|
#103(327)
|
 |
Azərbaycançı Qüvvələr Birliyinin icra katibi S.Xəlilov bu qurumda təmsil olunmaq istəyən bir neçə partiyanın müraciətinin bu qurum tərəfindən rədd edildiyini deyir.
S.Hacıyevin sədr olduğu Vətəndaş Birliyi Partiyasının bu quruma qoşulmaq istəyi ilə bağlı AQB-yə müraciət etməsinin həqiqətə uyğun olmadığını söyləyən S.Xəlilov AQB-nin A.Mütəllibova heç bir dəxli olmadığını dedi: "Onlar AMİP-AXCP ("islahatçılar") -VHP-VBP bloku yaratmaq istəyirlər, Allah işlərini avand eləsin. Bu, onların daxili işidir".
|
...Niyyəti gizlətmək olmaz
"islahatçılar"a yaxınlaşır?
|
ADP funksionerləri onlarla müttəfiqlik etmək istəyən partiyaların passiv mövqeyindən narazıdırlar. "ADP-ALP-AXCP ("klassiklər") müttəfiqliyi ilə bağlı sualımıza cavab olaraq ADP-nin ideologiya katibi Aydın Quliyev bu partiyalarla yaxınlaşmaq üçün hər hansı plana uyğun addımlar atılmadığını dedi.
ADP-nin keçirəcəyi mitinqə onların qoşulması imkanları ilə bağlı Quliyev "Hələlik mitinqin təşkilində iştirak etmək üçün heç kim bizə rəsmi müraciət etməyib"-, deyə bildirdi. ADP-nin müttəfiqlərinin niyə belə sönük olduğu ilə bağlı sualımıza cavab olaraq A.Quliyev bildirdi: "Düşünürəm ki, onların niyyətləri hansı həddə qədərdisə bunu gizlətməyə ehtiyac yoxdur".
|
...Zülfüqarov
minnətçi göndərib?
|
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Bakıya gəlmiş Dağlıq Qarabağ ermənilərilə görüşən təşkilatlara QAT-ın kəskin mövqe bildirəcəyini deyib: "Onlarla görüşməyən siyasi partiyaların mövqeyi Azərbaycan xalqının mənafeyinə uyğundur".
"Dördlər"in ermənilərlə görüşünə toxunan A.Nağı bunu pislədi: "Mən həbsdə olarkən T.Zülfüqarov bir neçə nüfuzlu şəxslə mənə xəbər göndərdi ki, onları bununla bağlı ittiham etməyək. Buna baxmayaraq bu, xalqımızın mənafeyinə uyğun hərəkət deyildi".
|
... Noyabrda qurultay olacaq
|
VHP sentyabrın sonunda öz məclisinin yığıncağını keçirəcək və məclisdə partiyanın növbəti qurultayının keçirilməsi haqda qərar qəbul olunacaq.
VHP mətbuat xidmətinin rəhbəri Elçin Mirzəbəylinin verdiyi məlumata görə, bu iclasda qurultayın konkret vaxtı müəyyənləşdiriləcək və qurultaya hazırlıq üzrə təşkilat komitəsi yaradılacaq. Onun bildirdiyinə görə, artıq rayon təşkilatlarında konfranslar başlayıb. Qurultay noyabra nəzərdə tutulur.
|
... Həm də azlıqların vəzifəsi
|
Sentyabrın 8-də Ədalət Partiyasının təşəbbüsü ilə "Azərbaycan hüquqi demokratik dövlət quruculuğunda milli azlıqların rolu" mövzusunda konfrans keçirilib.
Konfransda respublikada fəaliyyət göstərən milli azlıqların təmsil olunduğu cəmiyyətlərin nümayəndələri son zamanlar artmaqda olan separatçılıq meyllərinin aradan qaldırılmasında milli azlıqların özlərinin əsas rol oynaya biləcəklərini qeyd etdilər. Çıxış edən "Sodrujestvo", "Talış" Mədəniyyət Mərkəzi, "Tatar", "Rus", "Dağ Yəhudiləri", "Avropa Yəhudiləri" cəmiyyətlərinin nümayəndələri sırf azərbaycançı mövqedən çıxış edərək Azərbaycanda münaqişələr zəminində təhlükəli vəziyyətin yarandığını qeyd edərək buna imkan verilməməsinin vacibliyini bildirdilÿər. Onlar qeyd etdilər ki, dinindən, dilindən asılı olmayaraq Azərbaycan hamının ümumi evidir və onu müdafiə etmək hər kəsin borcudur. Yekunda qəbul edilən bəyanatda separatçılıq meyllərinin aradan qaldırılmasının həm də milli azlıqların vəzifəsi olduğu qeyd edildi.
|