Ana sehife

ULDUZ FALI  
(11 Sentyabr)
Qoç 21 mart - 20 aprel
Buğa 21 aprel - 20 may
Əkizlər 21 may - 21 iyun
Xərçəng 22 iyun - 22 iyul
Şir 23 iyul - 23 avqust
Qız 24 avqust - 23 sentyabr
Tərəzi 24 sentyabr - 23 oktyabr
Əqrəb 24 oktyabr - 22 noyabr
Oxatan 23 noyabr - 21 dekabr
Oğlaq 22 dekabr - 20 yanvar
Dolça 21 yanvar - 20 fevral
Balıqlar 21 fevral - 20 mart


Qoç
[21 mart - 20 aprel]

Aries İşlərin uğurlu həlli üçün sizdən xüsusi zəhmət çəkmək tələb olunur. Özünüzün bacarığınızı göstərə biləcəksiniz. Çalışın ki, yaxşı tərəfdən görünəsiniz. Köhnə dostları xatırlayıb, qırılmış əlaqələri bərpa edəcəksiniz.

Buğa
[21 aprel - 20 may]

Taurus Uğurlu və məhsuldar fəaliyyət dövrüdür. İmkandan geniş istifadə etməlisiniz, fürsəti əldən buraxmayın. İşinizlə məişətinizin uyarsızlığından əziyyət çəkəcəksiniz. Qohumlarla mənzil problemi ortaya çıxa bilər. Təbiətin qoynunda istirahət etməyiniz məsləhətdir.

Əkizlər
[21 may - 21 iyun]

Gemini Sizin güclü məntiqiniz, ciddi-cəhdiniz qarşısında heç kim dayana bilməyəcək. Gücünüzü faydalı bir işə sərf edin ki, xeyrini görəsiniz. Tələbələrin vəziyyəti o qədər də yaxşı olmaycaq. Maliyyə ilə bağlı vəziyyət də ürəkaçan deyil. İşdə özünüzü yaxşı tərəfdən göstərməlisiniz.

Xərçəng
[22 iyun - 22 iyul]

Cancer Rahat və məhsuldar şəraitdə yaşayacaqsınız. Maliyyə məsələlərində risqə yol vermək qətiyyən yaramaz. Hərəkətlərinizi axıradək düşünüb fəaliyyətə başlayın, tələsməyin. İşləməyə həvəsiniz azdır, amma irəlidə sizdən güclülük tələb ediləcək.

Şir
[23 iyul - 23 abqust]

Leo Gücünüzü faydalı saydığınız sahəyə yönəldin. Boş söz-söhbətə yer verməyin. Qarşıya çıxan bütün məsələləri həll etməyə gücünüz yetərincədir. Su prosedurları qəbul edib rahatlanmağınız məsləhətdir.

Qız
[24 avqust - 23 sentyabr]

Virgo Rahat şəraitdə məhsuldar işləyəcəksiniz. Sizə qibtə etməyə əsas yoxdur. Ətrafınızda paxıllarınız o qədər çoxdur ki, bilmirsiniz nə edəsiniz. Ən çətini isə pulun olmamasıdır. Amma hər şey elə də pis deyil. Tezliklə işlər qaydasına düşəcək.

Tərəzi
[24 sentyabr - 23 oktyabr]

Libra Bildiyiniz gizli sirləri söyləməyin, yoxsa pis vəziyyətə düşərsiniz. Ağılla hərəkət etsəniz, istədiklərinizi həyata keçirə bilərsiniz. Özünüzü boş yerə israf etməyin, gücünüzü toplayın. Uzaqdan gələn xəbər gücünüzü çoxaldacaq, gözünüzü açacaq.

Əqrəb
[24oktyabr - 22 noyabr]

Scorpio Güclüsünüz. Heç kəsin ovqatını korlamayın, kəskin söz deməyin, hətta zarafatla olsa belə... Mənzil və bağı satmaq barədə düşünməyin də ... Səhhətinizə diqqətlə yanaşın. Mənzilinizdəki şəraitə fikir verin.

Oxatan
[23 noyabr - 21 dekabr]

Sagittatius Nəyin öhdəsindən istəsəniz, gələ biləcəksiniz. Bütün çətin məsələləri həll etməlisiniz. İşləriniz sürətlə getməyəndə cari işlərlə məşğul olun. Hər şey ürəyiniz istəyən kimi olacaq. İmkanlardan istifadə edib, fürsəti fövtə verməyin.

Oğlaq
[22 dekabr - 20 yanvar]

Capricorn Əldə edəcəyiniz uğurlardan rahatlanıb boşalmayın, yoxsa sonralar bu rahatlığın əziyyətini çəkərsiniz. Maliyyə işlərində xüsusilə diqqətli olmalısınız. Bəlkə mühiti bir qədər dəyişəsiniz ki, uğurlarınız daha çox olsun? Yaxın adamlara qarşı diqqətli olun.

Dolça
[21 yanvar - 20 fevral]

Aquarius Ancaq yaxşı ovqatda olmalısınız. Nəyisə dəyişmək fikrinə düşsəniz, hər şey alt-üst olacaq. Azadlıq istəyi yaxşıdır, ancaq düşünün ki, nədən azad olacaqsınız? Təhsillə bağlı problemlərinizi müsbət həll edəcəksiniz.

Balıqlar
[21 fevral - 20 mart]

Pisces Yaman yoldaşlardan pislik gözləyin. Qara magiya ilə məşğul olanlardan yamanlıq gələcək. Ağır həyat şəraitindən şikayət etməyin. Uzaqdan eşidəcəyiniz xəbərdən sevinəcəksiniz. Boş yerə pul xərcləməsəniz yaxşıdır.



 
Copyright © by Media LTD,2001 E-mail