|
|
|
|
#103(327)
|
 |
XXI
m.nur@azeurotel.com
|
Ohacanyan
metallistdir!
... İndi durub desəm ki, Karen Ohacanyan "zor oğlandır", məni huydu-huyduya götürəcəksiniz və daş-qalaq edəcəksiniz. Sözlə. Söz məsələsində pərgar olduğunuzu bilirəm. Yaxşı, onda qoyun mən də soruşum, bəs necə olur ki, Karen Xankəndinə gedən ikradan, quru-qara çaydan və nərə balığından danışır? Başqası olsa, deyər, xəyanətkarlar göndərir, ermənilərlə işbirliyinə girən satqınların işidir, fars göndərir, türk gördərir... Mən deyirəm ki, bu ikranı-filanı Xankəndi bazarlarına məsəlçün, gürcü göndərir, çeçen göndərir... İks millət göndərir. Bir sözlə, "bacarıqlı oğlanlar" göndərir. Guya burda bir çətinlik var...
Karen deyir: "Gəzməli olsam, Bakıda gəzərəm". İndi durub Karenə deyə biləmzsən ki, gəzmək istəmə, ikra yemək istəmə... və nəhayət, müstəqil olmaq istəmə! Kareni Bakıya dartan bu şəhərin çağdaşlığıdı. Karen hər zaman bu şəhərçün Paris qədər darıxacaq... Bu şəhər onun cazfason ruhuna rahatlıq verərdi...
Karen deyir ki, mən Qarabağın müstəqilliyndən daha çox öz müstəqilliyimi istəyirəm. Siz Kareni qudurğan erməniyə, başı xərəb geyə, manyaka-nəyə bənzətsəniz də mən öz müşahidələrimə əsaslanıb onu caz musiqisinin yetimi hesab edirəm. (Sonra deyərəm, neyçün.) Mənə elə gəlir ki, Karen həmişə əlində yekə, çəhrayı bir fincan tutub hər zaman çay içməyində və təyyarələr barədə düşünməyindədir. Bu, onun həyat tərzidir: müstəqilliyinin nümunəsidir. O, müstəqilliyini bütün mövcud hərəkətləri ilə oynayır və bu zaman içində ah çəkərkən çox güman uzaq Amerikanı düşünür, nəninki Qarabağın lobya bostanlarını... Əsas məsələ bax budur: Karen heç zaman Qarabağın lobya bostanlarını mənim qədər düşünə bilməz...
"Bizim ƏSR"in ötən saylarında ilk dəfə azərbaycancaya tərcümə etməyə başladığımız "İks nəsli" romanının avara qəhramanları da bu mənada Karendən daha ağıllı və daha müdrik görsənirlər. Çünki Karen kimi caz imitasiyonçuları (bunlar 70-lərdən qalımış müxtəlif humanitar cərəyanların xəstəsi və yarıqarınlarıdırlar. Onlar axıracan nə cazla yaşayır, nə rokla, nə də bir başqa şeylə). Sadəcə o, zlərini kosmik göstərmək yanğısındadırlar.
Belələri Bakıda da kefin gələn qədərdir.
Karen heç vaxt müstəqil olmayacaq. Ona görəki Karen ömrü boyu Amerikaya boylanacaq. Necəki Karenin Bakıdakı siyasi partnyorları da bu işdən ləzzət almaqdadırlar. Amma bütün bunlar o qədər ağır bir blyuzdur ki, heç bir saksofon bu blyuza köklənmək gücündə deyil.
Karen metallisdir. Və onun bərələ gözləri, hər zaman Amerikaya - 70-ci illərə baxmağında qalacaq.
Nədənsə mən belə düşünürəm ki, biz Karenə bir Harley Davidson motoskleti bağışlasaydıq daha yaxşı olardı, nəinki başqa bir şey. Onun müstəqilliyi metaldan keçir. Qarabağ kimi.
Məqsəd Nur
|
|
Pərdəarxası
|
Sizi layiqli
qarşılayacağıq
|
Qarabağın çörəyini yeyib üzümüzə ağ olan, sonra da Ermənistanın başına çıxan Köçəryan kompüter arxasında əyləşib yenə bizi hədələdi. Dedi ki, Azərbaycan müharibəyə başlasa uduzacaq. Bu cür virtual hədələr axır vaxtlar ermənilərin dilindən tez-tez səclənir. Azərbaycanın işğaldakı torpaqlarını azad etmək naminə gerçək müharibəyə başlayaraq bir vaxt uduzduğu döyüş meydanına qayıdacağından narahat olan Ermənistan virtual meydanda bizə əzələ göstərir. Ermənistan başa düşür ki, bu əzələ onunku deyil, özgədən icarəyə götürüb. Özgəninki ilə qürrələnmək isə nə qədər əlverişli olsa da, əvvəl-axır daxili natamamlıq kompleksi ilə müşayiət olunur. Çünki nə vaxtsa ondan mərhum olacağını yəqin bilirsən.
Ermənistan indiyədək bizimlə müharibədə əldə etdiyinin hamısının Rusiyanın hesabına olduğunun fərqindədir. O cümlədən, savaşın axıra çatmadığını və atəşkəsin müvəqqətiliyini də başa düşür. Onu da görür ki, Azərbaycan tədricən Rusiya ilə münasibətləri qarşılıqlı fayda müstəvisinə gətirir. Moskva-Bakı tərəfdaşlığının dərinləşməsinin onun üçün nə demək olduğunu Yerevan başa düşür. Artıq Ermənistanda kimsədə şübhə doğurmur ki, Qarabağda başlanacaq yeni müharibə keyfiyyət və mahiyyətcə əvvəlkinin təkrarı olmayacaq. Odur ki, narahatdır. Bunu hamılıqla - Bakıya kəşfiyyata (sülh və müharibə atmosferini öyrənmək üçün) göndərilən ermənilər də, Yerevanda başda əyləşənlər də etiraf edirlər. "Bir sıra səbəblərdən Ermənistan öz təhlükəsizliyinə görə narahatdır". Bu açıqlamanın müəllifi Oskanyan əvvəllər daha arxayın danışırdı. Köçəryan da həmçinin.
İndi Ermənistan prezidenti güclü müdafiə sistemlərinin olmasından və hərbin perspektivsizliyindən danışır. Sanki Azərbaycan Ermənistan üzərinə hücuma hazırlaşır. Bəlkə Köçəryan "müdafiə sistemlərimiz" deyəndə Qarabağı nəzərdə tutur? Çox güman ki. Amma eyib etməz. Yoxlayarıq. Hərçənd Azərbaycan son anadək sülhə doğru qapını açıq qoymaq əzmindədir. Bundan artıq xoşməramlıq olmaz. Müharibə o zaman olacaq ki, artıq onsuz mümkün olmayacaq.
Ermənistan rəhbəri rifahlarının bizdən nə qədər geri qaldığını boynuna almaq istəmir. Neftsiz də dolanmağın mümkün olduğunu söyləyir. Gözünün içinə kimi yalan deyir. Bəs onda niyə Azərbaycanın gələcək ixrac kəmərlərindən bir "durba" payı almaq üçün dəridən-qabıqdan çıxır? Amerika Konqresində adam qalmayıb ki, onun ətəyindən yapışıb "Bakı-Ceyhanın yönünü bizə çevirin, Azərbaycanı buna məcbur edin" deyə yalvarmasınlar. Atəşkəs dövründə hərbi-iqtisadi potensialını gücləndirmiş Azərbaycanın artıq Ermənistandan üstün olduğunu beynəlxalq ekspertlər də təsdiqləyirlər. Erməni lideri də bunu bilir və "Ermənistanın iqtisadi resursları budəfəki müharibəni udmağa imkan verəcəkmi" sualının cavabından yayınır.
Qarabağda sülh axtarışı uzun sürəcək. Bu həm psixoloji (əsəb), həm də hüquqi-siyasi və sonda hərbi çəkişmə olacaq. Özgə cür düşünənlər yanılırlar. Azərbaycanın təslimçi sülhə qol çəkib, nə versələr ona da razılaşacağını iddia edənlər də, Ermənistanın günlərin birində konstruktiv olacağını söyləyənlər də sadəlövhdürlər. Köçəryan internet-forumdakı fikirləri ilə bir daha göstərdi ki, ağzı yumruq görməyincə bir başmağa soxduğu ayağını Azərbaycan torpaqlarından çəkən deyil. Nə BMT-nin və ATƏT-in, nə də beynəlxalq sülh və əməkdaşlığa cavabdeh olan digər təşkilatların, Qarabağla məşğul olan böyük dövlətlərin Ermənistanı kompromisə məcbur etmək üçün istək və niyyəti yoxdur. Odur ki, özümüzü aldatmamalı və əvvəl-axır özümüz görməli olacağımız işi kiminsə ümidinə buraxmamalıyıq.
Onda heç Arzu xanım da narahatlıq keçirməyəcək. Qarabağdan gələnlərə Bakıda göstərilən diqqət onu heç razı salmayıb və HVA-çı xanım "Erməniləri layiqli qarşılamadıq" deyir. Ermənilər qüsura baxmasınlar. İnşallah, orada (savaş meydanında) onları necə lazımdırsa qarşılayıb, borcumuzdan çıxacağıq.
V.Orxan
|
Sərbəst
|
Son bir neçə ay ərzində Azərbaycan Prezidentinin mədəniyyət və mənəviyyat sahəsində verdiyi qərar və bəyanatlar, atdığı qəti addımlar çox böyük rezonans doğurdu. Milli cəmiyyət, həyatında yeni bir mərhələ başladığını, milli müstəqillik yollarında təzə bir fazaya adladığını sanki birdən-birə daha yaxından hiss edib hərəkətə gəldi. Ziyalılar bir-birini təbrik etdi, Prezident fərmanını, Prezidentin qəti sözünü çoxdan gözlədiklərini bir-birinə xəbər verməyə tələsdilər; ictimaiyyətin ayrı-ayrı zümrələri, qrupları, təşkilat və kollektivlər yığıncaqlar keçirib atılan addımları bəyəndiklərini elliklə bəyan etdilər; yaradıcılıq birlikləri ölkə Prezidentinə müraciətlər qəbul elədi, görkəmli sənətçilər və yazarlar, xalqın müxtəlif təbəqələrindən insanlar teleekranlara çıxıb, yaxud mətbuat vasitəsilə xalq arzularının, milli istəklərin həyata keçməsi səbəbinə səslərini ölkə başçısının səsinə qatdılar.
Mən heç yana tələsmədim, eləcə sevindim; baş verənlər içimi isitdi-sevindim; yaddaşım, yaddaşımda nəsə tərpəndi və mən sevindim. Biz hüquqi dövlət qururuq; müstəqilliyimizin on ili addımbaaddım beləcə Xalq iradəsini ifadə edən Prezident idarəçiliyinin qəti, inamlı qərarlarından keçir; mənası kiməsə çatır, kiməsə yox; kimlərsə bəyənir, kimlərsə yox... - cəmiyyətdə fikir ayrılığı mümkündür; Fəaliyyət ardıcıllığını isə Prezident müəyyən edir; olduqca cavan Demokratiyamızın çətin, dolanbac yollarında axı çaşmağa, səhv etməyə, büdrəməyə haqqımız yoxdur!
Mən sevindim: məqam gəldi, yaddaş tərpənir; cism var ki, can barədə düşünür. Ağır tarixi şəraitdə, mürəkkəb beynəlxalq situasiyada (ərazisinin yarısı qoparılmış, yarımcan) milli varlıq müstəqillik çarpışmalarından nəinki ictimai-siyasi-iqtisadi-hüquqi bütöv, Dövlət olaraq çıxa bilmişdir, eləcə də hər cür yad mədəni-ideoloji-mənəvi təzyiq və təsirlərə sinə gərmiş və bu gün mənəvi bütöv olaraq əsl mentalitet savaşına çıxmışdır. İndi o öz istədiyi dövləti, həyatı, cəmiyyəti quracaqdır!
Mən tələsmədim; ona görə yox ki, bəzi müxalif rəylər yenə özgə səmtə yozmağa çalışır: niyə məhz indi və niyə məhz Prezident sözündən sonra; olmazdımı ki, ölkənin ziyalısı, alimi, yazıçısı, müəllimi cəmiyyətdə gedən mənəvi aşınma, tənəzzül proseslərinə əvvəlcədən qarşı duraydı, barışmaz mövqe tutaydı, müqavimət göstərəydi? Kimə bəlli deyil ki... Bu bizim arzularımız, iç istəklərimizdir, yeri gəldikcə hələ düşünüb-daşındıqlarımız, yazıb-mülahizə elədiklərimizdir də; amma təkcə "mülahizə eləmək", "istəmək"lə iş aşmır axı... Ümumxalq-ümummilli səciyyəli problemlərin həlli üstəgəl həm də böyük istəm-iradə-ruh istəyir insandan. Belə İradə yalnız tarixi Şəxsiyyətlərdə olur və hər gün biz bir daha əmin oluruq ki, yaşadığımız zamanlarda xalqın iradəsini həyata keçirmək missiyası məhz Heydər Əliyev şəxsiyyətinə məxsusdur.
Mən eləcə sevindim; ölkəmin vətəndaşı kimi, içim isindi-istədi və sevindim; Azərbaycan Prezidenti bizim milli istək və canatımlarımızın qarantıdır və mənə demək olurmu ki, sevinmə; ya bəlkə, əksinə, üstəlik demək gərəkir ki, bu sənin istəmin-iradəndir, buyur, sahib dur; yeni cəmiyyət quruculuğunda səni daha çox əməllər gözləyir...
Axı heç qınamaq olmaz ki, yeni cəmiyyət quruculuğunda atılan hər bir addıma dərhal səsini qatmağa çalışan əksərən yaşlı nəsil insanlarıdır; bir zaman arzu-xəyal-ideal olaraq bəslədiklərini gerçəkdən görüb, "dəstədən geri qalmadıqlarını" məhz bu tərzdə ifadə eləməyə tələsirlər. Mən diqqət eləmişəm, müstəqillik illərinin yetirdiyi gənc, azadlıq nəsli səslərini (və talelərini) etibar etdikləri Prezidentlərinin hər bir tarixi qərarını daha təbii, gerçəklik kimi qarşılayır; məhz onların iradəsinin təcəssümü olan yeni cəmiyyətin vətəndaşları kimi; Azərbaycan Prezidentinin çağırışına həssaslıqla: "...hər bir insan vətəndaşlıq borcunu ən yüksək borc hesab etsin".
Tehran Əlişanoğlu
|
 |
|
| |
|