizim ƏSR"in oxucularına təqdim edirəm. Buyurun, tanış olun.
Nişastalı qidalar: çörək, kartof, dənli bitkilər, çuğundur, kök, paxlalı bitkilər, balqabaq, boranı, kudu, badımcan və s.
Zülallı qidalar: ət, balıq, süd, qatıq, pendir, kəsmik, süzmə, tumlar, qoz, fındıq, badam, şabalıd, püstə, noxud, paxlalı bitkilər.
Yağlı qidalar: kərə yağı, qaymaq, xama, bitki yağları, pendir, qoz, fındıq, badam, püstə, şabalıd, tumlar.
Göründüyü kimi, bə`zi qida növlərində həm zülal cəmləşib, həm də yağ. Ümumiyyətlə götürdükdə isə, təkcə zülaldan, təkcə nişastadan və təkcə yağdan ibarət olan ərzaq növü tapmaq mümkün deyil. Məsələn, "nişasta" qrafasına aid etdiyimiz çörəyin tərkibində 90 faiz nişasta cəmləşib, 10 faiz zülal.
"Ən dəyərli qida növü hansıdır" sualı ilə mənə müraciət edən oxuculara da cavab veirirəm: göy-göyərti. Enn Uiqmor adlı müəllif "Canlı qida" adlı qiymətli əsərində yazır: "Bizə 103 kimyəvi element bəllidir. Biz həmin elementlərin kiçik bir hissəsindən ibarətik. Özündə bütün 103 elementi cəmləyən yeganə qida - bütün canlıları, anadan olan gündən ta ölən günədək, yaşadan - otlardır!

Qidanın hərəkət marşrutu

Qidalanma qaydalarını bilmədən və yaxud da bilərəkdən pozan, necə gəldi yeyib-içən, qidada fayda deyil, həzz axtaran hər bir şəxs öz orqanizminə böyük zərbə vurur. Bu acı həqiqəti dərindən dərk etmək üçün qidanın hərəkət marşrutuna nəzər salmağımız çox vacibdir.
Biz masa arxasında əyləşən kimi süfrəyə nəzər salırıq. Beynimizə dərhal siqnal daxil olur. "Baş qərargah" siqnalı alıb, qəbul olunası qidaları müəyyənləşdirir. Mərkəzdən əmr alan əllər həmin qidaya tərəf uzanır. Seçilmiş qida ağıza düşən kimi, lamisə üzvləri beyinə yeni informasiya bloku göndərir - qidanın xassələri haqqında ətraflı mə`lumat verir: istidir, yaxud soyuqdur, bərkdir, yaxud yumşaqdır, durudur, yaxud qatıdır, turşdur, yaxud şirindir və s. İnformasiya blokunu ildırım sür`ətiylə təhlil edən beyin, ağızdakı ifrazat orqanlarına, mə`dəyə, qara ciyərə, bağırsağa, dalağa, böyrəklərə, vəzilərə, həzmetmə və mənimsəmə prosesində iştirak edən digər orqanlara əmr verib, onları prosesə qoşur: filan xassəli qida üçün şirə buraxın, həzmolmanı və mənimsənilməni tə`min edin! Siqnal alan orqanlar əlbəəl prosesə qoşulurlar. İlk mərhələdə bütün ağırlıq dişlərin və tüpürcək vəzilərinin üstünə düşür. Çeynəmə mükəmməl getdikdə və qida tüpürcəyə yaxşı qarışdıqda, qidanın həzmolma faizi yüksək olur. Qida zənginləşir və mə`dəyə çox ağırlıq düşmür, bu da mə`dənin ömrünü uzadır. Qidanı tələm-tələsik çeynəyib udan şəxs mə`dəsinə böyük zərbə vurur. Bu halda qida tüpürcəkdə olan dəyərli maddələrlə reaksiyaya girmir. Mə`də xəstəliklərinin törəməsinin bir mühüm səbəbi də qidanın ağızda qeyri-mükəmməl (50 faizdən az) həzm olunmasıdır. Naturopat alimlər belə hesab edirlər ki, qidaları 30-50 dəfə çeynəmək vacibdir. Dişlərinin qayğısına vaxtında qalmayanlar bu vacib əməliyyatı istənilən səviyyədə yerinə yetirə bilmirlər. Digər tərəfdən, biz bütün həyatımız boyu harasa tələsirik, o cümlədən, qida yeyərkən. Bu pis vərdişi bizə uşaq vaxtı, həmişə işi başından aşan analarımız öyrədib. Sonralar da özümüz tələsmişik - küçəyə, məktəbə, işə gecikməmək üçün tələsmişik.
Tələsə-tələsə ömrümüzü gödəltmişik.
Bir sıra Asiya və Afrika ölkələrində qida qəbul edərkən "aktiv çeynəmə və passiv udma" prinsipinə əməl edirlər. Kababsevər millətimiz isə "passiv çeynəmə və aktiv udma" prinsipi seçib. Asiya və Afrika ölkələrində yaşayanlar bir xışma düyünü və ya buğdanı 10-12 dəqiqə ərzində çeynəyirlər. Qida ağız şirəsi ilə çox yaxşı reaksiyaya girir. Əbəs demirlər: hindular bir xışma düyüdən daha çox faydalı elementlər alırlar, nəinki ingilislər bir neçə bifştekstdən.
Mənimsənilmə prosesində tüpürcəyin rolu böyükdür. Bir sıra kimyəvi maddələrlə zəngin olan tüpürcək qidaya kimyəvi tə`sir göstərərək, nişastalı maddələri şəkərə çevirir. Qidanı yaxşı-yaxşı çeynəmədikdə - onun bir şəkildən başqa şəklə çevrilməsi prosesi pozulur, qida pis həzm olunur.
Baş kimyəvi laboratoriya sayılan mə`də 5 stəkan həcmində (bə`zən çox) qida tutan "torbadır". Mə`də şirəsində mövcud olan pepsin qidanın çevrilməsində mühüm rol oynayır. Sağlam adamın mə`dəsində 4,5 litr şirə hasil olunur. Tüpürcəklə yaxşı isladılmış qida mə`dəyə daxil olduqda, şirə rahat ifraz olunur və öz funksiyasını yaxşı yerinə yetirir. Qidanı pis çeynəyəndə, yaxud mə`dəni ağzınacan dolduranda - şirə pis işləyir, qida yaxşı həzm olunmur, qıcqırma və çürümə baş verir. Ona görə də belə bir qaydaya əməl etmək vacibdir: mə`dənin 2/3 hissəsini hava üçün saxlamaq. Əks halda həzmolma pis gedəcək. Bu vaxt qida çürüyür və qıcqırma vaxtı yaranan zərərli ferment xeyli vaxt mə`dədə qalır, mə`dəyə daxil olan yeni qidalara qarışır, acıma və qıcqırma prosesi uzun müddət davam edir. Nəticədə, mə`də pinti sakinlərin yaratdığı zibilxanaya çevrilir, mə`dənin üst təbəqəsi öz elastikliyini və möhkəmləyini itirir, nazikləşir, köhnəlmiş torba kimi olur, mə`də vəzilərinin deşikləri tutulur. Maddələr mübadiləsi pozulur, hüceyrələr yaxşı qidalana bilmir və biz xəstələnirik.

 Ana səhifə | Xəbərlər | Ölkə | Firqələrdə | Pauza | Aləm | İş günü | Sağlamlığ | Mədəniyyət | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə

Copyright©by Media LTD,2001 E-mail

©WEB Design Group Media Ltd