|
|
|
|
#108(332)
|
 |
Çempion vitse-çempionun qonağıdır
|
Futbol üzrə XI ölkə çempionatının güclülər dəstəçində bu gün və sabah növbəti turun oyunları keçiriləcəkdir.
Cari mövsümdə yüksək liqanın 18 matçının 7-də meydan sahibləri, 9-da isə qonaqlar qalib gəliblər, 2 görüş heç-heçə başa çatıb. Qapılardan keçirilən 48 topun balansında bərabərlikdir - 24:24. Qarşılaşmaların 6-sı 1:0 hesabı ilə nəticələnib. Ümumiyyətlə, indiyədək 10 müxtəlif hesab qeydə alınıb. Hesabat turunun görüşləri, matçların keçiriləcəyi məkan və onları idarə edəcək referilər barədə məlumatlarla tanış olun.
15 sentyabr
"Dinamo/Bakılı" - MOİK. Tofiq Bəhramov adına respublika stadionu. Hakim: Eldar Kərimov;
"Qarabağ/Azərsun" - "Şəfa". Sumqayıt, Mehdi Hüseynzadə adına şəhər stadionu. Hakim: Munis Abdullayev;
"Kəpəz" - "Araz". Gəncə şəhər stadionu. Hakim: Eldar Nağıbəyov.
16 sentyabr
"Turan" - "Şahdağ". Tovuz şəhər stadionu. Hakim: Zöhrab Qədiyev;
"Neftçi" - "Şəmkir". Bakıxanov qəsəbəsindəki İsmət Qayıbov adına stadion. Hakim: Məhəmməd Məmmədov;
"Ümid" - "Xəzər Universiteti". Suraxanı qəsəbəsindəki Tofiq İsmayılov adına stadion. Hakim: Xaqani Məmmədov.
QEYD: matçlar saat 17.00-da başlanır.
Bu il futzal üzrə ölkə çempionatının güclülər dəstəsi, həvəskarlar liqası, həmçinin kubok yarışları Azərbaycan Futzal Federasiyası və respublika Gənclər İttifaqının birgə təşkilatçılığı, "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun sponsorluğu ilə keçiriləcəkdir.
"Lider" TV futzal yarışlarının eksklüziv yayım hüququnu əldə edib. Xatırladırıq ki, bir az əvvəl futbol üzrə XI Azərbaycan çempionatının, "pley-off" da daxil olmaqla, yayım hüququnu da bu telekanal almışdı.
Beləliklə, adı ilə fəaliyyətinin həmahəngliyi gün-gündən yeni çalarlar alan
"Lider" TV bu yöndə növbəti addım atdı. Yeri gəlmişkən, futzal çempionatının oyunları Bakı İdman Sarayında təşkil ediləcək.
İdmanın liderini "Lider" TV-də izləməkdə davam edin!
"Şaùhmat tacı"nın gələcək sahibi
İndi Teymuru şahmat aləmində belə çağırırlar
|
Buenos-Ayresdə keçirilən ənənəvi "XII Naydorf Memorial" superturnir başa çatdı. Qadınlar arasında dünya çempionu Yudit Polqarla heç-heçə oynayan 14 yaşlı Teymur Rəcəbov son turda liderliyi əldən versə də, Viktor Korçnoyla 2-3-cü yerləri bölüşdürüb.
Eks dünya çempionu A.Karpov, şahmat tacına dəfələrlə iddia etmiş V.Korçnoy, N.Şort, dünya çempionları Y.Polqar, S.Tszyun, Cənubi Amerikanın ən güclü şahmatçıları J.Miloş, P.Rikardi, R. Felqayer, E. Mekinq kimi nəhənglərlə mübarizədə inamla oynaması həmyerlimiz üçün çox böyük nailiyyətdir. Sonuncu turda Pablo Rikardi üzərində qələbə qazanan 12-ci dünya çempionu A. Karpov turnirin qalibi olub. Xatırladırıq ki, həlledici tur ərəfəsində Teymur, Karpov və Korçnoyla eyni xala malik idi.
Dünya çempionu Se Tszyunla ilk turdakı heç-heçədən sonrakı görüşlərdə "meydan sahibləri" Pablo Rikardi və Jilberto Miloş üzərində parlaq qələbə qazanan Teymur liderliyi ələ aldı. 4 və 5-ci turlarda N. Şort, R. Felqayerlə heç-heçə oynayan gənc qrossmeyster növbəti rəqibi Henriki Mekinqə qalib gəldi. Fəqət, T. Rəcəbovu qarşıdakı turlarda daha çətin oyunlar gözləyirdi. Ancaq o, adlı-sanlı V.Korçnoyla, eks-dünya çempionu A.Karpov və Y.Polqarla heç-heçə oynayaraq, turniri məğlubiyyətə uğramadan bitirdi. Liderliyi son anda itirməsinə baxmayaraq, Teymurun çıxışı Azərbaycan şahmatının növbəti böyük qələbəsi kimi dəyərləndirilə bilər.
"www.clubkasrarov.com" internet saytı 14 yaşlı Azərbaycan qrossmeysteri Teymur Rəcəbov haqqında material dərc edib. Maraqlı nüanslar, ekspert rəyləri olduğunu nəzərə alaraq yazını qismən ixtisarla təqdim edirik:
"Teymur Rəcəbov 12 mart 1987-ci ildə Bakıda anadan olub. 1998-ci ildə "Kasparov Kuboku"nun qalibi, 2001-ci ildə isə Veyk-an-Zii turnirinin gümüş mükafatçısı olub. 2001-ci ildən beynəlxalq qrossmeysterdir. 2001-ci ilin 1 sentyabrına olan peşəkar reytinqi - 2513; 2001-ci ilin 1 iyuluna olan FİDE reytinqi - 2558-dir.
İndi əksəriyyət bu fikirdədir ki, Teymur Rəcəbov gələcəyin dünya çempionudur! Şahmat elitasından hələ heç kim bu yaşda bakılı oğlanın göstərdiyi parlaq nəticələrə nail ola bilməyib. Cəmi 14 yaşı olsa da, artıq bir neçə ildir, yeni Bakı dahisinin şöhrəti bütün dünyaya yayılmaqdadır. Özü də bu ad-san heç nədən yaranmayıb. Bakı əsl çempionlar şəhəridir.
Yaşıdları ilə şahmat oynamasa da, Teymur arada vaxt tapıb gənclər arasında Avropa çempionluğuna yüksələ bilib. O, bir qayda olaraq böyüklərlə mübarizə aparmağı xoşlayır - bu yaş üçün görünməmiş amansızlıq və oyun üslubunun "düzgünlüyü" də həmin amildən irəli gəlir. T.Rəcəbov son dərəcə həris şahmatçı təsiri bağışlayır. O oynayarkən "böyük-kiçik" bilmir. "Qatil" ləqəbi gənc qəhrəmanımızın şahmat stilinə daha çox uyğundur: Teymur ildırım kimi sürətlidir, səhvləri bağışlamır, bizim ekspert Şipov demişkən, gözəl "şpiler"dir. Teymur indi debütdə xeyli güclüdür və bu üstünlük onu daha təhlükəli rəqibə çevirib. T.Rəcəbov kimi oyunçularla şahmatın gələcəyi parlaqdır!"
|