|
|
|
|
#106(330)
|
 |
|
|
|
|
Terrorçuluğu bütün forma təzahürlərində qətiyyətlə pisləyən Azərbaycan həmişə buna qarşı mübarizə aparıb, bu istiqamətdə dünyanın bütün dövlətləri və qurumları ilə əməkdaşlığa hazır olduğunu nümayiş etdirib. Bu barədə Azərbaycan prezidenti Heydər Əliyevin Nyu-York və Vaşinqtonda baş vermiş terror aktları ilə bağlı bəyanatında bildirilir.
Müasir dövrdə terrorçuluq bütün ölkələri hədəfə çevirə biləcəyi üçün qlobal problemdir. H.Əliyevin fikrincə, terrorçuluq təhlükəsinin tam aradan qaldırılması üçün bütün dünya xalqları və dövlətləri səylərini birləşdirməli, terrorçuluğa qarşı barışmaz mübarizə əzmini işdə və sıx əməkdaşlıqda sübuta yetirməlidir.
|
| | |
|
Kriminal
|
Müttəhim Canmirzə Mirzəyev bəzi qaranlıq nüanslara aydınlıq gətirdi
|
|
|
Mədəniyyət
|
| Xəbərlər |
Neft qiymətləri
nəzarətdə qalacaq
London neft birjasında dünən aparılan hərraclarda 1 barrel neftin qiyməti 43-44 sent artaraq 29,5 ABŞ dolları təşkil edib.
Analitiklər bunu ABŞ-da baş verən terror aktlarıyla bağlayırlar. Qiymətlərin artımı hərrac iştirakçılarının ABŞ-ın dünya bazarlarına neft ixrac edən regionlarda əks tədbirlərə əl atmaq ehtimalından irəli gəlir. Bununla belə, neft ixrac edən ölkələrin - OPEK təşkilatının baş katibi Əli Rodriges bəyan edib ki, əgər vəziyyət qeyri-stabilliyə doğru istiqamət alsa belə, təşkilat bazarlara kifayət qədər neft çıxarmağa zəmanət verir. Onun sözlərinə görə, OPEK neft və enerji daşıyıcılarının qiymətlərinin nəzarətsiz artımına imkan verməyəcək. Bunun üçün iştirakçı ölkələr ehtiyatda olan bütün imkanlardan istifadə etməyə hazırdılar.
|
"Minsk Qrupunun
imkanları tükənməyib"
"Avropa strukturları belə razılığa gəliblər ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə istisnasız olaraq ATƏT-in Minsk Qrupu məşğul olsun". Bunu ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Maykl Lemmon jurnalistlərlə söhbətində deyib.
Avropa Şurasının problemin həlli ilə bağlı daha ciddi məşğul olacağı barədə AŞPA baş katibi lord Rossel Constonun dediklərini şərh edən Maykl Lemmon buna ehtiyac olmadığını vurğulayıb. "Minsk Qrupunun imkanları hələ tükənməyib. Sadəcə olaraq vəziyyətin qiymətləndirilməsi mərhələsi başlayıb. Danışıqlar dalana dirənməyib, həmsədrlər tam tərkibdə işləyirlər. Mən münaqişənin həlli ilə başqa bir təşkilatın məşğul olmasına lüzum görmürəm", - deyə ABŞ səfiri qeyd edib.
|
 |
|
Ana səhifə |
Xəbərlər xətti |
Xəbər |
Şərh |
Siyasət |
Firqələrdə |
İş günü |
Kriminal |
Mədəniyyət |
Sənət |
İdman
Ulduz falı
|
 |
| |
| | |
|