Əqrəb [24oktyabr - 22
noyabr]
Anlaşılmazlıqla, mübahisələrlə dolu gündür. Reallıqla xəyallarınız arasındakı uyğunsuzluğa qarşı çıxacaqsınız. Bu etirazı spirtli içkilərə aludəçilikdə büruzə verməyin. Bacardıqca təmkinli olun. Axşamlar nə qədər tez yatsanız, bir o qədər yaxşıdır.
Oxatan [23 noyabr - 21
dekabr]
Ayıq olmağınız tələb olunur. Ətrafınızda baş verən hadisələrə ciddi baxmağınız lazımdır. Düşüncəli olmaqla, biclik işlətmədən uğur qazanacaqsınız. Nə qədər böyük ürəkli jest göstərsəniz, sevgi sarıdan o qədər yarıyacaqsınız.
Oğlaq [22 dekabr - 20
yanvar]
Səhhətinizin qayğısına qalmalısınız, özünüzü israf etməyin. Qarşınıza böyük maneələr çıxa bilər. Məişət problemləri ilə məşğul olmasanız, yaxşıdır. Spirtli içkilərdən qəti imtina edin. Özünüzü həlak etməyin, sizdən asılı olmayan məsələləri yoluna qoya bilməyəcəksiniz.
Dolça [21 yanvar - 20
fevral]
Dəyişmələrlə müşaiyət olunan gündür. Həyatınızdakı yeniləşmələr həm yaxşılığa, həm də yamanlığa yozula bilər, bunu ancaq gələcək göstərəcək. Bütün işlərinizdə təmkinli hərəkətlərə üstünlük verin. Hər bir addımınızı ölçüb biçin, harada nə dediyinizin fərqinə varın.
Balıqlar [21 fevral - 20
mart]
Ən çətin günlərdən biridir. Günahın cazibə qüvvəsi sizi çəkə bilər. İmkan daxilində ibadətlə məşğul olun. Su vannası və ya duş qəbul edib əsəblərinizi sakitləşdirin. Dini kitablar mütaliə edin. ÿÿ
| | | | |