|
|
|
|
#101(325)
|
 |
Finalın 13 iştirakçısı mə`lumdur
Dünya çempionatının həlledici dövründə mübarizə aparacaq
həmin kollektivlərdən 3-nə belə bir şans "hədiyyə" olaraq verilib
|
Futbol üzrə XVII dünya çempionatı final mərhələsində mübarizə aparacaq 32 milli seçmə komandadan 13-ü artıq məlumdur: İspaniya, Polşa, İsveç, Argentina, Kosta-Rika, Kamerun, Cənubi Afrika Respublikası, Tunis, Seneqal və Nigeriya futbolçuları bu hüququ gərgin mübarizə müqabilində qazandığı halda, Fransa sonuncu dünya çempionu kimi, Yaponiya ilə Cənubi Koreya kollektivlərisə təşkilatçı ölkə olaraq analoji ixtiyarı birbaşa əldə ediblər - hələ 1998-ci ildən!
Digər 19 vəsiqə uğrunda ayrı-ayrı qitələr üzrə qrup yarışları davam edir. Xatırladırıq ki, DÇ-nin həlledici mərhələsində Avropadan 14, Afrikadan 5, Cənubi Amerika və Asiyanın hər birindən 4, Şimali Amerikadan isə 3 təmsilçi olacaq. Daha 2 vəsiqənin sahibi Avropa - Asiya və Cənubi Amerika - Avstraliya komandaları arasında keçiriləcək "pley-off" matçlarında məlum olacaq. Final mərhələsinin püşkatma mərasimi isə dekabrın 1-də Cənubi Koreyanın Busane şəhərində keçiriləcək.
DÇ-nin Avropa qitəsi üzrə qrup seçmə mərhələsi çərçivəsində çərşənbə günü keçirilən növbəti tur azarkeşlərimiz üçün təkcə Azərbaycan - Makedoniya matçı ilə əlamətdar deyildi. Diqqətimiz həm də Çexiya - Malta görüşünə yönəlmişdi: çünki həmin qarşılaşma Tofiq Bəhramovla başlanan hakimlik məktəbinin layiqli davamçısı, FİFA referisi Xaqani Məmmədovun rəhbərliyi ilə Azərbaycandan olan briqadaya etibar olunmuşdu. Xaqaniyə Ramiz Əsədovla Azad Hüseynov kömək edib, ehtiyat hakim isə Asim Xudiyev olub. Gərgin mübarizə şəraitində keçən oyun 3:2 hesabıyla meydan sahiblərinin xeyrinə nəticələnib. X.Məmmədov hesab 1:0 ikən Çexiya komandasının qapısına penaltı təyin edib.
Seçmə qrup mərhələsinin yekunlaşmasına cəmi bir tur qalıb. Bombardirlər siyahısına Ukrayna komandası və İtaliyanın "Milan" klubunun hücumçusu Andrey Şevçenko başçılıq edir - 8 top. Ebbe Sand (Danimarka), Filippo İndzagi (İtaliya), Emmanuel Olisadebe (Polşa), Kubilay Türkiyımaz (İsveçrə) və Henrik Larsson (İsveç) hərəyə 7 top vurublar.
Qruplar üzrə turun bütün görüşlərinin nəticələri və yarış cədvəlindəki vəziyyətlə tanış olun:
1-ci qrup
Farer ad.-Rusiya 0:3
Yuqoslaviya-Sloveniya 1:1
Lüksemburq-İsveçrə 0:3
Rusiya 9 6 2 1 14 5 20
Sloveniya 9 4 5 0 14 9 17
Yuqoslaviya 9 4 4 1 16 6 16
İsveçrə 9 4 2 3 18 8 14
Farer ad. 9 2 1 6 6 20 7
Lüksemburq 9 0 0 9 2 21 0
Növbəti görüşlər: 6 və ya 7 oktyabr. Rusiya-İsveçrə; Sloveniya-Farer adaları; Yuqoslaviya-Lüksemburq.
2-ci qrup
Kipr-Portuqaliya 1:3
Hollandiya-Estoniya 5:0
Portuqaliya 9 6 3 0 28 7 21
İrlandiya 9 6 3 0 19 5 21
Hollandiya 9 5 2 2 26 9 17
Estoniya 9 2 2 5 10 21 8
Kipr 9 2 2 5 13 27 8
Andorra 9 0 0 9 5 32 0
6 oktyabr: Hollandiya-Andorra; Portuqaliya-Estoniya; İrlandiya-Kipr.
3-cü qrup
Çexiya-Malta 3:2
Bolqarıstan-Danimarka 0:2
Şimali İrlandiya-İslandiya 3:0
Danimarka 9 5 4 0 16 6 19
Çexiya 9 5 2 2 14 8 17
Bolqarıstan 9 5 2 2 14 9 17
İslandiya 9 4 1 4 14 14 13
Ş. İrlandiya 9 2 2 5 10 12 8
Malta 9 0 1 8 4 23 1
6 oktyabr: Çexiya-Bolqarıstan; Danimarka-İslandiya; Malta-Şimali İrlandiya.
4-cü qrup
AZƏRBAYCAN-Makedoniya 1:1
Türkiyə-İsveç 1:2
Slovakiya-Moldova 4:2
İsveç 9 7 2 0 17 3 23
Türkiyə 9 5 3 1 15 8 18
Slovakiya 9 4 2 3 11 9 14
Makedoniya 9 1 4 4 11 13 7
Moldova 9 1 3 5 6 17 6
Azərbaycan 9 1 2 6 4 14 5
7 oktyabr: İsveç-AZƏRBAYCAN; Makedoniya-Slovakiya; Moldova-Türkiyə.
5-ci qrup
Ukrayna-Ermənistan 3:0
Norveç-Uels 3:2
Belarus-Polşa 4:1
Polşa 9 6 2 1 20 10 20
Ukrayna 9 4 4 1 12 7 16
Belarus 9 4 3 2 12 10 15
Norveç 9 1 4 4 8 13 7
Uels 9 0 6 3 9 12 6
Ermənistan 9 0 5 4 6 15 5
6 oktyabr: Uels-Belarus; Ermənistan-Norveç; Polşa-Ukrayna.
6-cı qrup
Belçika-Şotlandiya 2:0
San-Marino-Xorvatiya 0:4
Belçika 7 5 2 0 25 5 17
Xorvatiya 7 4 3 0 14 2 15
Şotlandiya 7 3 3 1 10 5 12
Latviya 7 1 1 5 4 14 4
San-Marino 8 0 1 7 3 30 1
6 oktyabr: Xorvatiya-Belçika; Şotlandiya-Latviya.
7-ci qrup
Avstriya-Bosniya 2:0
Lixtenşteyn-İspaniya 0:2
İspaniya 8 6 2 0 21 4 20
Avstriya 7 4 2 1 9 7 14
İsrail 7 3 2 2 10 6 11
Bosniya 7 1 2 4 7 12 5
Lixtenşteyn 7 0 0 7 0 18 0
7 oktyabr: İsrail-Avstriya; Bosniya/Herseqovina-Lixtenşteyn.
8-ci qrup
Gürcüstan-Litva 2:0
Macarıstan-Rumıniya 0:2
İtaliya 7 5 2 0 15 3 17
Rumıniya 7 5 0 2 9 6 15
Gürcüstan 7 3 0 4 11 11 9
Macarıstan 7 2 2 3 14 12 8
Litva 8 0 2 6 3 20 2
6 oktyabr: İtaliya-Macarıstan; Rumıniya-Gürcüstan.
9-cu qrup
Finlandiya-Yunanıstan 5:1
İngiltərə-Albaniya 2:0
İngiltərə 7 5 1 1 14 4 16
Almaniya 7 5 1 1 14 10 16
Finlandiya 7 3 2 2 12 7 11
Yunanıstan 7 2 0 5 5 15 6
Albaniya 8 1 0 7 5 14 3
6 oktyabr: Almaniya-Finlandiya; İngiltərə-Yunanıstan.
|
Teymur Rəcəbov
heç-heçə ilə başladı
|
Buenos-Ayresdə (Argentina) şahmat üzrə beynəlxalq turnir start götürüb. "Migel Naydorf memorialı" adlanan həmin turnirdə cəmi bir tur oynanılıb.
Dünyanın güclü şahmatçılarının çıxış etdiyi yarışda Azərbaycan təmsilçisi planetin ən gənc qroyssmeysteri Teymur Rəcəbov da çıxış edir. Şahmatçımız ilk turda Çin nümayəndəsi Se Tszyun ilə heç-heçə oynayıb. Naycel Şort (İngiltərə)-Viktor Korçnoy (İsveçrə), Rikardi (Argentina)-Yudit Polqar (Macarıstan) və Felqayer (Argentina)-Enrike Mekinq (Braziliya) qarşılaşmalarında da qalibi müəyyən etmək mümkün olmayıb. İlk turu yalnız Anatoli Karpov qələbə ilə başa çatdırıb: o, braziliyalı Jilberto Miloşu mat edib.
|