Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
İş günü
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#103(327)
Xəbər
Rusiya Azərbaycana hərbi yardım edəcək

Dünən Moskvaya üçgünlük işgüzar səfərini başa vuran Azərbaycan müdafiə naziri Bakıya məmnun qayıdıb. İki ölkə arasında Qəbələ RLS-in istismarı, silah təchizatı və hava hücumundan müdafiə sahəsində əməkdaşlığa dair prinsipial razılıq əldə olunub. Azərbaycan hərbi nazirinin Rusiyaya səfərinin ən əlamətdar yekunu kimi iki ölkənin HHM sistemlərinin əməkdaşlığı barədə razılaşmanı qeyd etmək olar.

"Qaçqınlar yurdlarına qayıdacaqlar"
Əli Həsənov: "Məskunlaşma obyekti qəsəbə şəklində olacaq"
Eksklüziv
"Erməniləri yenə Bakıya dəvət edəcəyəm"
Arzu Abdullayeva: " Onlarla görüşmək üçün bizə yalvaran partiya sədrlərinin adlarını açıqlaya bilərəm"
Siyasət
Kimə qrant ayırılır?
Akif Nağı: "Sabiqlərin dəstəklədiyi bu cərəyan millətçilərə qarşı yönəlib"
Xəbər
İş günü
Doğma yurda qayıdış başlanır...

Ağdam və Füzuli rayonlarından olan köçkünlər ölkə Prezidentinin fərmanını razılıqla qarşılayıblar

Mədəniyyət
"Ölü qatarlar"ın səsi varmış...

Şamaxının Basqal kəndi ona şöhrət gətirən kəlağayısını rus imperiyasına qurban verəndən unudulmuşdu

Köşə yazarları
İradə
Tehran Əlişanoğlu

Duqlas Kouplend. X nesil
Xəbərlər

Namiq Abbasovun İrana rəsmi səfəri başa çatıb

Azərbaycanın milli təhlükəsizlik naziri Namiq Abbasovun İrana üçgünlük rəsmi səfəri başa çatıb. O dünən səhər Bakıya gəlib. Səfər zamanı N.Abbasov İran prezidenti Məhəmməd Xatəmi, Ali Milli Təhlükəsizlik Şurasının katibi Həsən Ruhani, informasiya (təhlükəsizlik) naziri Seid Musavai Lari ilə görüşüb. MTN rəhbərinin İran səfərində başlıca məqsəd müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın inkişafı yollarının müzakirəsi olub.
Səfər Azərbaycan prezidentinin İrana rəsmi səfəri ərəfəsində baş tutub. Ölkə başçısının səfəri sentyabrın 17-də başlayacaq.

Küveytlilər Azərbaycanda film çəkəcək

Küveyt Əmirliyinin bir qrup mədəniyyət xadimi "Asiya Müsəlmanları" Xeyriyyə Cəmiyyətinin xəttilə Bakıda səfərdədir. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadə TURANın müxbiri ilə söhbətində bildirib ki, mədəniyyət xadimlərinin səfərində məqsəd Azərbaycan həyatının müxtəlif sahələri haqda geniş həcmli sənədli film çəkməkdir. Filmdə Qarabağ probleminə geniş yer veriləcək. Bu məqsədlə qrup qaçqınların kompakt yaşadığı yerlərə, çadır şəhərciklərinə baş çəkəcək. Film hazır olduqdan sonra Yaxın Şərq ölkələrində və beynəlxalq təşkilatlarda nümayiş etdiriləcək. QMİ rəhbərinin sözlərinə görə, mədəniyyət xadimləri Azərbaycan prezidenti, nazirlər və digər rəsmi şəxslərlə görüşmək niyyətindədir.

 Ana səhifə | Xəbərlər xətti | Xəbər | Şərh | Siyasət | Firqələrdə | İş günü | İdman Ulduz falı

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd