İdman

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
İş günü
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#104(328)
"Könüllərin çempionu"
"12 dev adam"ın basketbol üzrə Avropa çempionatındakı çıxışını türklər belə dəyərləndirdi

Sayca 32-ci qitə birinciliyinin final mərhələsi mübarizənin gərginliyi baxımından yaddaqalan oldu və basketbolsevərlərə əsl idman ovqatı yaşatdı. Türkiyə və Yuqoslaviya komandaları arasında keçirilən həlledici qarşılaşma isə turnirin bəzəyi idi.
İstanbulun "Atatürk idman sarayı"nda təşkil edilən final görüşündə 13 min azarkeşin dəstəyi altında oynayan türklər ilk dəqiqələrdə üstünlüyə yiyələndilər və birinci fasiləyə qalib durumda (22:15) yollandılar. İbrahim Kutluay ilk 10 dəqiqədə aktivinə 13 top yazmağa müvəffəq oldu. İkinci hissənin yekununda da Türkiyə basketbolçuları irəlidə idilər - 40:38.
Yuqoslavlar sonrakı iki hissəni yüksək səviyyədə keçirərək, oyunda dönüş yaratdılar və sonuncu hissəyə 58:57 hesabı ilə başladılar. Sonuncu 10 dəqiqəlik bölümdə türklər 12, qonaqlarsa 20 basket qazandılar, beləliklə 78:69 hesabıyla qalib gələn Yuqoslaviya idmançıları 8-ci dəfə Avropa çempionu adını qazandılar.
Türkiyə öz tarixində ilk dəfə ikinci, ispanlar isə üçüncü yeri tutdular.
İstanbuldakı "Kroun plaza" otelində isə növbəti Avropa çempionatının qrup seçmə yarışlarının püşkatması olub: 30 komanda hər birində 6 olmaqla 5 qrupda mübarizə aparacaq. İlk 2 yeri tutan kollektivlər və üçüncü yeri tutmuş ən yaxşı 4 komanda İsveçdə keçiriləcək final mərhələsində çıxış etmək hüququ qazanacaq. Qrup seçmə yarışlarının startı bu ilin noyabr ayında veriləcəkdir.

Teymur Rəcəbov liderliyi ələ aldı

Argentinanın paytaxtı Buenos-Ayresdə Migel Naydorfun xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnirdə 6 tur arxada qalıb.
Planetin bir sıra güclü şahmatçılarının toplandığı yarışda iştirak edən həmyerlimiz, 14 yaşlı Teymur Rəcəbov şahmat ictimaiyyətini, xüsusilə yerli mütəxəssisləri heyrətə gətirib. Altıncı turda braziliyalı Enriki Mekinq üzərində qələbə qazanan şahmatçımız 4,5 xalla vahid liderdir. Anatoli Karpov və Viktor Karçnoy həmyerlimizdən yarım xal geri qalır. Teymur keçirdiyi 6 görüşün üçünü heç-heçə bitirməklə, üçündə qələbə qazanıb. Turnirə sentyabrın 13-də yekun vurulacaq. T.Rəcəbov növbəti turlarda ardıcıl olaraq Viktor Korçnoy, Anatoli Karpov və Yudit Polqarla görüşəcək.

Meydan sahibləri "tilsimi sındırır"?

Dünən keçirilən iki matçla futbol üzrə ölkə çempionatının 3-cü turu yekunlaşdı. Hesabat turu sentyabrın 8-də start götürmüşdü. Xəbər verdiyimiz kimi, həmin gün səfərdə çıxış edən komandalar qələbə qazanmışdılar: "Qarabağ/Azərsun" "Xəzər Universiteti"ni (2:1), "Kəpəz" isə "Şahdağ"ı (1:0) məğlub etmişdilər. Bu, cari mövsümdə qonaqların 8-ci qələbəsi idi (13 oyunda!).
Bazar günü isə sevinən tərəf meydan sahibləri olub: "Ümid"-"Dinamo/Bakılı" - 2:0 (Vüqar Qurbanov, 47 və Yaşar Abuzərov, 89). 65-ci dəqiqədəsə Mahir Əliyev ("Ümid") penaltini qola çevirə bilməyib. Naxçıvanda MOİK-i qəbul edən "Araz" 1:0 hesabı ilə qalib gəlib. Yeganə topu matçın 36-cı dəqiqəsində penaltidən İmamyar Süleymanov vurub.
Dünən keçirilən görüşlər belə nəticələnib:
"Şəmkir" - "Turan" - 1:0 (Alay Bəhramov, 90)
"Şəfa" -"Neftçi" - 0:1 (Nadir Nəbiyev, 86)
Sentyabrın 12-də birinci turdan qalmış bir görüş keçriləcək: Qusarda yerli "Şahdağ" "Araz" kollektivini qəbul edəcək. Matçı FİFA referisi Xaqani Məmmədovun briqadası idarə edəcək.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd