Kriminal

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
Mədəniyyət
İş günü
Kriminal
İdman
Şou-xəbərlər
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#99(323)
Priton aşkar olunub

Artıq bir müddətdir ki, paytaxt polisi şəhərimizdəki bar və kafelərdə fəaliyyət göstərən əxlaqsızlıq yuvalarına qarşı mübarizə tədbirləri görür.
Dünən Yasamal Rayon Polis İdarəsinin 21-ci bölməsinin əməkdaşlarının daha bir pritonun fəaliyyətinə son qoyduğu barədə mə`lumat aldıq. Bununla bağlı verilən mə`lumata görə, polis əməkdaşları 28 May küçəsi, 78 saylı binada yerləşən "Bodrum" barında əməliyyat keçiriblər. Nəticədə barın sahibi - Şərur rayon sakini, 1977-ci il təvəllüdlü Mübariz İsmayılov həbs edilib. Mə`lum olub ki, o, Bakı şəhəri Tağızadə küçəsi ev 23, mənzil 34-də yaşayan 1984-cü il təvəllüdlü Səbinə Cahangirovanı və Hövsan qəsəbəsi sakini 1979-cu il təvəllüdlü Rəhimə Süleymanovanı əxlaq pozğunluğuna cəlb edib. M.İsmaıylov barəsində CM-in 143-cü maddəsi ilə cinayət işi açılıb.

Tutularkən özünə qəsd edib

Lənkəran şəhəri, Mirhəşim Ağayev küçəsi, 42 saylı evdə yaşayan Nizami Məmməd oğlu Hüseynov avqustun 4-də polislər tərəfindən təqib olunduğunu görərək, özünə qəsd edib.
"Lider TV"nin bölgə müxbirindən aldığımız mə`lumata görə, bir həftə əvvəl polislər onun üzərində narkotik maddə aşkar ediblər. Faktla bağlı cinayət işi açılıb və istintaq dövründə Nizami Hüseynov yoxa çıxıb. Onun barəsində axtarış e`lan olunub. N.Hüseynovu Dövlət Yol Polisi əməkdaşı görsə də, onu yaxalaya bilməyib. Nəhayət onu Lənkəran Rayon Məhkəməsinin qarşısındakı bağda mühasirəyə alıblar. N.Hüseynovun cibindən kibrit qutusu çıxartdığını görən polislər cinayətkarı "iş başında" yaxalayacaqlarını düşünüblər. Lakin N.Hüseynov qəfildən həmin kibrit qutusundan ülgüc çıxardaraq, özünə qəsd edib.

Kontr-admiralın müəmmalı qətli
Məhkəmə prosesi yeni faktlar üzə çıxarır

Ötən gün Bayıl istintaq təcridxanasında Əliyusif Tahirovun, Dəyanət Kərimovun, Həsən Mustafayevin, Aydın Cəfərovun, Aydın Şirinovun və Canmirzə Mirzəyevin mühakiməsi davam etdi. Prosesdə Bakı Ali Hərbi Dənizçilik məktəbinin sabiq direktoru kontr-admiral Eduard Hüseynovun qətliylə bağlı epizod araşdırıldı. Şahid qismində ifadə verən mərhumun həyat yoldaşı Tatyana Hüseynova, 1993-cü il aprelin 26-da axşam atəş səsləri eşitdiyindən oğlu ilə birlikdə həyətə düşdüyünü bildirdi.
T.Hüsenovanın sözlərinə görə, həmin vaxt həyat yoldaşının 1-ci və 2-ci mərtəbələrin arasında yerə yıxıldığını görüb. E.Hüseynov başından güllə yarası aldığından kəskin qanaxmanı dayandırmaq mümkün olmayıb. "Çox peşəkarcasına atəş açılmışdı", - deyən T.Hüseynova tə`cili yardımın hadisə yerinə 15 dəqiqədən sonra gəldiyini söylədi. Qadın bildirdi ki, hadisə baş verən vaxt oğlu namə`lum bir şəxsin hərbi şəhərcikdən qaçdığını görüb. Həyat yoldaşının qətlinin sifarişçisi Canmirzə Mirzəyevin olduğuna hələ ki, inana bilməyən Tatyana Hüseynova, "onu tutanda mən dedim ki, daha bir dostumuz həlak oldu"- söylədi. Şahidin ifadəsindən o da mə`lum oldu ki, Bakı Ali Hərbi Dənizçilik Məktəbində bir-birinə qarşı sərt mövqe tutan 2 qruplaşma olub. Belə ki, məktəbin nəzdindəki hərbi hissənin rəhbəri Rafiq Əsgərovla ikinci ranq komandiri Canmirzə Mirzəyev, Eduard Hüseynovla Viktor Tatarenko və Şahin Manafov daha yaxın olublar. Ş.Manafovun məktəbə məxsus evləri, mənzilləri satmağına gəlincə, şahid admiralın ad günündə Tatarenkonun belə bir ifadə işlətdiyini bildirdi. İstintaqa verdiyi ifadələrin bir qismindən imtina edən T.Hüseynova həyat yoldaşının kəşfiyyatçı olması barədə deyilənlərin yalan olduğunu qeyd etdi. Məhkəmə istintaqında şahid ifadəsi verən Viktor Titoviç Tatarenko 1993-cü ilin əvvəllərindən Bakı Ali Hərbi Dənizçilik məktəbində təhsil məsələləri üzrə rəis müavini işlədiyini bildirdi. Müttəhim C.Mirzəyevlə pis münasibətləri olduğunu gizlətməyən şahid hadisəni belə izah etdi: "Aprelin 26-da gecə E.Hüseynovun qızı mənə zəng vuraraq atasının öldürüldüyünü bildirdi. Mən Ş.Manafova admiralı xəstəxanaya aparmağı tapşırdım. Özüm isə məktəbə getdim" Tatarenko bildirdi ki, o, həyəcan siqnalı ilə şəxsi hey`əti ayağa qaldıraraq, rəhbərliyi öz üzərinə götürdüyünü bəyan edib. Bir neçə saatdan sonra həmin vaxt mə`zuniyyətdə olan C.Mirzəyev və R.Əsgərov məktəbə təşrif buyurublar. R.Əsgərov rəhbərliyin C.Mirzəyevə verilməsini məsləhət görüb. V.Tatarenko ölümündən sonra E.Hüseynovun seyfinin açılmasının dəqiq vaxtını xatırlaya bilmədi. Həmin seyfdə ona məxsus avtomat silahın olduğunu vurğulayan şahid, məxfi sənədlər barədə mə`lumatın olmadığını söylədi. Lakin o, seyfdə aşkar olunan məxfi sənədlərlə əlaqədar tərtib edilmiş akta necə imza atdığını izah edə bilmədi. Şahid hadisədən əvvəl E.Hüseynova na`məlum zənglər olunduğunu təsdiqlədi.
Məhkəmə prosesi bu gün davam edəcək.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd