|
|
|
|
#100(324)
|
 |
|
|
|
|
"Azərbaycanın şimal bölgəsində kriminogen durum tam nəzarət altındadır. Baş vermiş hadisələrlə bağlı Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, MTN-nin yüksək ixtisaslı əməkdaşları cəlb edilməklə intensiv iş aparılır və bu orqanların fəaliyyəti daim ölkə prezidentinin nəzarəti altındadır". Bu sözləri daxili işlər naziri, polis general-leytenantı Ramil Usubov "Turan"a eksklüziv müsahibəsində deyib.
|
| | |
|
|
|
|
Əsrin yarısı qədər
Xalq artisti Sədayə Mustafayevanın anadan
olmasının 75, Gəncə Dövlət Dram Teatrında fəaliyyətinin 50-ci ili tamam olur
|
Mədəniyyət |
| |
|
|
İş günü
|
Hökumət məktəblərin tə`mirinə xüsusi diqqət yönəldib
|
|
Sənət
|
Soso Pavliaşvili Bakıda özünü evindəki kimi hiss edir |
|
Köşə yazarları
|
və ya
SOLĞUN ÇİÇƏKLƏRİN HÖRÜMÇƏYİ
|
|
| Xəbərlər |
Ölkədən çıxarılsınlar!
Bir sıra ictimai təşkilatlar
Dağlıq Qarabağ ermənilərinin
Bakıya səfərini dayandırmağı tələb edirlər
"Soros Fondunun və Helsinki Vətəndaş Assambleyasının təşkilatçılığı ilə Azərbaycana gələn Dağlıq Qarabağ nümayəndə heyəti özünü həyasızcasına apardığına və Azərbaycanın ərazi bütövlüyünü tanımadığına görə ölkədən çıxarılmalıdır". Döünən Resurs Mərkəzində mətbuat konfransı keçirən bir sıra insan haqları təşkilatlarının gəldiyi ortaq fikir olub.
Mərkəzin direktoru Mehdi Mehdiyev DQ erməni nümayəndə heyətinin başçısı Karen Ohacanyanın "DQ pasportu"nu göstərərək onu Ermənistana və Azərbaycana dəxli olmayan subyekt", "Azərbaycan istəsə də, Stepanakertə girə bilməyəcək" kimi fikirlərini əsas götürərək onların ölkə hüdudlarından çıxarılmasını təklif edib.
O, DQ nümayəndə heyətinin bu səfərini "xalqa təslimçilik ruhu aşılamaq" siyasətinin davamı adlandırıb və səfəri təşkili etdiyinə görə Soros Fondunun Azərbaycan qarşısında məsuliyyət daşıdığını vurğulayıb.
İnsan haqları müdafiəçisi Mirvari Qəhrəmanlının fikrincə, nümayəndə heyəti iki xalq arasında dostluq körpüləri qurmaq yox, "müstəqil Dağlıq Qarabağ adından danışmaq" missiyası ilə gəldiyi üçün ölkədən çıxarılmalıdır.
|
AMİP-in iddiasına baxılacaq
Bu gün 1 saylı Yerli İqtisad Məhkəməsində hakim Maşallah Ələkbərovun sədrliyilə Milli İstiqlal Partiyasının İqtisadi İnkişaf Nazirliyinə qarşı iddiası üzrə hazırlıq iclası keçiriləcək.
Xatırladaq ki, AMİP İqtisadi İnkişaf Nazirliyinin partiyanın keçmiş qərargahının yerləşdiyi binanın icarə müqaviləsinin pozulması barədə qərarını qanunsuz sayaraq məhkəmədən onun ləğvini tələb edir.
Sonrakı iki gündə temperatur qalxacaq. Lakin sentyabrın 9-da yenidən hava şəraiti sərinləşəcək. Belə ki, ayın 9-da axşam Böyük Qafqazda yağışlar yağacaq. Sentyabrın 9-12-də temperatur 5-6 dərəcə aşağı düşəcək.
|
 |
|
Ana səhifə |
Xəbərlər xətti |
Xəbər |
Şərh |
Siyasət |
Firqələrdə |
Mədəniyyət |
İş günü |
Kriminal |
İdman
Şou-xəbərlər |
Ulduz falı
|
 |
| |
| | |
|