Sənət

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
İş günü
Kriminal
İdman
Şou-xəbərlər
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#102(326)
Samir İlhamə ilə duet oxuyacaq
Hələliksə səfərə hazırlaşırlar

Yadınızdadırsa, ötən nömrələrdə beynəlmiləl duetin - İlhamə ilə Soso Pavliaşvilinin birgə mahnı oxuyacaqları barədə məlumat vermişdik. Ancaq bu söhbətdən xeyli vaxt keçsə də, nədənsə, layihə müəyyən səbəblərdən ləngidi.
Soso "Bizim ƏSR"ə verdiyi müsahibədə gecikmənin səbəbini vaxt azlığı ilə izah etdi. Ancaq görünür, estradamızın primadonnası bu vədini doğrultmaq üçün daha bir variant üzərində dayanıb. O, əvəzində Sosodan heç də geri qalmayan - "ən gözəl səs" nominasiyasının qalibi Samir Bağırovla duetini pərəstişkarlarına hədiyyə edəcək. Samir Bağırov bu təklifə artıq öz razılığını verib və onlar birgə layihələr üzərində işləməyə başlayıblar. Bu işbirliyi, deyəsən, bütün sahələri əhatə edəcək. Belə ki, İlhamə xanım bu ay gedəcəyi qastrol səfərinə tərəf müqabili Samiri də aparmağa hazırlaşır. Mahnıları isə bu səfərdən qayıdandan sonra lentə alacaqlar. Bu duet üçün mahnının musiqisi "Rast" qrupunun bədii rəhbəri Rəşad Həşimova, lentə köçürülməsi isə "Rast prodakcion" prodüsser mərkəzinə həvalə edilib.

Səməd Səmədov - 25 il yaradıcılıqda!

Sentyabrın 17-də "Ulduzlar bağı"nda Səməd Səmədov konsert verəcək. "Toylar kralı"nın bu tədbiri onun yaradıcılıq fəaliyyətinin 25 illiyi ilə üst-üstə düşür.
Əvvəlcə Səməd yeni iki albomunun təqdimetmə mərasimini, "Toy axşamı" mahnısına çəkilmiş klipinin premyerasını və İnternetdə şəxsi səhifəsinin açılışını da məhz sentyabrın 17-si tarixinə salmaq istəyirmiş. Sonra müğənni bu fikirdən daşınıb. Belə ki, "Bir gecədə bu qədər yenilik yəqin ki, çoxluq edər", - deyən "toylar kralı" sözügedən tarixdə hansı yeniliklərin baş verəcəyini açıqlamadı. Onu da nəzərinizə çatdıraq ki, "Toy axşamı" mahnısına çəkilmiş klipin hələ təqdimatı olmasa da, artıq televiziyanın ayrı-ayrı kanallarında nümayiş etdirilib.

"İli beş albomla başa vuracam"
Cavan Zeynallı işə başlayıb

Cavan Zeynallının "Sadiq dostlar" adlı albomunun iki ay öncə işıq üzü görməsinə baxmayaraq, bu ilin oktyabr ayında o, pərəstişkarlarına "Bakılılar yenə cazdadırlar" albomunu təqdim edəcək. Adından da bəlli olduğu kimi, bu albom caz kompozisiyalarından ibarətdir.
Onu da qeyd edək ki, məşhur Stinqin oxuduğu mahnını yeni albomda Cavan müəllimin ifasında Azərbaycan və ispan dillərində eşidəcəksiniz. Bundan başqa alboma xarici dillərdə daha bir neçə mahnı daxil edilib. Əlbəttə ki, yeni oranjemanda. Albomun oranjemançısı isə Vahid Axundovdur. Müğənninin dediyinə görə, bu albom təqdim edildikdən sonra qarşıda hələ yeni layihələr də gözlənilir. "Fikrim var ki, bu ili beş albomla başa vurum", - deyən müğənni, deyəsən, gələn yaya qədər fasiləsiz işləmək fikrindədir.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd