İş günü
|
1980-ci illərin ortalarından bu vaxta qədər
erməni terrorizmi öz inkişafında 2 təşkilati mərhələ keçib
|
|
Sənət
|
Kasetdən, konsertdən və özündən...
|
|
| Xəbərlər |
Qarabağ ermənilərinin
Sidneydə nümayəndəliyi yoxdur
Avstraliyanın Sidney şəhərində Dağlıq Qarabağ separatçılarının daimi nümayəndəlik açması barədə xəbərlər həqiqətə uyğun deyil.
Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat mərkəzinin yaydığı məlumatda bildirilir ki, qeyd olunan məsələ ilə bağlı Azərbaycanın Ankaradakı səfirliyinə müvafiq təlimatlar verilib. Avstraliyanın Ankaradakı səfiri C.Filiplə görüş zamanı aydın olub ki, qondarma qurumun Sidney şəhərində heç bir nümayəndəliyi fəaliyyət göstərmir.
Eyni zamanda C.Filipp ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü, bütün ərazilərin, o cümlədən Dağlıq Qarabağ üzərində suveren hüquqlarını tanıdığını və qondarma "DQR" ilə heç bir əlaqələrə malik olmadığını bildirib.
|
Milli musiqimizin veb saytı təqdim ediləcək
Sentyabrın 17-də Kapelhauzda "Azərbaycanda diskoqrafiya tarixi"nə dair İnternetdə açılmış veb saytın təqdimatı olacaq.
Bu sayt Azərbaycan musiqiçilərinin 1900-1940-cı illər arasında yazılmış vallarını əhatə edir. Səsləri sayta həkk edilmiş sənətkarlar arasında Keçəçi Məmməd, Cabbar Qaryağdıoğlu, Şəkili Ələsgər kimi milli musiqi sənətimizin qızıl fonduna daxil olan xanəndələrimiz var. Bu xanəndələrin hər birinin səsi saytda 30 saniyə həcmində səsləndirilir. Qeyd edək ki, sayta 50-yə qədər belə musiqi parçaları daxil edilib. Təqdimat mərasimində milli musiqi sənətimizi bu gün yaşadan simalar, o cümlədən, xalq mahnılarımızın, muğam və təsniflərimizin gözəl ifaçısı Arif Babayev, Şəfiqə Eyvazova da iştirak edəcəklər.
|
 |
|
Ana səhifə |
Xəbərlər xətti |
Xəbər |
Şərh |
Siyasət |
Firqələrdə |
İş günü |
Kriminal |
Sənət |
İdman
Ulduz falı
|
 |
| |
|