|
|
|
|
#101(325)
|
 |
Dünən saat 12 radələrində Bayıl qəsəbəsində, Əlibəyov qardaşları küçəsində partlayış baş verib.
Məlum olub ki, həmin ərazidə yaşayan 42 yaşlı Qəşəm Məmmədovun əlində qumbara partlayıb. Aldığı xəsarətdən M.Nağıyev adına xəstəxanaya gətirilən Q.Məmmədovun vəziyyəti ağırdır.
O, hazırda reanimasiya şöbəsindədir. Aldığımız məlumata görə, Q.Məmmədov həmin qumbaranı bu ərazidə yerləşən zibillikdən tapıbmış. Faktla bağlı Səbail Rayon Polis İdarəsində cinayət işi qaldırılıb.
nÜLVİYYƏÿÿ
Yaponiyada
azərbaycanlıya
hökm oxundu
Beynəlxalq mütəşəkkil cinayətkar
qruplar arasında həmyerlilərimizə də
rast gəlmək olur
|
Bu yaxınlarda Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları Vladivostok şəhərində müxtəlif ölkə vətəndaşlarının qanunsuz miqrasiyası və beynəlxalq narkobizneslə məşğul olan qrupun üzvlərini yaxalayıblar. Qrupun tərkibi əsasən İran vətəndaşlarından ibarətdir. Onların arasında həmyerlimiz Murtuz Məmmədov da var. M.Məmmədov Vladivostokda icarəyə götürdüyü mənzildə həbs olunub. Məlum olub ki, həmyerlimizin də fəal üzvü olan bu mütəşəkkil cinayətkar dəstə İran-Azərbaycan-Rusiya marşrutu ilə Primorsk limanı vasitəsilə vətəndaşların Yaponiyaya qanunsuz miqrasiyasını təşkil edir və beynəlxalq narkobizneslə məşğuldur.
Hüquq-mühafizə orqanları arasında mütəşəkkil cinayətkar qrup barədə ilk şübhələr bu ilin yazında yaranıb. Belə ki, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Primorsk vilayətindəki şöbəsinin əməkdaşları, sərhədçilər Yaponiyaya hərəkət edən "Brest" gəmisində hazırlanmış xüsusi otaqda 4 nəfər İran vətəndaşı ilə birlikdə bir neçə nəfər immiqrantı həbs ediblər. "Brest" gəmisinin bosmanı Serafin Vasilyev də tutulub. Onun xidməti kayutasından 8 kiloqrama yaxın yüksək keyfiyyətli tiryək aşkar edilib.
Tutulan İran vətəndaşlarından biri Qudarzi Möhsün Əlikram ötən il avqustun 8-də Rusiyaya gəlibmiş. Bir aydan sonra İrana qayıtmalı olan Qudarzi tezliklə Yaponiyaya qanunsuz miqrasiya ilə məşğul olan kanallar tapıb. Həmin yolla M.Qudarzi üç iranlını Yaponiyaya keçirməyə müvəffəq olub.
Yaxalananlardan biri, Mandani Ələkbər dostu Axmadi ilə birlikdə Azərbaycandan Rusiyaya keçərək, özləri ilə külli miqdarda narkotik maddə, ciddi nəzarətdə saxlanılan tibbi preparatlar aparıblar.
Statistik məlumatlara görə, 1997-2001-ci illərdə qanunsuz yolla Azərbaycandan Rusiyaya keçən 146 İran vətəndaşı həbs olunub. Həmin şəxslərdə 40 kiloqrama yaxın həşiş, tiryək, heroin aşkar edilib.
Xatırladaq ki, Bakıda "insan qaçaqmalçılığı" ilə məşğul olan firmalardan birinə əslən iranlı olan Kanada vətəndaşı Kevin Hevzi rəhbərlik edirdi. Onun ABŞ-a və Kanadaya vətəndaşların qanunsuz miqrasiyası ilə məşğul olması barədə tez bir zamanda faktlar ortaya çıxsa da, Kevin Hevzi aradan çıxa bildi. Onun barəsində axtarış elan olunub.
İstintaqçıların fikrincə, Rusiyada, İranda və Azərbaycanda fəaliyyət göstərən bu qruplar arasında sıx əlaqə mövcuddur.
Xatırladaq ki, bu günlərdə daha bir həmvətənimizin - Rəhim İbrahimovun Yaponiyada mühakiməsi olub. O, 5 kq marixuana və 14 kq həşişi Yaponiya ərazisinə keçirməyə cəhd göstərərkən tutulub. Məhkəmənin hökmü ilə R.İbrahimov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məlum olub ki, qaçaqmalçılıq yolu ilə keçirilən mal Yaponiyadakı İran diasporasının üzvlərinə məxsusdur.
|