İdman

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
Mədəniyyət
İş günü
Kriminal
İdman
Şou-xəbərlər
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#99(323)
Ponomaryov oyunçu qıtlığı ilə üzləşib
Bununla belə o, milli komandanın qələbə qazanacağına inanır

Futbol üzrə milli komandamızın baş məşqçisi İqor Ponomaryov dünən "Şəfa" stadionunda mətbuat konfransı keçirdi. Əvvəlcə Azərbaycan - Makedoniya matçı ərəfəsində komandanın son durumu haqda mə’lumat verən baş məşqçi Qurban Qurbanov, Tərlan Əhmədov, Dmitri Kramarenko və Emin Ağayev kimi aparıcı futbolçuların Makedoniya komandasına qarşı oyunda meydana çıxa bilməyəcəyindən təəssüfləndiyini dilə gətirdi. O, həmçinin adı çəkilən futbolçuları əvəz etmək üçün hazırlıqlı oyunçlar tapa bilməməsindən gileyləndi. Bununla belə, Zaur Tağızadənin artıq sağaldığını və Bəxtiyar Musayevin yaxşı formada olduğunu bildirdi.
Baş məşqçi bu gün meydana kimlərin çıxacağı barədə mə’lumat vermədi və start hey’ətinin görüşə yalnız bir saat qalmış açıqlanacağına dedi. Ponomaryov, sonda Azərbacan-Makedoniya qarşılaşmasında qələbə uğrunda futbolçuların və özünün əlindən gələni edəcəyini bildirdi.

Makedonlar bizə hansı hissləri yaşadacaqlar?

Azərbaycanın futbol üzrə milli seçmə komandası yenicə istifadəyə verilmiş "Şəfa" stadionunda bu gün Makedoniya kollektivini qəbul edir. Saat 19.00-da başlanacaq görüş "Lider" TV ilə canlı yayınlanacaq. Makedoniya komandası Bakıya aşağıdakı hey`ətdə gəlib:
qapıçılar - Qoçe Qruyoski ("Rabotniçki"), Muarem Zekir ("Vardar"); müdafiə və ön xətt oyunçuları - İqor Sasa Nikolovski ("Lyörs", Belçika), Qoran Stavrevski ("Dinamo" Z.-Xorvatıstan), İqor Quzelov ("Şaxtyor", Ukrayna), Qoran Yovanovski ("Sloqa Yuqomaqnat"), Zoran Yovanovski ("Sloqa Yuqomaqnat"), Robert Petrov ("Pobeda"), Panse Stoyanov ("Sileks"), Nəbi Mustafi ("Sloqa Yuqomaqnat"), İqor Nikolayevski ("Pobeda"), İqor Metrevski ("Spartak" M - Rusiya), Artim Şakiri ("Hit Qoritsa", Sloveniya), Zarko Serafimovski ("Hapoel", İsrail), Vank Troyanov ("Lokomotiv", Bolqarıstan), Stoyanse İqnatov ("Sileks"), Qoran Mazkov ("Spartak" M - Rusiya), Arxent Bəkiri ("Sloqa Yuqomaqnat"), Sase Kristov ("Pobeda"), Draqan Naçevski ("Vardar").

Bizim futbol

Futbol üzrə XI milli çempionatın güclülər dəstəsində iki tur oynanılıb. Dünya birinciliyinin seçmə oyunları ilə əlaqədar ölkədaxili yarışda qısamüddətli fasilə yaranıb: çempionatın 3-cü turunun görüşləri sentyabrın 8, 9 və 10-da keçiriləcəkdir.
Bizim futbolun özünəməxsus, daha dəqiq desək, bu e`cazkar oyunun inkişafına əngəl olan mənfi çalarlı "özəllikləri" var və çatışmazlıqlar özünü təşkilati işlərdə daha qabarıq büruzə verir. Sifariş vərəqinin AFFA-ya vaxtında təqdim olunmaması bu qəbildən sayıla biləcək ciddi nöqsanlardandır. Bu səbəbdən ölkə futbol ictimaiyyəti milli çempionatın iştirakçılarının kimliyindən gec xəbər tutmalı oldu. Belə çatışmazlıqların ötəri olacağına inamı itirmədən bizim futbolu oynayanların klublar üzrə siyahısını təqdim edirik. "Bizim ƏSR"in bugünkü sayında ölkə çempionu ("Şəmkir") və vitse-çempionla ("Neftçi") tanış olun.

"ŞƏMKİR" (Şəmkir) - 22 futbolçu qapıçılar - Toğrul Hacıyev (1982), Rauf Mehdiyev (1976), Hüseyn Məhəmmədov (1974); müdafiəçilər - Azər Məmmədov (1976), İlham Yadullayev (1975), Aslan Kərimov (1973), Nizami Ocaqverdiyev (1968), Əli Abışov (1968), Mehman Yunusov (1968); yarımmüdafiəçilər - Vüsal Hüseynov (1982), İsmayıl Məmmədov (1976), Aleksandr Xurtseviç (1976), E`timad Qurbanov (1975), Mahmud Qurbanov (1973), Aqil Məmmədov (1972), Xaliq Mərdanov (1971), Vidadi Rzayev (1967); hücumçular - Mətləb Məmmədov (1981), Xaqani Məmmədov (1976), Viktor Kulikov (1971), Alay Bəhramov (1966), Badri Kvaratsxeliya (1965); klubun prezidenti - Şahbaz Süleymanov; baş məşqçi - Qəhrəman Əliyev.

"NEFTÇİ" (Bakı) - 19 futbolçu qapıçılar - Davud Kərimi (1984), Cahangir Həsənzadə (1979), Elxan Həsənov (1967); müdafiəçilər - Rəşad Sadıqov (1982), Ruslan Abbasov (1980), Ədahim Niftəliyev (1976), Tərlan Əhmədov (1971), İqor Getman (1971), Arif Əsədov (1970); yarımmüdafiəçilər - Zaur İsmayılov (1978), Alim Qurbanov (1977), Kamal Quliyev (1976), Bəxtiyar Musayev (1973), Georgi Gilasoniya (1968); hücumçular - Nadir Nəbiyev (1980), Samir Əliyev (1979), Fərrux İsmayılov (1978), Qurban Qurbanov (1972), Vadim Vasilyev (1972); klubun prezidenti - Ramiz Mirzəyev; baş məşqçi - Kazbek Tuayev.

Olimpiyaçılarımızın qələbəsi

Dünən Bakıxanov qəsəbəsindəki İsmət Qayıbov adına stadionda Azərbaycan və Makedoniyanın 21 yaşınadək futbolçulardan ibarət yığma komandaları arasında Avropa çempionatının növbəti seçmə matçı keçirildi.
Əsasən bərabər, bir sıra hallarda isə həmyerlilərimizin müəyyən ərazi üstünlüyü şəraitində keçən qarşılaşmada Azərbaycan futbolçuları 1:0 hesabı ilə qalib gəldilər. Yeganə topu matçın bitməsinə 2 dəqiqə qalmış komandamızın ən gənc üzvü (16 dekabr 1984) Ramal Hüseynov vurdu. Komandamız görüşü bu hey’ətdə keçirdi: Elşən Poladov, İlyas Qurbanov, Emin İmaməliyev, Avtandil Hacıyev (Mixail Kitelman,72), Ramin Quliyev (sarı vərəqə,16), Ramal Hüseynov, Rəşad Sadıqov, Rəşad Abdullayev(sarı vərəqə,15), Samir Musayev, Elçin Rəhmanov (Elmar Baxşiyev,46), Nadir Nəbiyev(Mikayıl Namazov,46).

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd