Ana sehife

ULDUZ FALI  
(6 Sentyabr)
Qoç 21 mart - 20 aprel
Buğa 21 aprel - 20 may
Əkizlər 21 may - 21 iyun
Xərçəng 22 iyun - 22 iyul
Şir 23 iyul - 23 avqust
Qız 24 avqust - 23 sentyabr
Tərəzi 24 sentyabr - 23 oktyabr
Əqrəb 24 oktyabr - 22 noyabr
Oxatan 23 noyabr - 21 dekabr
Oğlaq 22 dekabr - 20 yanvar
Dolça 21 yanvar - 20 fevral
Balıqlar 21 fevral - 20 mart


Qoç
[21 mart - 20 aprel]

Aries Zirək tərpənməlisiniz. Vaxtınızı boş keçirməyin. İşgüzar əlaqələr, ictimai təşkilatlara müraciətlər, dövlət idarələrində sənədlərin imzalanması və tərtibi uğurlu alınacaq. Qabaqcadan hiss etmək qabiliyyətiniz çoxalacaq.

Buğa
[21 aprel - 20 may]

Taurus Nə deyəcəksinizsə, əksi ilə rastlaşacaqsınız. Hamı ilə yaxınlaşmağa, dil tapmağa çalışın, özünüzü çəkib durmayın. Yaxın adamla bağlı xoşagəlməz məsələlər ortaya çıxa bilər. Bu da sizin vəzifə borclarınızı yerinə yetirməyinizə ciddi maneə olar.

Əkizlər
[21 may - 21 iyun]

Gemini Sizi maraqlı görüşlər gözləyir. İşgüzar əlaqələrdən biri şəxsi münasibətə çevrilə bilər. Çalışqanlığınız müdiriyyətin gözündən yayınmayacaq. Təqdir olunacaqsınız. Başladığınız işləri həmin ciddi-cəhdlə və həvəslə də başa vurmağa çalışın.

Xərçəng
[22 iyun - 22 iyul]

Cancer Yaxın adamlara vaxtınızı, əsəbinizi və gücünüzü çox sərf edirsiniz. Günləriniz rahat və qayğısız keçmir, bunun fərqinə varıb müdrikləşin, ovqatsızlaşmayın. Ətrafdakı adamlara bir də diqqətlə nəzər salsanız, bu vaxta qədər görmədiyiniz gözəl keyfiyyətlər kəşf edəcəksiniz.

Şir
[23 iyul - 23 abqust]

Leo İşləriniz yavaş-yavaş qaydasına düşür. Qarşınızda heç bir maneə yoxdur. İstənilən cəmiyyət, təşkilat və idarəyə müraciət edə bilərsiniz, qarşıya qoyduğunuz məqsədə müvafiq cavabların alınması problem olmayacaq. Yeni tanışlıqlar rahat alınacaq. Bu günlər qurulan ailənin təməli möhkəm olacaq.

Qız
[24 avqust - 23 sentyabr]

Virgo İste`dadınızı göstərmək üçün əziyyət çəkməyəcəksiniz. İşdəki cəfakeşliyiniz müdiriyyət tərəfindən təqdir olunacaq. Ən çətin problemlərə belə baş qoşsanız, onu asanlıqla yoluna qoyacaqsınız. Təkcə özünüzə yox, həm də sizə müraciət edən hər kəsə dayaq dura biləcəksiniz.

Tərəzi
[24 sentyabr - 23 oktyabr]

Libra Hamını, ən ciddi problemlərinizi də yaddan çıxarıb əylənəcəksiniz. Nəfsinizdən yaxa qurtara bilməyəcəksiniz. Yaddan çıxarmayın ki, gələcəkdə bu hərəkətinizin altını çəkə bilərsiniz. İndi özünüz seçin.

Əqrəb
[24oktyabr - 22 noyabr]

Scorpio İşgüzarlıq qabiliyyətiniz birə-beş artacaq. Maddi durumunuzu artırmaq qayğısına qalacaqsınız. Təşəbbüsü ələ alıb liderlik rolunu qəbul edəcəksiniz. Sevgi sarıdan da hər şey qaydasındadır. Bir-birinizi yarı sözdən anlayacaqsınız.

Oxatan
[23 noyabr - 21 dekabr]

Sagittatius Ümidinizi kommersiya əməliyyatlarına bağlamayın. Sizi aldada bilərlər. Adamları tanıyıb gələcəkdə belə səhvlərə yol verməməyə çalışın. Qəfil xəbər ətrafınızdakılarla münasibətlərinizə xələl gətirə bilər. Özünüzü cəmiyyətdən çox ayırmayın.

Oğlaq
[22 dekabr - 20 yanvar]

Capricorn Nə istədiyinizi dəqiq müəyyənləşdirin. Arxayın olun, sizə kömək edəcək həmfikirlərinizi tapmaq o qədər də çətinlik törətməyəcək. Bu, köhnə dostlar və yeni tanışlar arasından da ola bilər. Görüşlər, danışıqlar, gəzintilər uğurlu alınacaq. Gözəl romantik ovqat içində olacaqsınız.

Dolça
[21 yanvar - 20 fevral]

Aquarius Yaxşı ovqat istəyilə özünüzü aldadırsınız. Maliyyə işlərində sizin qazancınızı verməkdən imtina edəcəklər. Bahalı alqılar etməkdən çəkinin. Bundan sonra hər hansı işi görməmişdən öncə müqavilə bağlamaq qayğısına da qalın.

Balıqlar
[21 fevral - 20 mart]

Pisces Sakit, uyarlı ovqatda olacaqsınız. Baş verən hadisələrin gedişini ayıq başla təhlil edib öncədən tədbir görməyiniz məsləhətdir. Mükafatlana bilərsiniz. Fiziki işlə məşğul olmaq həm səhhətinizə, həm də maddi durumunuza yaxşı tə`sir edəcək.



 
Copyright © by Media LTD,2001 E-mail