Ana sehife

ULDUZ FALI  
(7 Sentyabr)
Qoç 21 mart - 20 aprel
Buğa 21 aprel - 20 may
Əkizlər 21 may - 21 iyun
Xərçəng 22 iyun - 22 iyul
Şir 23 iyul - 23 avqust
Qız 24 avqust - 23 sentyabr
Tərəzi 24 sentyabr - 23 oktyabr
Əqrəb 24 oktyabr - 22 noyabr
Oxatan 23 noyabr - 21 dekabr
Oğlaq 22 dekabr - 20 yanvar
Dolça 21 yanvar - 20 fevral
Balıqlar 21 fevral - 20 mart


Qoç
[21 mart - 20 aprel]

Aries İş rejiminizdə gərginlik yaranıb. Hələ çox çalışmalısınız. Məhkəməyə işi düşənlər xeyirlərinə qərar alacaqlar. Kommersiya sahəsində çalışanların nüfuz dairəsi genişlənəcək, şəbəkələrinin sayı artacaq. Arzu etdikləri nəticələri görəcəklər.

Buğa
[21 aprel - 20 may]

Taurus İşə başınız elə qarışacaq ki, adınızı belə unudacaqsınız. Real hadisələrin gedişinə doğru qiymət verməyi bacarın. Ümidinizi bir sıra məsələlərə dikib durmusunuz. Əslində isə gələcəyi olmayan, sizdən çoxlu vaxt, əsəb alıb, əvəzində heç nə verməyən boş işlərdir.

Əkizlər
[21 may - 21 iyun]

Gemini Gücünüzü dəqiq hesablasanız, uduşunuz olacaq. İş yoldaşları ilə münasibətlərdə reallıq hisslərini itirməyin. Yağlı və`dlərə inanmayın. Sizi aldatmağa çalışırlar, əgər diqqətinizi bir yerə cəm edə bilsəniz, bunu çox aydın görə bilərsiniz.

Xərçəng
[22 iyun - 22 iyul]

Cancer Nəzərdə tutduqlarınız reallıqdır və onları həyata keçirmək sizdən elə də çox enerji tələb etmir. Daxili gərginliyinizi yaradan səbəbləri bir tərəfə qoyub real işlərinizlə məşğul olun. Özünüzdən narazılığınız yaxşı deyil. Bu, gücünüzü dəfələrlə azalda bilər.

Şir
[23 iyul - 23 abqust]

Leo Kommersiya yönlü işləriniz yaxşı alınacaq. İstədiyiniz qədər xeyriniz olacaq. Bu günlər möhkəm sevinəcəksiniz. Sizə qabiliyyətinizə görə elə bir iş təklif edə bilərlər ki, onu həyata keçirəndən sonra kifayət qədər çox maliyyə qazancı ələ edəsiniz. Əlinizdə olan işləri sona çatdırmağa tələsin.

Qız
[24 avqust - 23 sentyabr]

Virgo Ağlınızı işlətsəniz, ən çətin saydığınız problemləri də həll edə biləcəksiniz. Vacib qərarlar qəbul edərkən səhv etməyəcəyinizə əmin olun. Ailə münasibətlərini nizamlayıb sahmana salmaqda çətinliyiniz olmayacaq. Əsas iş yerində uğurlarınız çoxalacaq.

Tərəzi
[24 sentyabr - 23 oktyabr]

Libra İnsanlara təsir qüvvəniz, xoşagəlimli məlahətiniz artıb. Kommersiya əməliyyatlarına baş qoşmağa məcbur olsanız, ayıq başla, ehtiyatla tərpənməlisiniz, yoxsa aldana bilərsiniz.

Əqrəb
[24oktyabr - 22 noyabr]

Scorpio Axtarışa çıxıb gücünüz çatan bir işin qulpundan tutun. Uğursuzluğa qarşı çıxmaq üçün işləməlisiniz. Fikrinizi bir yerə cəm edə bilməməyiniz ən adi problemlərinizin həllini də çətinliyə sala bilər. Hisslərinizin əsirinə çevrilib nəfsinizə uymayın.

Oxatan
[23 noyabr - 21 dekabr]

Sagittatius Başladığınız işi sona çatdırın. Səhvlərinizi görməyə can atın, qarşınızdakı rəqibin yerində özünüzü təsəvvür edib qüsurlarınızın nədən ibarət olduğunu kəşf edin. İşinizə can yandırmağınız müdiriyyətin nəzərindən yayınmayacaq.

Oğlaq
[22 dekabr - 20 yanvar]

Capricorn Kommersiya işləriniz istədiyiniz nəticəni verəcək. Bundan ruhlanıb yeni-yeni ideyaları saf-çürük edəcəksiniz. Ağlınıza elə fikirlər gələcək ki, onları yerinə yetirməklə yeni qazanc yerləri tapmaq mümkündür.

Dolça
[21 yanvar - 20 fevral]

Aquarius Gücünüz, təsiretmə bacarığınız çoxalacaq. Məqsədə çatmaq üçün çalışmalarınız da uğurlu alınacaq. Vəzifəcə yüksəlməyə, vəziyyətinizi yaxşılaşdırmağa nail ola bilərsiniz. Başqalarına xoş olsun deyə, öz xeyrinizdən keçəcək, fədakarlıq nümunəsi göstərəcəksiniz.

Balıqlar
[21 fevral - 20 mart]

Pisces Təklikdə çox qaldığınız anlarda fikirlər sizi rahat qoymur və bunun həllini düşünürsünüz. Səhhətinizdən şikayətiniz var. Yatıb-durduğunuz yerlərə fikir verin, səhhətinizi qoruyun. İncəsənət və ədəbiyyatla maraqlanmağınız ciddiləşəcək. ÿÿ



 
Copyright © by Media LTD,2001 E-mail