Kriminal

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
İş günü
Kriminal
Mədəniyyət
Sənət
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#107(331)
Tektonik silahın layihəsi niyə məhv edilməyib?
Nurəddin Sadıqov məxfi sənədləri yandırmağı tələb edib

Dünən Bayıl istintaq təcridxanasında Əliyusif Tahirov və digər 5 nəfərin məhkəmə prosesi davam edib. Ötən gün Cümşüd Naxçıvanski adına hərbi məktəbin rəisi kontr-admiral Rafiq Əsgərov şahid ifadəsi verdi. Onun sözlərinə görə, 1991-ci ildə Rusiya Hərbi Qüvvələri Azərbaycandan çıxarıldığından Eduard Hüseynov Canmirzə Mirzəyevlə birlikdə Bakı Hərbi Dəniz Qüvvələrinin və Ali Hərbi Dənizçilik Məktəbinin saxlanması barədə müvafiq orqanlara müraciət ediblər.
R.Əsgərov 1992-ci ildə Hərbi Dənizçilik Məktəbinin rəisi təyin edilib. 1993-cü il aprelin 26-da məzuniyyətdə olan C.Mirzəyev onun yanında olub. Saat 19 radələrində E.Hüseynovun qətlə yetirilməsi barədə ona telefon zəngi edilib. R.Əsgərovla C.Mirzəyev məktəbə gələndə mərhumun xəstəxanaya aparıldığını öyrəniblər. R.Əsgərov rəis müavini Viktor Tatarenkoya başsağlığı verərək, birinci müavin kimi səlahiyyətlərin C.Mirzəyevə verilməsini təklif edib. Şahidin ifadəsində bəzi ziddiyyətli məqamlar var idi. Belə ki, o, əvvəlcə E.Hüseynovla aralarında anlaşılmazlıqlar olmadığını bildirdi. Lakin məhkəmə istintaqı zamanı söylədi ki, o, məktəbin operativ hadisələrlə bağlı qərargaha tabe olmasını istəsə də E.Hüseynov bununla razılaşmayıb. Hətta bir dəfə E.Hüseynov müdafiə nazirinin müavini olan R.Əsgərovu məktəbə buraxmayıb. Şahid belə bir hadisənin baş vermədiyini bildirsə də, müttəhim C.Mirzəyev "bəli olub, rəis nə R.Əsgərovu nə də onun məktəbə göndərdiyi komissiyanı içəri buraxmadı", - söylədi. Məhkəmə istintaq zamanı R. Əsgərov qətl hadisəsi baş verən gün N saylı hərbi hissənin komandiri Elçin Xəlilovun onun yanında olmadığını bildirdi. C.Mirzəyev və E.Xəlilov isə ifadələrində bunun əksini söylədilər. Qeyd edək ki, ölümündən sonra E.Hüseynovun seyfindən çıxan məxfi sənədlər möhürlənərək Nurəddin Sadıqovun göstərişiylə R.Əsgərova verilib. N.Sadıqov həmin sənədlərin yandırılmasını tələb etsə də, o vaxt Xüsusi İdarənin rəisi işləyən Cavanşir Vəliyevin tapşırığı ilə mərhum prezident Əbülfəz Elçibəyin qəbuluna gediblər. Məhkəmədən söz alan C.Mirzəyev bildirdi ki, həmin gün E.Hüseynovun qətlə yetirilməsini onlara R.Əsgərovun qardaşı xəbər verib. Bunu bilən müstəntiq R.Əsgərovdan şübhələnib. Məhkum şahid Ramiz Cəlilovun ifadəsinə əsasən, o, Rövşən və Mahir Cavadov qardaşları ilə yaxın dost olub. 1992-ci ildə Banditizm və Terrorizmə Qarşı Mübarizə İdarəsinin əməkdaşları qanunsuz olaraq onu həbs ediblər. Buna görə də keçmiş daxili işlər naziri İsgəndər Həmidovla Rövşən Cavadov arasında münaqişə yaranıb. Xatırladaq ki, ibtidai istintaq sözügedən idarənin rəis müavini Ələsgər Ələkbərovun qətlini məhz bu hadisənin nəticəsi kimi qiymətləndirib.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd