Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
İş günü
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#104(328)
Xəbər
Avropa Şurası Qarabağdan narahatdır

Lord Rassel Conston Qarabağ tənzimləməsində bu təşkilatın birbaşa iştirakını zəruri sayıb. "Qarabağ probleminin tənzimlənməsi prosesinin ləngidilməsi Starsburqda və Avropa Şurasının üzvü olan dövlətlərdə məyusluq doğurur". Bu sözləri AŞPA-nın sədri lord Rassel Conston dünən Ermənistan parlamentində çıxış edərkən deyib.

"Payızda dəyişiklik olmayacaq"
Bahar Muradova: "Qurultayı keçirək, kimin gedəcəyi, kimin qalacağı ondan sonra bəlli olar"
Eksklüziv
"Bütün dünya qrantla dolanır"
Leyla Yunus: "Qrantlara münasibətdə mənfi fikir formalaşdırmaq düzgün deyil"
Siyasət
Bizimkilər özlərini qoruyublar
Ölkəmizin Sankt-Peterburqdakı fəxri konsulu Qüdsi Osmanovun sözlərinə görə, hüquq-mühafizə orqanları ötən cümə günü baş vermiş qanlı hadisədə yerli sakinləri günahkar sayıb.
Xəbər
İş günü
Azərbaycanda enerji böhranı gözlənilirmi?

Ölkənin enerji sistemini qışa hazırlamaq üçün 20 milyon dollar vəsait tələb olunur

Mədəniyyət
"Alim Qasımov nə üçün indiyədək öz məktəbini yaratmayıb?"

Bu, "Şərq təranələri" beynəlxalq festivalının münsiflər heyəti üzvlərinin ciddi marağına səbəb olub

Bu da bizik
Hər şey göz qabağında
N.Hüseynli

Duqlas Kouplend. X nesil
Xəbərlər

Rusiya diplomatı Dağlıq Qarabağdakı "seçkilər"i pisləmədi

Rusiya hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi ərazi bütövlüyü, o cümlədən digər beynəlxalq prinsiplər əsasında tənzimlənəcək.
Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi A.Yakovenko sentyabrın 5-də Dağlıq Qarabağda "yerli hakimiyyət orqanlarına" keçirilən seçkilərlə bağlı jurnalistlərin suallarını cavablandırarkən bildirib. RF XİN mətbuat xidmətindən verilən məlumata görə, Yakovenko həmçinin qeyd edib ki, Rusiya "Dağlıq Qarabağ Respublikasının" müstəqilliyini tanımayıb və bundan sonra da münaqişənin tezliklə "kompromislər əsasında" nizamlanmasına yardım göstərəcək.

İranda qadın informasiya agentliyi yarandı

Sentyabrın 9-dan Tehranda İran qadınlarının informasiya agentliyi fəaliyyətə başlayıb. Agentliyin icraçı direktoru Şəhla Həbibinin sözlərinə görə, sırf qadın informasiya agentliyinin yaradılması ideyası iki il əvvəl yaranıb. Əsas məqsəd ölkənin kişi əhalisinə İran qadınlarının bacarıq və imkanlarının nəyə qadir olduğunu nümayiş etdirməkdir.
Lakin İranda KİV-lər yarandığı kimi də bağlanır. Elə bu günlərdə məhkəmə orqanları həftəlik "Mehr" nəşrinin "müvəqqəti dayandırılması" barədə qərar çıxarıb. Baş redaktor Əli Mir-Fəthənin sözlərinə görə jurnalın bağlanması səbəbi aydın deyil. Lakin son vaxtlar həmin nəşrin səhifələrində mətbuata dövlət nəzarəti siyasətini tənqid edən yazılar dərc olunub. Yəqin bu səbəbdən jurnalın qapanması istisna olunmur.

 Ana səhifə | Xəbərlər xətti | Xəbər | Şərh | Siyasət | Firqələrdə | İş günü | İdman Ulduz falı

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd