|
#107(331)
|
 |
|
Zirvə görüşü təxirə düşdü
|
Sentyabrın 19-21-də keçirilməsi nəzərdə tutulan "Uşaqların mənafeyi üçün" ümumdünya sammiti qeyri-müəyyən vaxtadək təxirə salınıb. Bu qərar BMT-nin Baş Assambleyasının xüsusi iclasında qəbul edilib.
Sessiya iştirakçılarının qənaətinə görə, mövcud şəraitdə Nyu-York şəhəri yüksək qonaqların qəbulunu təşkil etmək imkanında deyil. Çox güman ki, sammit gələn il keçiriləcək.
Xatırladaq ki, Nyu-York sammitinə dəvət almış Azərbaycan prezidenti H.Əliyev iş qrafikindəki sıxlıq səbəbindən bu tədbirdə iştirak edə bilməyəcəkdi. Ölkəmiz sammitdə baş nazirin müavini Elçin Əfəndiyevin başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunacaqdı.
|
Terror qurbanlarının
xatirəsi yad edildi
|
Dünən Azərbaycan vətəndaşları sentyabrın 11-də ABŞ-da törədilən terror aksiyaları qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib. Saat 12.00-da Azərbaycanın bütün telekanallarında verilişlər dayandırılıb və terror qurbanlarının xatirəsilə bağlı məlumat verilib. Eyni zamanda inzibati binalarda dövlət bayraqları endirilib.
Xatırladaq ki, ötən gün Azərbaycan prezidenti ABŞ-da baş vermiş terror aktı qurbanlarının xatirəsinin anılması barədə qərar qəbul edib.
|
ABŞ-da və Kanadada
müsəlmanlar təqib olunur
|
ABŞ-da baş vermiş terror aktlarından sonra Amerika və Kanadada müsəlmanlara hücumlarla bağlı onlarla hadisə qeydə alınıb. Belə ki, Çikaqoda polis məscidin yanında nümayiş keçirmək istəyən 300 nümayişçini saxlayıb.
Həmçinin Çikaqoda naməlum şəxslər ərəb icması nümayəndələrinin toplaşdığı yerə bomba atıblar. Nyu-Yorkda 75 yaşlı sərxoş kişi pakistanlı qadını təqib edərək Vaşinqton və Nyu-Yorkda törədilən terror aktlarına görə öldürəcəyilə hədələyib.
Öz növbəsində ABŞ-dakı Küveyt səfirliyinin nümayəndələri bildiriblər ki, Amerikanın ali məktəblərində təhsil alan Küveyt vətəndaşları təhqirlərə məruz qalıb.
ABŞ islam təşkilatlarının rəhbərləri prezident Buşa məktub göndərərək antiislam əhval-ruhiyyəsinin qarşısını almaq və dinlərarası münasibətləri normallaşdırmaq üçün birgə tədbirlər görməyə çağırıb.
|
Amerikada daha bir fəlakət
|
ABŞ-ın Yuta ştatının qərb hissəsində sərnişin və yük qatarılarının toqquşması nəticəsində 1 nəfər həlak olub, 90 nəfər isə yaralanıb. Qəza nəticəsində böyük yanğın baş verib. Zərərçəkənlər barədə dəqiq məlumat verilmir. İlkin hesablamalara görə, Çikaqo-San-Fransisko istiqamətində hərəkət edən qatarda 200-dən 300-ə qədər sərnişin olub.ÿÿ
Sentyabrın 12-də saat 23.30-dan 23.45-dək Azərbaycan ordusunun Ağdam rayonunun Əhmədağalı kəndindəki mövqeləri həmin rayonun ermənilərin işğalında olan Baş Qərvənd kəndindən avtomat və pulemyotlardan atəşə tutulub.
Azərbaycan tərəfi cavab atəşi açıb, itki yoxdur. Məlumatı Müdafiə Nazirliyi mətbuat xidməti yayıb.
Dollar
çökməyəcək...
