Ana sehife

ULDUZ FALI  
(12 Sentyabr)
Qoç 21 mart - 20 aprel
Buğa 21 aprel - 20 may
Əkizlər 21 may - 21 iyun
Xərçəng 22 iyun - 22 iyul
Şir 23 iyul - 23 avqust
Qız 24 avqust - 23 sentyabr
Tərəzi 24 sentyabr - 23 oktyabr
Əqrəb 24 oktyabr - 22 noyabr
Oxatan 23 noyabr - 21 dekabr
Oğlaq 22 dekabr - 20 yanvar
Dolça 21 yanvar - 20 fevral
Balıqlar 21 fevral - 20 mart


Qoç
[21 mart - 20 aprel]

Aries İşinizi dəyişdirmək şansını gerçəkləşdirəcəksiniz. Məqsədə çatmaq üçün qətiyyət göstərin. Təcrübənizdən istifadə edin ki, aldatmasınlar. Bəd hisslər üçün imkan yaratmayın. Dözümlü olun. Sizi narahat edən bütün məsələləri aydınlaşdıracaqsınız.

Buğa
[21 aprel - 20 may]

Taurus Ticarətlə məşğul olanlar üçün rahat gündür. Maddi durumunuz yaxşılaşa bilər. İstənilən işdən yapışsanız, mütləq uğur qazanacaqsınız. Güclü hisslər sizi çulğayacaq. Əsas məsələləri ikinci dərəcəlidən ayırmağa bacarmalısınız.

Əkizlər
[21 may - 21 iyun]

Gemini Maraqlı iş təklifləri və ya büdcədə artmalar baş verə bilər. Bütün işlərdən cəsarətlə yapışın, hamısında uğurlarınız var. Özünüzü çox zəhmətkeş göstərməyə çalışmayın. Alqılarda tələsməyin, aldanacaqsınız.

Xərçəng
[22 iyun - 22 iyul]

Cancer Yaxın adamlarla münasibəti aydınlaşdıracaqsınız. Yorğunluq və ötən günlərin gərginliyi də öz işini görəcək. Çalışın iş yoldaşlarınızda özünüzə qarşı həsəd duyğuları oyatmayın. Tələsik işlər görməyin. İntuisiyanızın dediyinə qulaq asmalısınız, doğrunu o deyir.

Şir
[23 iyul - 23 abqust]

Leo Həyatınızın yeni mərhələsinə qədəm qoyacaqsınız. Dünyagörüşünüzə yeni tanışlıq xüsusi təsir edəcək. Uzunmüddətli ciddi münasibətlər yarana bilər. Əldə etdiyiniz nəticələrdə qətiyyətinizin dərəcəsi əsasdır.

Qız
[24 avqust - 23 sentyabr]

Virgo Təcrübənizdən istifadə edib gələcək üçün planlar qurun. Aktivliyiniz işdəki fəaliyyətinizi yaxşılaşdıracaq. Fərdi münasibətləriniz düzələcək. Maliyyə artımı və ya maraqlı iş təklifi əldə edəcəksiniz. Özünüzü ələ alıb ağıllı adamın məsləhətlərinə qulaq asmağınız yaxşı olardı.

Tərəzi
[24 sentyabr - 23 oktyabr]

Libra Gözlənilməz xəbər ailədə münasibətləri korlaya bilər. Səfərə çıxmağınız məsləhət deyil. İnandığınız adamlara kömək üçün müraciət edə bilərsiniz. Evdəkilərin kəskin etirazına baxmayaraq, öz bildiyiniz kimi hərəkət edin.

Əqrəb
[24oktyabr - 22 noyabr]

Scorpio İncəsənətlə məşğul olanlar uğur qazanacaq. Duyğularınızı gözəl ifadə edə biləcəksiniz. Həssaslığınıza və səbrinizə əmin olun. Təklikdən darıxacaqsınız. İstəyinizi reallaşdırmağa çalışın, ruhdan düşməyin.

Oxatan
[23 noyabr - 21 dekabr]

Sagittatius Planınızda olan işlərin əksərində korrektə edəcəksiniz. Möcüzə nağıllarda olur, bu, həyatdır. Mənəmlik hissinizi tapdalamaq istəyəcəklər. Əgər istədiyiniz adama inamınız güclü olsa, sevinciniz artacaq.

Oğlaq
[22 dekabr - 20 yanvar]

Capricorn Ətrafınızdakıların köməyindən imtina etməyin. İşdə əlbir çalışmalardan həzz alacaqsınız. Sevdiyinizə qarşı diqqətli olun. Səhhətinizin qayığısına qalın. İş yoldaşınızın nədəsə, sizə etiraz etməsinə faciə kimi baxmaq lazım deyil. Həqiqət onun tərəfindədir.

Dolça
[21 yanvar - 20 fevral]

Aquarius Şəxsi işlərinizi görmək üçün arzuolunan vaxtdır. İş yoldaşlarınızla münasibətdə real vəziyyəti mütləq nəzərə alın, aldana bilərsiniz. Hisslərinizlə ehtiyatla davranın. Özünəarxayınlıq sizi çaşdıra bilər. İşlərinizdən narazı qalmağa əsasınız yoxdur.

Balıqlar
[21 fevral - 20 mart]

Pisces Sakit, zəhmətkeş adam üçün rahat gündür. İşdən yorulacaqsınız. Günün ağır keçməsindən. Ətrafdakı adamlarda xoşagələn cəhətlər tapın. İşdəki problemləriniz həll olunacaq, itirdiyiniz tarazlığı və həyatsevərliyi bərpa edəcəksiniz. Başqasının işini öhdənizə götürməyin.



 
Copyright © by Media LTD,2001 E-mail