Əqrəb [24oktyabr - 22
noyabr]
Ailə bayramları təşkil etmək üçün bəhanə tapa biləcəksiniz. Ətrafınızdakıların hisslərini başa düşəcək, onları istədiyiniz səmtə yönəldə biləcəksiniz. Hadisələrin gedişinə qeyri-ənənəvi yanaşma qabiliyyəti sizi cəmiyyətin sevimlisi edəcək. Öz mövqeyinizi də qorumağı bacarmalısınız.
Oxatan [23 noyabr - 21
dekabr]
Həyati gücünüz çoxalır. Diqqət mərkəzindəsiniz. Subaylar ətrafdakıların maraq dolu baxışlarını cəlb edə bilərlər. Balıqlar və Buğa bürclərindən kiminləsə tanışlıq baş verə bilər. Ancaq bu münasibətlərin ömrü o qədər də uzun olmayacaq.
Oğlaq [22 dekabr - 20
yanvar]
Gücünüz, aktivliyiniz artıb. Həssaslığınız o qədər çoxalıb ki, adamları yarı sözdən başa düşürsünüz, ürəyinizə damanlar başınıza gəlir. Əlavə qazanc sahəsi tapa biləcəksiniz. Qonaq gedin. Gələnləri gülər üzlə qəbul edin. Gərginliyinizi çıxarıb rahatlanın.
Dolça [21 yanvar - 20
fevral]
Özünüzü zəhərləməkdən gözləyin. Səhhətiniz o qədər də yerində deyil. Başağrınızı çox yatmaqla aradan qaldıra bilərsiniz. İşlərinizi nizamlayın ki, yerinə yetirməkdə çətinliyiniz olmasın. Problemlərinizin həlli üçün çox vaxt lazımdır.
Balıqlar [21 fevral - 20
mart]
Səbr və təmkinlə, indi səbəbini başa düşmədiyiniz hadisələrin mahiyyətinə varacaqsınız. Ətrafınızdakı adamlarla kəskin toqquşmanız baş verə bilər. Hər hansı asan işiniz də çox çətinliklə gedəcək. Hadisələri qabaqlamağa çalışmayın.
| | | | |