|
|
|
|
#101(325)
|
 |
"Məhəbbətin hökmü" davam edəcək
Hadisələrin ikinci hissədə davam edəcəyi gözlənilir
|
Bu yaxınlarda televiziya ekranlarında Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Naibə Allahverdiyevanı "Məhəbbətin hökmü" adlı filmdə gördük.
Xatırladaq ki, Cahangir Mehdiyevin çəkdiyi bu film küçə qadınının həyatından bəhs edirdi. Baş rolda oynayan aktrisa filmin razılıqla qarşılandığını və bu səbəbdən də yeni ideya yarandığını deyir. Güman ki, filmin davamı da çəkiləcək. Bundan əlavə, aktrisa mövsümün açıldığını və yəqin ki, yeni tamaşalarda rol alacağını da dedi.
Pul gözləyir
60 milyonluq yarımçıq
filmini tamamlamaq üçün
|
Ramiz Əzizbəylinin çəkdiyi "Ölü kimdir, diri kim?" filminin çəkilişləri maliyyə problemləri ucbatından yarımçıq qalıb.
Filmə indiyədək nə az, nə çox, düz 60 milyon manat xərclənib. Ramiz Əzizbəyli filmin davamını çəkmək üçün dövlət tərəfindən vəsaitin ayrılacağına ümid edir. Və səbrlə gözləyir. Eyni zamanda o, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr kafedrasında aktyorluq sənətini tədris edir.
Ruhəngiz
təklif edir
"Gözdən itək"
|
Estradamızın nazlı xanımı Ruhəngiz Musəvi hal-hazırda bir neçə mahnı üzərində işləyir. Onlardan ikisi artıq hazırdır.
Bunlar Eldar Mansurovun bəstələdiyi "Niyə unutdun?" və "Gözdən itək" mahnılarıdır. Hər iki mahnının sözləri Piruz Dilənçiyə məxsusdur. Gələcək işləri barədə isə qabaqcadan danışmağı xoşlamadığını deyən müğənni planları ilə bağlı "Bunu gələcək göstərər" cavabı ilə kifayətləndi.
|