Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
İş günü
Kriminal
Mədəniyyət
Sənət
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#105(329)
Xəbər
Terror ABŞ-ı vurdu

Dünən Amerika Birləşmiş Ştatları özünün ən qara gününü yaşadı.
Ölkə bu vaxtadək tarixdə analoqu olmamış və miqyasına görə ən fantastik filmləri belə arxada qoyan terror zərbəsi ilə sarsıldı. Yerli vaxtla səhər saat 9-dan etibarən təxminən bir saat ərzində Nyu-York və Vaşinqton "kamikadze" təyyarələrin hücumuna məruz qaldı.

"Avropa Şurası Ermənistana təsir göstərməlidir"
Rəsmi Bakı Avropa Şurasının Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində fəal iştirak etmək niyyətini təqdir edir
Eksklüziv
"Bizi də ASDP-dən kənarlaşdıra bilərlər"
Araz Əlizadə: "ASDP məsələsi AXCP probleminə dönməyəcək"
Siyasət
Xəzərdə silahlar kimə qarşıdır?
Hövzə ölkələrinin rəvac verdiyi yenidən silahlanma tendensiyası Xəzərin demilitarizasiyası ideyasını sual altında qoyur
Şərh
Kriminal
Tektonik silah qalmaqalı

Elçin Xəlilov məhkəmədə "məni ermənilərə satırsınız" dedi

Sənət
"Çox zarafatcılam..."

Rəşad İlyasov özünü belə tanıyır

Bu gün
Mən qısa danışıram...
H. Ömərova

Duqlas Kouplend. X nesil
Xəbərlər

Tehran MKİ-ni təkzib edir

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin İranın kütləvi qırğın silahının yaradılmasıyla bağlı bəyanatını rəsmi Tehran təkzib edir.
İran XİN mətbuat xidmətinin rəhbəri Həmid Rza Asəfi MKİ-nin baş direktoru Corc Tenetin ABŞ Konqresindəki çıxışında Rusiyanın Şimali Koreya, Çin və İrana qitələrarası ballistik raketlərin istehsalı üçün avadanlıqlar, nüvə, kimyəvi və bioloji silahların istehsalı üçün ən yeni texnologiyanın verilməsini yalan və iftira olduğunu bildirib.
Asəfi bildirib ki, İran həqiqətən adı çəkilən ölkələrlə nüvə energetikası və hərbi sahədə əməkdaşlıq edir, lakin bu iş birliyi sülh məqsədi daşıyır və beynəlxalq konvensiyalara müvafiq aparılır.

"Qarabağlı"da neft ehtiyatları aşkar ediləcək

Salyan Oil əməliyyat şirkəti "Qarabağlı" yatağında aparılan ikinci kəşfiyyat-qazma işinin nəticələrini açıqlamağa tələsmir.
ARDNŞ-dən "Media- PRESS" agentiliyinə verilən informasiyaya görə, buruqda aparılan işlərin nəticələri məhsuldardır. Qazma işlərinin tamamlanması üçün bir neçə metr qalıb. Lakin şirkətin mütəxəssisləri 10 gün ərzində əldə olunan nəticələri ümumiləşdirməlidir. ARDNŞ-də əmindirlər ki, buruq neft ehtiyatlarının kifayət olacağını göstərəcək. Belə ki, qazma işləri olduqca əlverişli yerdə aparılıb.
Xatırladaq ki, buruğun layihə dərinliyi 4800 metr, Salyan Oil-un podradçı şirkəti isə Xorvatiyanın Crosco kompaniyasıdır.

 Ana səhifə | Xəbərlər xətti | Xəbər | Şərh | Siyasət | Firqələrdə | İş günü | Kriminal | Mədəniyyət | Sənət | İdman Ulduz falı

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd