Əqrəb [24oktyabr - 22
noyabr]
Unutmayın ki, işinizi və`dlər üzərində qurmaqla səhv addımlar atırsınız. Ətrafdakılara qarşı kəskin şəkildə tələbkarlıq yaramaz. Öz şəxsi ambisiyanızla sizə tabe olanları əzməyin. Bütün məsələlərin həllində diplomatik qabiliyyətinizi göstərin.
Oxatan [23 noyabr - 21
dekabr]
Özünüzü şax tutmağa çalışsanız da, buna az nail olursunuz. Ailə içində, dostlar arasında da ürəkaçan heç nə yoxdur. Boz rəngin əhatəsindəsiniz. Gözlərinizi qoruyun, son vaxtlar xeyli zəifləyib. Yaxın adamların, dostların hərarəti itirdiyiniz adamın istiliyini əvəz edə bilmir.
Oğlaq [22 dekabr - 20
yanvar]
İşlərinizi düşüncə ilə görün. Tələsməyin, gecikməyin. Özünüzü bədbəxt proletar obrazında təqdim etməkdən çəkinin. Hər yerə can atıb bütün işlərə yarımaqdan özünüzü saxlayın. Bu vaxt çox böyük səhvlər buraxacaqsınız.
Dolça [21 yanvar - 20
fevral]
Düşündüklərinizlə hərəkətləriniz arasında bir uçurum var, adlamaqda çətinlik çəkirsiniz. Təmiz havada çox olmağa çalışın. Əzələlərinizi işlətsəniz heç də pis olmaz. Elə bir görüşünüz baş tuta bilər ki, onun ovqatı uzun zaman xatirinizdən çıxmaz.
Balıqlar [21 fevral - 20
mart]
Zəhmətkeşliyiniz, təcrübəniz çoxdur, ancaq hər işi yerinə yetirə bilməzsiniz; həm ailənin dərd-sərini öhdənizə götürmək, həm də vəzifə borclarını vermək bir nəfər üçün çox çətin işdir. Nə istədiyinizi bilməklə dözümlü, rahat olun. Heç kəsdən heç nə istəməyin, tələb etməyin. Yaxın adamla münasibətləri möhkəmləndirməlisiniz.
| | | | |