|
|
|
|
#101(325)
|
 |
|
|
|
|
Azərbaycan müdafiə nazirinin Moskvaya dünən başlanan səfərinin nəticələri iki ölkə arasında təkcə hərbi-texniki deyil, siyasi münasibətlərin perspektivinə də təsir edəcək. Çünki Kremlin hərbi nöqteyi-nəzərdən Azərbaycandan umduqları bütövlükdə strateji məqsəd daşıyır. Öz növbəsində Bakının Moskvadan gözlədiyi də analoji səciyyəlidir. İndiyədək edilən çeşidli cəhdlərə rəğmən bu kontekstdə "böyük razılaşma" hələlik gerçəkləşməyib.
|
| | |
|
İş günü
|
Bəzi makroiqtisadi göstəricilər BVF-ni razı salmır
|
|
Sənət
|
Hadisələrin ikinci hissədə davam edəcəyi gözlənilir |
|
| Xəbərlər |
Rusiyadan silah alacağıq?
Müdafiə naziri Səfər Əbiyevin dünən Rusiyaya başlanan üçgünlük səfəri zamanı Azərbaycan ordusu üçün yeni texnika alınması məsələsi də müzakirə edilə bilər.
Bu məlumatı "Lider" TV qeyri-rəsmi mənbələrə istinadən yayıb. Lakin məlumatda söhbətin konkret olaraq hansı hərbi texnikadan getdiyi barədə açıqlama verilməyib. Məlum olan odur ki, Rusiya və Azərbaycanın müdafiə nazirləri Sergey İvanov və Səfər Əbiyevin ikitərəfli hərbi əməkdaşlığın hazırkı vəziyyətini və perspektivlərini müzakirə edəcəklər.
|
Şimal sərhədlərinə
xüsusi diqqət yetirilir
"Azərbaycanın şimal sərhədləri dövlətin nəzarətindədir". Bu sözlər Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunlarının komandanı, general-mayor Elçin Quliyevə məxsusdur.
Məlumdur ki, son vaxtlar Balakən və Zaqatala rayonlarında kriminogen vəziyyət gərginləşdiyindən Azərbaycan sərhədçiləri həmin regiona xüsusi diqqət ayırırlar.
Elçin Quliyevin sözlərinə görə, yerli relyefin xüsusiyyətləri ölkənin şimal sərhədlərinin keçdiyi bir sıra məntəqələrə nəzarəti çətinləşdirib.
Elçin Quliyev onu da bildirib ki, dövlət sərhədlərinin mökəmləndirilməsi ilə bağlı işlər ölkənin cənubunda da davam etdirilir. Artıq Azərbaycan-İran sərhədində 300 kilometr ərazidə mühəndis-texniki qurğular quraşdırılıb.
|
 |
|
Ana səhifə |
Xəbərlər xətti |
Xəbər |
Şərh |
Siyasət |
Firqələrdə |
Mədəniyyət |
İş günü |
Kriminal |
İdman
Şou-xəbərlər |
Ulduz falı
|
 |
| |
| | |
|