Şəxsiyyət vəsiqəsini necə alaq?
|
Məlum olduğu kimi, bir neçə gün əvvəl paytaxtımızın 11 inzibati rayonunda yeni şəxsiyyət vəsiqələrinin paylanılmasına başlanıb. İndi hamı həmin vəsiqəyə sahib olmağa tələsir.
Artıq vətəndaşların bir qismi onlara məxsus şəxsiyyət vəsiqələrini əldə etməyə müvəffəq olub. Bəs yeni tətbiq edilən sənəd hansı qaydada verilir? Bu suala cavab tapmaq üçün Nəsimi rayon Polis İdarəsinin pasport bölməsinə müraciət etdik.
Gəlişimizin məqsədini bölmə rəisinin köməkçisinə açıqladıqda ilk əvvəl hansı rayonda qeydiyyatda olduğumuzu soruşdu. Biz də təbii ki, Nəsimi rayonunda yaşadığımızı bildirdik. Rəisin köməkçisi yeni vəsiqələrin hələlik yalnız yaşı 50-dən yuxarı olan müharibə və əmək veteranlarına verildiyini, digər yaş qruplarına daxil olan şəxslərə isə gələn həftədən etibarən paylanacağını bildirdi.
Belə olan halda şəxsiyyəti təsdiq edən sənədi əldə etmək üçün kimə və hansı formada müraciət etməli olduğumuzu öyrənmək istədik.
|
Ukraynanın düşməni yoxdur
|
Ukrayna hökuməti yeni hərbi doktrinanın təsdiqlənməsi haqqında qanun layihəsini qəbul edib. Yeni doktrinaya görə, Ukrayna heç bir dövləti özünün düşməni saymır. Bununla belə, Ukraynanın milli mənafelərinə təhlükə törədən, ardıcıl və düşmən siyasəti yeridən istənilən dövlət Ukraynanın düşməni ola bilər. Doktrinaya görə, Ukrayna xarici dövlətlərdən hərbi yardım ala bilər. Sənəddə göstərilir ki, Ukraynanın dövlət suverenliyinə və ərazi bütövlüyünə qəsd, ölkənin daxili işlərinə başqa dövlətlərin müdaxiləsi, qonşu ölkələrdəki hərbi-siyasi qarışıqlıq və başqa amillər xarici təhlükə sayılır.
|
"Hizbullah"a daha bir zərbə
|
Türkiyə polisi "Hizbullah" terrorçu təşkilatına daha bir sarsıdıcı zərbə vurub. Belə ki, Qaziantəpdə "Hizbullah" təşkilatının hərbi qanadının Qızıltəpə-Mazıdağı-Dərik bölgəsinin rəhbəri və onun beş silahdaşı yaxalanıb. Bu adamlar 9 adam oğurluğu və çoxlu qətl əməlləri törətməkdə şübhəli bilinirlər.
|
Koreya danışıqları düyünə düşür
|
Şimali Koreya bəyan edib ki, Seul ABŞ-ın direktivlərinin təsiri altında qalmaqda davam etsə, Pxenyan Cənubla münasibətlərin yaxşılaşdırılmasına istiqamətlənmiş danışıqlar prosesini yarımçıq qoya bilər. Altı ay davam edən ikitərəfli görüşlər seriyası yarım il bundan əvvəl eyni səbəblər üzündən yarımçıq dayandırılmışdı. Bir neçə gün əvvəl Seul və Pxenyan bu həftənin sonunda danışıqları canlandırmaq haqqında razılıq əldə etmişdilər.
Makedoniya hökuməti NATO-nun bölgədə keçirdiyi "Zəruri biçin" əməliyyatından sonra xarici hərbi müdaxilənin başqa şəkildə davam etdirilməsinə qarşı çıxır. Bu haqda məlumatı ölkənin daxili işlər naziri Lyube Boşkovski verib. Nazir deyib ki, onun ölkəsi yalnız Makedoniya və Kosovo ilə sərhəddə patrul xidmətini həyata keçirəcək kontingentin gətirilməsinə razılıq verə bilər.
|
GUÖAM məkanında azad
iqtisadi zona yaradılır
|
Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, sentyabrın 18-19-da Bakıda GUÖAM-ın milli koordinatorlarının növbəti iclası keçiriləcək.
Azərbaycanı bu tədbirdə xarici işlər nazirinin müavini Araz Əzimov təmsil edəcək. 5 ölkənin ekspertlərinin Bakıda müzakirə edəcəkləri əsas məsələ GUÖAM məkanında azad iqtisadi zonanın yaradılmasıdır. Bu mərhələdə sözügedən ideyanın yaradılmasına tərəflər xüsusi əhəmiyyət verirlər. Onlar hesab edirlər ki, azad iqtisadi zonanın rellaşdırılması təşkilat üzvləri arasında azad ticarət dövriyyəsinin həyata keçirilməsində bütün maneələri aradan qaldıracaq.
Qeyd edək ki, Azərbaycan tərəfi və digər təşkilat üzvləri artıq layihəni öz ölkələrinin hökumətlərinə təqdim ediblər. Bundan başqa, milli koordinatorlar GUÖAM-ın mənzil-qərargahı funksiyasını yerinə yetirəcək informasiya mərkəzinin yaradılması məsələsini müzakirə edəcəklər.
Artıq həmin mərkəzin Ukraynada yerləşməsi ilə bağlı qərar qəbul olunub. Sonda bildirək ki, ilin sonuna kimi GUÖAM-ın bütün tədbirləri Bakıda keçiriləcək.
|
Əbülfəs Qarayev Bişkekə gedib
|
Dünən Qırğızıstan prezidenti Əskər Akayevin təşəbbüsü ilə Bişkekdə beynəlxalq turizm forumu öz işinə başlayıb. Forumun əsas vəzifəsi beynəlxalq turizm bazarının gələcək inkişafının perspektiv yollarının müəyyənləşdirilməsidir. Qeyd edək ki, Azərbaycanı tədbirdə gənclər, idman və turizm naziri Əbülfəs Qarayev təmsil edir.
Forumda iştirak etmək üçün Ümumdünya Ticarət Təşkilatının baş katibi Françesko Franjialli Bişkekə gələcək. Tədbirdə 16 ölkədən 180 nümayəndənin iştirak edəcəyi gözlənilir.
|
Neft-qaz konfransı təxirə salındı
|
Sentyabrın 24-26-da keçirilməsi planlaşdırılan Qara dəniz və Xəzərdə neft-qaz potensialı problemlərinə həsr olunmuş konfrans təxirə salınıb. Azərbaycan neftçi-geoloqlar və Avropa geoloq və mühəndislər assosiasiyasının təşkil etdiyi sözügedən tədbirə hazırlıq tam başa çatdırılmışdı. Lakin ABŞ-da baş vermiş faciəvi hadisələrlə əlaqədar Azərbaycan tərəfi tədbiri başqa vaxta keçirmək barədə qərar qəbul etdi.
|
Rusiyanın təhsil
naziri Bakıya gəlir
|
Təhsil naziri Misir Mərdanovun verdiyi məlumata görə, oktyabrda Bakıda rusiyalı həmkarı Vladimir Filippovu qəbul edəcək. Müzakirələrin əsas mövzularından biri hər iki ölkənin ərazisində fəaliyyət göstərən ali və orta təhsil müəssisələri ilə əlaqədardır.
Bildirək ki, hələ 2001-ci ilin əvvəlində Azərbaycan tərəfi respublika ərazisində bir sıra Rusiya ali məktəblərinin qeyri-qanuni fəaliyyət göstərməsi ilə əlaqədar narazılığını bildirmişdi. Mərdanov qeyd edib ki, artıq həmin məsələ Rusiya hökuməti tərəfindən həll edilib. Nazir onu da deyib ki, səfər zamanı hər iki ölkənin təhsil nazirlikləri arasında əməkdaşlıq müqaviləsi imzalanacaq.
|
QAC Nyu-York faciəsi
qurbanlarını axtaracaq
|
Azərbaycan Qızıl Aypara Cəmiyyətindən (QAC) aldığımız məlumata görə, sentyabrın 11-də Nyu-Yorkda baş vermiş faciəvi terror aktı ilə əlaqədar itkin düşmüş ailə üzvlərini və ya qohumlarını axtaran şəxslər cəmiyyətin axtarış şöbəsinə müraciət edə bilərlər (telefon:93-16-38\97-13-17). QAC-dan onu da bildirdilər ki, faciədən 2 gündən çox vaxt ötməsinə baxmayaraq, hələ ki, adı çəkilən məsələ ilə əlaqədar cəmiyyətin axtarış şöbəsinə heç bir müraciət daxil olmayıb.
"Sönməyən ulduzlar"
assosiasiyası açılışa hazırlaşır
Ulduzların teatr mövsümü
sentyabrın 25-də açılacaq
|
Mədəniyyət Fondunun "Sönməyən ulduzlar" assosiasiyasının teatr mövsümünün açılışı qastrol səfərinə təsadüf edəcək. Sentyabrın 25-də və 26-da Saatlı və Sabirabad rayonlarının mədəniyyət saraylarının səhnəsində C.Cabbarlının "Solğun çiçəklər" əsərini oynayacaqlar. Ötən mövsümün sonlarında ərsəyə gələn bu tamaşa Məmmədkamal Kazımovun rejissor görümündə yozulub. Əsas rollarda Rafiq Kaşanlı, Rəna Məlikova, Raziyyə Şükürova və başqaları iştirak edir. Daha sonra isə yaradıcı heyətin fikri var ki, "Solğun çiçəklər"i paytaxt teatrlarından birinin səhnəsində oynasınlar.
Bu mövsüm Opera və Balet Teatrı səhnəsində yetərincə yeni əsərlər səhnələşdiriləcək.
Əslində, bu əsərlər müxtəlif illərdə Opera və Balet Teatrında öz səhnə ömrünü yaşayıb. Ancaq uzun illər teatrın repertuarında olmadığından, bizlər üçün yenidir. Teatrın baş rejissoru Hafiz Quliyev bildirdi ki, bu mövsüm teatrın balet truppası Tofiq Bakıxanovun "Xəzər balladası" baletini səhnələşdirəcək. Sənətsevərlər Rassininin "Sivilya bərbəri" operasını yenidən səhnədə görmək imkanı qazanacaqlar. Eyni zamanda Ramiz Mustafayevin Azərbaycanın görkəmli şairi Molla Pənah Vaqifə həsr etdiyi "Vaqif" operasına da müraciət etmək fikirləri var. Ən nəhayət, Vasif Adıgözəlovun "Natəvan" operası plandadır. Teatr bu ilin planına sözügedən əsərləri daxil etsə də, rol bölgüsünü, eyni zamanda, rejissorları hələ tam dəqiqləşdirməyib.
Müəlliflərimizin
hüquqları qorunacaq
Ölkələrarası müqavilələr
belə düşünməyə əsas verir
|
Bu günlərdə Vahid Əziz və Nüsrət Kəsəmənli müəllif hüquqları pozulduğuna görə, Respublika Müəllif Hüquqları Agentliyinə müraciət ediblər. Bu haqda bizə məlumat verən sədr müavini Natiq İsayev bildirdi ki, onların müraciəti araşdırılıb. Güman ki, qarşı tərəf haqqında ciddi ölçü götürülməsi və onların hüquqlarının təmin olunması üçün bu iş məhkəmə orqanlarına təhvil veriləcək.
N.İsayev bildirdi ki, agentlik Rusiyanın müvafiq orqanı ilə əməkdaşlığa dair müqavilə imzalayıb. Belorus və Ukrayna ilə də belə ikitərəfli öhdəliklərin götürülməsinə dair müqavilə bağlanması gündəlikdədir. Bu siyahıda Türkiyə də var. Natiq İsayevin sözlərinə görə, Türkiyənin müvafiq təşkilatı ilə artıq razılıq da əldə olunub. Bir sözlə, yaxın zamanlardan etibarən, qonşu ölkədə Azərbaycan xalq mahnılarının, o cümlədən, bəstəkar mahnılarının "anonim" adla ifa edilməsinin qarşısı alınacaq.
|