Firqələrdə

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
İş günü
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#104(328)
...Qısqanclıq bir bəladır ki!

Vəhdət Partiyasının sədri Tahir Kərimli Azərbaycançı Qüvvələr Birliyindən kənar yalnız Ayaz Mütəllibovun sədr olduğu Vətəndaş Birliyi Partiyası ilə əməkdaşlığa meylli olduğunu deyir: "İndi danışıqlar səngiyib. Çünki onlar Etibar Məmmədovla görüşdülər. Bu isə bizim prinsipimizə uyğun deyil. Vəhdətin Müsavat Partiyası ilə yaxınlaşmaq istəyi onlarda çox ciddi qısqanclıq yaratmışdı. Halbuki, Müsavat AMİP-dən yüz dəfə yaxşıdır." T.Kərimli A.Mütəllibovun bu yöndə mütləq tədbir görəcəyinə inandığını deyib: "Biz sözümüzü demişik, indi növbə onlarındı. Bu yöndə Vəhdət bundan artıq təşəbbüs göstərməyəcək."

... Axı bu seminarda həll olunmur

ADP baş katibi Sərdar Cəlaloğlu və ASDP həmsədri Zərdüşt Əlizadə eyni gündə (sentyabrın 9-u) Amerikaya yola düşüblər. Səfərin məqsədi ilə bağlı ADP-nin ideologiya katibi Aydın Quliyev "Bizim ƏSR"ə bildirdi ki, S.Cəlaloğlu ilə Z.Əlizadənin eyni gündə səfərə çıxması təsadüfən üst-üstə düşüb".
"Deyilənə görə partiya sədri Cəlaloğluna öz kəskin iradlarını bildirmək və partiyalararası münasibətlərlə bağlı tapşırıqlar vermək üçün Amerikaya çağırıb" - sualımızı cavablandıran A.Quliyev: "Belə məsələlər olarsa, onu telefonla da həll etmək mümkündür. Bunun üçün minlərlə kilometr yol getməyə ehtiyac yoxdur", - dedi.
A.Quliyevin sözlərinə görə Z.Əlizadənin Amerikada Rəsul Quliyevlə görüşü olacaq: "Lakin bunu hansısa məqsədə bağlamaq lazım deyil. Belə görüşlər əvvəllər də olub".
ASDP həmsədri A.Əlizadənin qardaşı Z.Əlizadənin səfəri ilə bağlı fikirləri daha orjinal oldu: "Mən biləni insan haqları ilə bağlı seminarda iştirak etmək üçün Amerikaya gedib. Deyəsən Leyla Yunus da ora getdi. Sözün düzü, insan haqları seminarlarla həll olunmur."

... Onlar hələ də inanırlar

Azərbaycan Kommunist Partiyası mətbuat xidmətinin rəhbəri R.Hüseynov Moskvada Kommunist Partiyaları İttifaqının sentyabrın 28-də keçiriləcək iclası müddətində AKP sədri R.Əhmədov, EKP rəhbəri A.Darbinyan, GKP lideri P.Georqadzenin ayrıca görüşlərinin keçiriləcəyini deyib. Görüşdə "Qırmızı körpü" ictimai təşkilatının görəcəyi tədbirlər müzakirə olunacaq. Bundan başqa, xalq diplomatiyası ilə əlaqədar müəyyən danışıqlar aparılacaq.

... Təəccüblü olmayan məsələ

AXCP ("klassiklər") ilə Xalq Azadlıq Partiyasının birləşməsini istisna etməyən XAP sədri Valeh Mirzəyev hələ ki, bu barədə yalnız söhbət etdiyini deyir: "Bizim ("klassiklər"lə) əvvəlcədən yaxşı münasibətimiz olub. Ona görə də onlarla əməkdaşlıq məsələsində təəccüblü heç nə yoxdur. Lakin mexaniki birləşmə həmişə partiyalara zərbə vurub. Vəhdətə, ADP-yə birləşmələrin nəticəsi uğursuz oldu. Buna görə də birləşmək üçün məqsəd, əqidə birliyindən başqa mübarizə metodları da yaxın olmalıdı."

... Lap prokurorluğun özünə

Ədalət Partiyasının Sumqayıt rayon təşkilatı öz qərərgahından çıxarılıb. Dördüncü polis bölməsinin rəisi bunu partiyanın qanunsuz fəaliyyəti ilə əlaqələndirib. Partiyaya məxsus əmlak da qərərgahdan atılıb. Partiyanın sədri İ.İsmayılov sentyabrın 10-da məsələ ilə bağlı Daxili İşlər naziri R.Usubova və respublika prokuroru Z.Qaralova müraciət edib. Müraciətdə təqsirkarların cəzalandırılması xahiş olunur.

... O bunu etməzdi

"Dördlər"in "Qarabağa dair Xartiya"sının mətni üzərində işləyənlər ictimai forum yaradırlar. Forumun məqsədləri haqda bura daxil olan Helsinki vətəndaş assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva bildirdi ki, bunda məqsəd xalqın ruhunu qaldırmaqdır: "Xalqın içərisində bizim müharibəni uduzduğumuz haqda rəy mövcuddur. Əslində biz müharibəni uduzmamışıq. Ümumiyyətlə, müharibədə udan və uduzan tərəf yoxdur. Sadəcə olaraq, kimsə fiziki cəhətdən udur, mənəvi tərəfdən uduzur. Buna görə də xalqın ümumi, milli xartiyası olmağı, bütün azərbaycanlıların ümumi fikri burada öz əksini tapmalıdır." A.Abdullayevanın fikrincə, forumun təşkili çox sürətli gedir və çox güman ki, bir həftə ərzində başa çatacaq. A.Abdullayeva onu da bildirdi ki, Leyla Yunusova xartiyaya qarşı çıxış etmişdi. "Nədənsə M.Qəhrəmanlını da buna vadar etmişdilər. Əgər L.Yunusova K.Ohancanyanın dediyinə qarşı çıxsaydı, başa düşülən olardı. Ümumi aksiyaya qarşı çıxması isə düzgün deyil. Sülh məramlı adam bunu etməzdi."

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd