Firqələrdə

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
Mədəniyyət
İş günü
Kriminal
İdman
Şou-xəbərlər
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#99(323)
... "Namus" Avropaya müraciət edəcək

Namus Partiyasının təşkilat məsələləri üzrə sədr müavini Sahib Xəlilov partiya qeydiyyata alınmadığına görə Avropa məhkəməsinə müraciət edəcəklərini bildirir:
"2000-ci il noyabrın 21-də Yasamal rayon məhkəməsi Namus Partiyasının qeydə alınması ilə bağlı onun xeyrinə qərar çıxarmasına baxmayaraq Ədliyyə Nazirliyi bu məsələni müsbət həll eləmir və məhkəmənin qərarını yerinə yetirməkdən imtina edir. Ona görə də biz Avropa məhkəməsinə müraciət etmək fikrindəyik. Hazırda hüquqşünaslarımız sənədlərin üzərində işləyir, çox güman ki, sentyabrın axırında biz bu müraciəti edəcəyik."

... İmanovun xəbəri yoxdur

AXCP ("islahatçılar") ilə AMİP müttəfiqliyi tam başa çatmamış AMİP - "Ədalət" Partiyası yaxınlaşmasının mümkünlüyü ortaya çıxıb.
"İslahatçılar"la saziş ərəfəsində olan milli istiqlalçıların Ədalət Partiyası ilə yaxınlaşması deyəsən hər iki partiya funksionerlərinin ürəyincədir. Bildirilir ki, vasitəçilik missiyasını AMİP funksioneri Nazim İmanovun qohumu (əmisi) öz üzərinə götürüb. Verilən mə`lumata görə həmin şəxsin həm E`tibar Məmmədov, həm də İlyas İsmayılovla yaxşı münasibətləri var.
AMİP siyasi şurasının üzvü Nazim İmanov partiyaların, o cümlədən, AMİP-lə Ədalət Partiyasının yaxınlaşmasına müsbət baxır. Lakin hansısa yeni danışıqların aparılması və ya kimin vasitəçilik etməsi haqda mə`lumatı olmadığını deyir.
Ədalət Partiyası Ali Məclisinin sədri Aydın Kərimov da bildirir ki, konkret olaraq AMİP və Ədalət Partiyası arasında ictimai fikrə maraqlı ola biləcək ciddi addımlar atılmayıb"

...AzRUS-un qurultayı ləngidi

AzRus adlanan qurumun oktaybrda keçiriləcək qurultayına hazırlıq davam edir. Hələ ki, təşkilat komitəsinin rəhbərliyi rayonlarda təbliğat xarakterli görüşlər keçirir.
AKP mətbuat xidmətinin rəhbəri Rövşən Hüseynovun verdiyi mə`lumata görə qurultayın dəqiq günü sentyabrın sonlarında təşkilat komitəsi tərəfindən müəyyənləşdiriləcək. R.Hüseynov qurultayda Rusiya Dövlət Dumasından, Gürcüstan, Belorus, Ukrayna, Qazaxıstan və İrandan qonaqların iştirak edəcəyini dedi.

... Yoxsa aclıq edəcəklər

Müsavatyönlülərin yığışdığı Demokratik Konqresdə mitinq məsələsi ilə bağlı fikir ayrılığı yaranıb.
AXCP ("klassiklər") sentyabrın əvvəlində mitinq keçirməyi təklif etsə də bu, Demokratik Konqresin digər nümayəndələri tərəfindən birmə`nalı qarşılanmayıb: məsələdə ikili fikir yaranıb. Müsavat, Xalq Partiyası və "Əhrar" mitinqin əleyhinə olub, qalan partiyalar isə dəstək verib. AXCP-çilər hətta bəyan ediblər ki, DK butövlükdə bu fikri dəstəkləməsə cəbhəçilər digər qüvvələrlə (məsələn, ADP ilə) birlikdə mitinq keçirəcəklər.

 Ana səhifə | Xəbərlər | İc siyasət | Firqələrdə | Pauza | Aləm | İş günü | Kriminal| İdman | Şou xəbərlər| Əyləncə

Copyright©by Media LTD,2001 E-mail

©WEB Design Group Media Ltd