Ana sehife

ULDUZ FALI  
(13 Sentyabr)
Qoç 21 mart - 20 aprel
Buğa 21 aprel - 20 may
Əkizlər 21 may - 21 iyun
Xərçəng 22 iyun - 22 iyul
Şir 23 iyul - 23 avqust
Qız 24 avqust - 23 sentyabr
Tərəzi 24 sentyabr - 23 oktyabr
Əqrəb 24 oktyabr - 22 noyabr
Oxatan 23 noyabr - 21 dekabr
Oğlaq 22 dekabr - 20 yanvar
Dolça 21 yanvar - 20 fevral
Balıqlar 21 fevral - 20 mart


Qoç
[21 mart - 20 aprel]

Aries Həyati gücünüz çox yüksəkdir. Həssaslığınıza söz ola bilməz. Bədxahların qəfil maneələri vaxtınızı və əsəblərinizi korlayır, məqsədə çatmaqda imkansızlıq yaradır. İşlərinizdə ciddi olun. Eşitdiyiniz xəbərlərə çox da arxalanmayın. Təcrübələrinizdən çıxış edin.

Buğa
[21 aprel - 20 may]

Taurus Fikriniz qəfildən dəyişəcək, macəralara qoşulacaqsınız. Birdən-birə böyük hadisələrin iştirakçısı ola bilərsiniz. Həyatınızda baş verən dəyişikliklərin xeyrinizə və ya ziyanınıza olacağını indidən söyləmək çətindir.

Əkizlər
[21 may - 21 iyun]

Gemini Həyatınızda baş verən dəyişikliyi uğurlu məcraya yönəltməyi bacarın. Ağıllı hərəkətlər etməyə çalışın. Səhhətinizə ziyanlı maddələr qəbul etməyin. Hadisələrə təcrübənizdən yanaşın. Səhvlər buraxmayın.

Xərçəng
[22 iyun - 22 iyul]

Cancer Uğursuzluqlar arxada qalıb, əldən buraxdıqlarınızı qaytarmaq şansınız var. Həyatınızda çalışdığınız yenilikləri edə biləcəksiniz. Onları həyata keçirmək üçün bundan yaxşı şərait ola bilməz. Yeni təkliflər alacaqsınız.

Şir
[23 iyul - 23 abqust]

Leo Gücünüz çoxdur. Həssaslıqla ətrafınızda baş verənlərin mahiyyətinə qoşula bilərsiniz. Sizə qarşı çıxan ən qəliz vəziyyəti də yoluna qoya biləcəksiniz. Bədxahların diqqətlə hazırladığı planları vurub dağıdıcaqsınız.

Qız
[24 avqust - 23 sentyabr]

Virgo Ünsiyyətlərdə diqqətli olun. Yaxın adamın sizə sirayət edən ovqatı ətrafınızla münasibətlərinizə mənfi təsir edə bilər. Mübahisələr etməyin, narazılığınızı gizlətməyə çalışın. Təcrübələrinizdən istifadə edin.

Tərəzi
[24 sentyabr - 23 oktyabr]

Libra Gözünüz açıqdır, yaxın adamın münasibətlərdə süniliyini aydınca görürsünüz. Yeni maraqlı görüşləriniz ola bilər. İşgüzar əlaqələrlə məhdudlaşan ünsiyyətiniz fərdi münasibətlərə çevrilə bilər. Yaxın adamla bağlı xoş xəbərlər eşidəcəksiniz.

Əqrəb
[24oktyabr - 22 noyabr]

Scorpio Həqiqətləri dərk etməkdən ötrü uğurlu vaxtlardır. Təhsil və özünütərbiyədən ötrü faydalıdır. Ruhi inkişafınız gedir, görünməyəni dərk edə bilirsiniz. Özünüzdə qeyri-adi imkanların kəşfi sizi təəccübləndirməsin. Çaşmayın, həmişə belə olmayacaq. İşsiz oturmayın. Zirək və zəhmətkeş adamların yardımından bəhrələnin.

Oxatan
[23 noyabr - 21 dekabr]

Sagittatius Ancaq ağlınıza və məntiqə uyğun hərəkət edin. Baş verən hadisələri düzgün qiymətləndirməyi bacarın. Özünüzü həddən artıq canıyanan göstərməyin, öhdənizə düşən işi keyfiyyətli görüb başqa problemlərə toxunmayın. Sizi istəməyənlər buraxacağınız səhvləri şişirdib sizə qarşı istifadə edə bilərlər.

Oğlaq
[22 dekabr - 20 yanvar]

Capricorn Aldanışlarla, çaşdırmalarla dolu günlərdir. Uğur qazanmaq üçün özünüzü oda-gözə vurmaqdansa, düşüncəli hərəkət etməniz kifayətdir. Təkliflərdən xeyir qazanmaq fikri yanlışdır, çoxlu gərginlikdən savayı heç nə verməyəcək. Yaxın adamla gərgin münasibətlər gözlənilir.

Dolça
[21 yanvar - 20 fevral]

Aquarius Başladığınız işi mütləq başa çatdırmalısınız. Keçdiyiniz yolu təhlil edib doğru ilə yalanı, səhv ilə düzü fərqləndirməyi bacarsanız, bir daha təkrarlamayacaqsınız. Dostlarla ünsiyyətdə soyuq olmayın. Sizin ciddiyyətlə işləməyinizi və dürüstlüyünüzü qiymətləndirəcəklər.

Balıqlar
[21 fevral - 20 mart]

Pisces Enerjinizin artıq olduğunu hiss edəcəksiniz. Sənədlərlə bağlı işlər yaxşı gedəcək. Məhkəməlik işi olanların udmaq şansı böyükdür. İş yoldaşlarının, hamilərin köməyi də dəyəcək. İncikliyinizi gizləyə bilməsəniz, ailə üzvlərindən kiminsə xətrinə dəyəcəksiniz.



 
Copyright © by Media LTD,2001 E-mail