Əqrəb [24oktyabr - 22
noyabr]
Səhvlərinizi və günahlarınızı bilib tövbə etməyiniz məsləhətdir. Əgər hər hansı işdə özünüzü bais bilirsinizsə, üzrxahlıq etməyi də bacarın. Köhnə tanışlara qarşı münasibətləri dəyişsəniz yaxşıdır, reallığı görün. Gözüaçıq olsanız, gününüzü rahat keçirərsiniz.
Oxatan [23 noyabr - 21
dekabr]
İnsanlara qarşı səmimiyyət və təmənnasız münasibətləriniz, sizə əlavə gəlir yeri tapmaqda kömək edəcək. Ola bilsin, gəlirləri bir az gec görəsiniz, münasibətlərdən bəhrələnməyiniz göz qarşısında olacaq. Ünsiyyətləri bərpa edin.
Oğlaq [22 dekabr - 20
yanvar]
Yüngül həzz dalınca qaçmayın ki, ağır vəziyyətə düşməyəsiniz. İnsanlarla münasibətdə hisslərinizi gizlətməyiniz məsləhətdir. Bəyənmədiyiniz cəhəti elə deyin ki, onu bir daha təkrar etməsinlər. Təsadüfi tanışlığa getməyin.
Dolça [21 yanvar - 20
fevral]
İstəklinizlə münasibətləriniz rahat axardadır. Bir-birinizdən razı qalacaqsınız. Ola bilsin ki, xoşagəlməz xəbər eşidəsiniz və bu da sizin planlarınızı dəyişsin. Səhvlər etməmək üçün düşünülməmiş qərarlar qəbul etməyin. Böyüklərin məsləhətlərini dinləyin.
Balıqlar [21 fevral - 20
mart]
Nəzərdə tutduqlarınızın hamısını həyata keçirəndən sonra da özünüzdən narazı qalacaqsınız. Keyfiyyətin aşağı olmasına görə nəticələr gözünüzdən düşəcək, bu da əsəbi ovqatınızı artırıb səhhətinizə mənfi təsir buraxcaq. Əvvəlki səhvlərinizi təkrarlamayın. Özünüzü günahkar sayırsınızsa, üzrxahlıq etməyə utanmayın. ÿÿ
| | | | |