Xəbərlər xətti

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
İş günü
Kriminal
Mədəniyyət
Sənət
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#105(329)
Ohancanyanı döydülər
Dağlıq Qarabağ erməniləri Bakını tərk etdi

Dağlıq Qarabağ erməniləri Bakını tərk edərkən, Binə hava limanında azərbaycanlı oğlan "Dağlıq Qarabağ müstəqil dövlətdir" deyən Karen Ohancanyanı döyüb. Binə Hava limanına getməzdən əvvəl isə Ohancanyan Lider TV-yə demişdi ki, nə üçün gəlmişdilərsə, ona nail olublar. Yəni öz mövqelərini geniş Azərbaycan ictimaiyyətinə çatdırıblar.
Azərbaycan Dağlıq Qarabağ ermənilərini bu cür yola saldı. Hətta bunun özünün də şübhə doğurmasına baxmayaraq. Gəlişin maliyyə cəhətindən tutmuş, mənəvi tərəflərinə qədər mübahisə doğurduğu kimi, Binə Hava limanında ermənilərin canını güdənlərin harda olması da birmənalı qarşılanmadı. Daxili İşlər Nazirliyinin xüsusi olaraq onları qapıyacan ötürmək üçün ayırdığı mühafizəçilər hadisəni bilavasitə Arzu Abdullayevayla Zərdüşt Əlizadənin təşkil etdiyini deyir. Soros fondu Binə hava limanının təhlükəsizlik xidmətinin "yoxa çıxmasından" şübhələnir. Əldə olunan məlumata görə isə, Karen Ohancanyanı döyən adi Azərbaycan vətəndaşıdır. Polis şöbəsində saxlanılan oğlanın kimliyi bildirilmir.

Şəxsiyyət vəsiqələri paylanır

Dünən Bakının 11 və respublikanın 74 inzibati rayonunda şəxsiyyət vəsiqələrinin paylanmasına "start" verilib. Yalnız ölkə daxilində etibarlı sayılan şəxsiyyət vəsiqələri paylandıqdan sonra keçmiş SSRİ pasportlarının qüvvədən düşəcəyi tarix müəyyənləşdiriləcək. Xatırladaq ki, şəxsiyyət vəsiqələri haqqında qanun hələ 1994-cü ildə qəbul edilib. 2000-ci ilin iyununda vəsiqələrin hazırlanması üçün Kanadanın "Kanadian banknot" şirkətinə sifariş verilib. İqtisadi inkişaf naziri Fərhad Əliyevin verdiyi açıqlamaya görə, "Kanadian banknot" şirkəti Azərbaycana 13 milyon ədəd şəxsiyyət vəsiqəsinin gətirilməsini təmin edib. Bunun 3 milyonu 16 yaşına çatmış, qalanları isə 16 yaşından yuxarı vətəndaşlar üçün nəzərdə tutulub.
Fərhad Əliyev qeyd edib ki, bütün rayonlarda şəxsiyyət vəsiqələrinin doldurulması ilə əlaqədar müvafiq sistem yaradılıb.

Prezident Heydər Əliyev Buşa başsağlığı teleqramı göndərib

Azərbaycan prezidenti Heydər Əliyev ABŞ-ın dövlət başçısı Corc Buşa başsağlığı teleqram göndərib.
Başsağlığında deyilir: "Hörmətli cənab prezident Vaşinqton və Nyu-York şəhərlərində törədilmiş dəhşətli terror əməlləri nəticəsində çoxsaylı insan tələfatı və dağıntı xəbərini dərin kədər hisi ilə qarşıladım. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə, bütün dost Amerika xalqına dərin hüznlə başsağlığı verirəm".

Milli təhlükəsizlik haqqında qanun müzakirə ediləcək

Milli Məclisin payız sessiyasında "Alternativ xidmət haqqında", "Fövqəladə vəziyyət və hərbi rejim haqqında" qanuna əlavə və dəyişikliklər edilməsi barədə", "Milli Təhlükəsizlik haqqında", "Kəşfiyyat və əks_kəşfiyyat haqqında" qanun layihələri parlamentin müzakirəsinə təqdim ediləcək.
Bu barədə bu gün MM-in sədr müavini, Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov deyib. Onun sözlərinə görə, adı çəkilən qanunların bir neçəsi artıq hazırdır. "Milli Təhlükəsizlik haqqında", "Kəşfiyyat və əks-kəşfiyyat haqqında" qanun layihələri üzərində isə iş davam etdirilir.

Natiq Əliyevin iddia ərizəsinə baxılacaq

Bu gün Səbayel Rayon Məhkəməsində ARDNŞ prezidenti Natiq Əliyevin AMİP sədri Etibar Məmmədova qarşı şərəf, ləyaqət, işgüzar nüfuzunun müdafiəsi və AMİP liderinin şərəf, ləyaqət və nüfuzunun müdafiəsi haqqında qarşılıqlı iddia ərizəsi əsasında məhkəmə baxışı keçiriləcək. Saat 11.00-da başlanacaq məhkəmə prosesinə hakim İlham Ağayev sədrlik edəcək.

Mətbuat Şurası üzvlüyünə 300 namizəd var

"Mətbuat Şurasının üzvlərinin müəyyənləşdirildiyi barədə deyilənlər həqiqətə uyğun deyil". Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov dünən jurnalistlərlə söhbətində belə deyib. Onun sözlərinə görə, indiyə qədər 300-ə yaxın şəxs Mətbuat Şurasının üzvü olmaq üçün müraciət edib. Əli Həsənov həmçinin bildirib ki, hazırda işçi qrupu bu müraciətlər üzərində işləyir. İşçi qrupu fəaliyyətini yekunlaşdıran kimi namizədlər siyahısı ölkə başçısına təqdim olunacaq. O bildirib ki, Mətbuat Şurasının üzvlərinin müəyyənləşdirilməsi ilə bağlı son qərarı da ölkə başçısı verəcək.

NATO Parlament Assambleyasının prezidenti Azərbaycana gələcək

Milli Məclisin sədr müavini Ziyafət Əsgərovun başçılıq etdiyi parlament nümayəndə heyəti bu il oktyabrın 19-da NATO Parlament Assambleyasının (PA) seminarında iştirak etmək üçün Buxarestə gedəcək. Z.Əsgərovun sözlərinə görə, NATO PA-nın seminarında Ermənistan-Azərbaycan münaqişəsilə bağlı xüsusi müzakirə keçiriləcək. MM sədrinin müavininin sözlərinə görə, bu ilin noyabrında NATO PA prezidenti R.Esterellanın Azərbaycana səfəri gözlənilir.

Taliblər hücuma keçir

Əfqanıstanın Taliban Hərəkatının silahlı qüvvələri Pərvan əyalətində Şimal alyansına qarşı geniş miqyaslı hücuma keçib. Taliblər birləşmiş cəbhənin müqavimətini qırmaq üçün Pəncər dərəsində döyüşlər aparırlar. Onlar tankların və aviasiyanın imkanlarından da istifadə edirlər. Qanlı döyüşlər Kabilin şimalında yerləşən Bəhram aviabazasının yaxınlığında da gedir. Taliblərin bəyan etdiyinə görə, onlar Şimal alyansının mövqelərini artilleriya atəşinə tutmaq məqsədi ilə bir sıra hakim yüksəklikləri ələ keçirməyə müvəffəq olublar.

Türkmənlər götür-qoy edir

Dünən Aşqabadda qaz sferasında Türkmənistan-Rusiya əməkdaşlığı üzrə danışıqlarda rəsmi Aşqabad qazın Ukraynaya birgə nəql olunması təklifi ilə çıxış edib. Danışıqlarda ildə 30 milyard kubmetr türkmən qazının Rusiya bazarlarına nəqli, həmçinin neft-qaz sahəsində investisiya layihələrinin realizə etməsi məqsədi ilə özəl şirkətlərin cəlb olunması məsələsi nəzərdən keçirilib.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd