Firqələrdə

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
Mədəniyyət
İş günü
Kriminal
İdman
Şou-xəbərlər
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#101(325)
...Amma başqa söz deyirdi

Rəsul Quliyevin Müsavata qarşı kampaniyaya son qoymaq haqqında tapşırığına məhəl qoymayan ADP baş katibi Sərdar Cəlaloğlu və onun tərəfdarları qarşılıqlı ittihamlarını sürdürməkdədirlər. Bildirilir ki, partiyada Müsavata qarşı kampaniyalara son vermək təklifi ilə çıxış edən R.Quliyevin səlahiyyətli nümayəndəsi N.Məmmədli və əlaqələr katibi M.Qəhrəmanlı Cəlaloğlu tərəfindən təklənə bilər. M.Qəhrəmanlı "Bizim ƏSR"in müxbiri ilə söhbətində müsavatçıların R.Quliyevə qarşı ittihamlarını xoşagəlməz hal saydığını dedi: "İndi Qabil Hüseynli Rəsul Quliyevi ittiham edir. Halbuki, vaxtı ilə o, Rəsul Quliyevi prezidentliyə ən layiqli namizəd hesab etdiyini demişdi" Partiyada özünün təklənməsi ilə bağlı suala cavab verən M.Qəhrəmanlı bunu dolayısıyla da olsa, etiraf edərək bildirdi ki, digərlərinin fikirləri onun üçün əhəmiyyət kəsb etmir.

...Bu, onun günahı deyil

Neftçalada Vətəndaş Həmrəyliyi Partiyası yerli təşkilatının üzvləri Müsavat Partiyasına transfer edib. Qeyd olunur ki, bu məsələdə Vətəndaş Həmrəyliyi Partiyasının üzvü olmuş (indi müsavatın üzvüdür) Valeh Hümbətoğlu xüsusi rol oynayıb.
V.Hümbətoğlu bizimlə söhbətində heç kimi Müsavata gətirmədiyini söylədi. "Vaxtı ilə VHP-nin Neftçala və Səlyan rayon təşkilatlarını mən yaratmışam. Oradan çıxanda bir çoxlarına bildirdim ki, sizin mənimlə birlikdə partiyanı tərk etməyinizlə belə çıxacaq ki, mən təşkilatı parçalayıram. Ona görə də qalmağınız məsləhətdir. Lakin onlar partiyanı tərk ediblərsə, bu mənim günahım deyil."

... Qaldı, saray məsələsinə

Vəhdət Partiyası yer problemi ucbatından 7-ci qurultayını keçirə bilmir. Bununla bağlı "Bizim ƏSR"ə məlumat verən Vəhdət sədri Tahir Kərimli qurultay keçirmək üçün Şəhriyar adına sarayı icarəyə götürmək istədiklərini bildirdi.
"Bizə bu sarayda qurultay keçirmək üçün icazə vermirlər. Nə vaxt yer problemimiz düzəlsə, onda da qurultayımızı keçirəcəyik." T.Kərimli 67 rayon təşkilatından 51-də konfrans keçirildiyini qeyd etdi. T.Kərimli bu günlərdə AMİP-in Binə şöbəsindən Vəhdətə keçənlər haqda məlumat verərək qeyd etdi ki, digər partiyalardan Vəhdətə keçənlərin sayı gün-gündən artır. Bundan əlavə, T.Kərimli partiyanın Ədliyyə Nazirliyinə sentyabrın 6-da müraciət etdiyini qeyd etdi: "Partiyanın Gəncə təşkilatından qovulmuş şəxslər Ədliyyə Nazirliyinə şikayət etmişdilər. Bununla bağlı biz cavab məktubu göndərmişik. Qeyd etmişik ki, partiya heç vaxt vəzifə və öhdəlik səlahiyyətlərini aşmamış və qanunu pozmamışdır. Bu partiyadaxili problemdir ki, Baş Məclis tərəfindən həll edilib."

...Dad, kiçiklər əlindən

Müsavat Divanında vəzifə "nərdivanı" müəyyənləşdirilib. Belə ki, bu nərdivana görə, başqandan sonra Divana daxil olan müavinlər, sonra Divan üzvləri, sonra Divana daxil olmayan müavinlər, ən sonda isə məclis üzvü olan müavinlər gəlir.
Bu təbəqələşmə Divan üzvü olmayan Rauf Arifoğlunun ciddi narazılığına səbəb olub. Bildirilir ki, müavinlərdən yalnız Arifoğlu Divan üzvü deyil. R.Arifoğlu bildirib ki, öz problemini həll edə bilməyən partiya digər partiyaların daxili işinə qarışa bilməz. Söhbət AXCP-nin "klassiklər" qanadından gedir. Belə ki, Müsavat Divanında Yunus Oğuzun sədr olduğu milli Vəhdət Partiyasının AXCP-yə (klassiklər) birləşməsi istəyi və AXCP-nin prezidentliyə namizəd məsələsi də müzakirə olunub. Müsavatçılar DK daxilində məsələni yoluna qoymaq üçün təcili tədbirlər görülməsinin vacibliyini vurğulayıblar. "Çünki kiçik partiyalar DK-nı dağıda bilər."

... Sədr çıxsın, baxarıq

Qarabağ Azadlıq Təşkilatı Ali Məclisinin üzvü Barat İmani Bakıya gəlmiş Dağlıq Qarabağ ermənilərinin hər hansı görüş keçirməyinə imkan verməyəcəklərini deyir.
"Onlar gedənə qədər hər yerdə bizimlə qarşılaşacaqlar" - deyən B.İmani qeyd etdi ki, sentyabrın 6-da onlar "Mətbuat klubu"nda mətbuat konfransı keçirmək istəyirdilər, "lakin bizim orada olacağımızı bildiklərindən gəlmədilər". B.İmani qeyd etdi ki, ermənilərin bütün görüşlərinin qarşısı QAT-çılar tərəfindən alınacaq və hər hansı partiya funksioneri onlarla görüşə cəhd etsə həmin təşkilatın qarşısında piket keçiriləcək. İmani bildirdi ki, QAT-ın sədri Akif Nağı sentyabrın 7-də azadlığa buraxılacaq. Bundan sonra QAT müəyyən tədbirlər həyata keçirəcək.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd