Kriminal

Ana səhifə
Xəbərlər xətti
Xəbər
Şərh
Siyasət
Firqələrdə
İş günü
Kriminal
Sənət
İdman
Ulduz falı
 
Internet resurslarInIn kataloqu
FREE SOFT MERKEZI
  
#108(332)
Azyaşlı oğlunun gözləri qarşısında qətlə yetirilib...

Bayıl istintaq təcridxanasında vətənə xəyanətdə və serial qətllər törətməkdə ittiham olunan Əliyusif Tahirovun və digər 5 nəfərin mühakiməsi davam edir. Dünən Abdulazal Azakovun qətli ilə bağlı məhkəmə araşdırması aparıldı. Ə.Tahirov həmin qətlin sifarişçisi ilə bağlı ibtidai istintaqda verdiyi ifadələri gah təsdiq, gah da inkar etdi. Müttəhimin həmin ifadəsi elan edildi.
Məlum oldu ki, A.Azakovun öldürülməsini Rövşən Cavadova Su Polisinin sabiq rəisi Dəmir Gözəlov sifariş verib. Belə ki, hər ay D.Gözəlova balıqçılar haqq verirmiş. A.Azakov buna mane olduğundan D.Gözəlov onu tənbeh etmək fikrinə düşüb. O, R.Cavadovla görüşüb və sonuncu A.Azakovu aradan götürməyi Əliyusifə tapşırıb. Qeyd edək ki, Ə.Tahirov mərhumu yaşadığı binanın yaxınlığında, azyaşlı oğlunun gözləri qarşısında qətlə yetirib. Onu da qeyd edək ki, istintaq materiallarında bir çox cinayətlərin törədilməsində yüksək vəzifəli şəxslərin adları çəkilir. Onlar barədə isə ittiham aktında hər hansı bir tədbir görülməsi öz əksini tapmayıb. İbtidai istintaqda həmin şəxslər barədə ətraflı izahatlar verən Ə.Tahirov məhkəmədə "heç olmasa, mənə "peredaça" gətirsinlər" söylədi. Dövlət ittihamçısının vəsatətiylə 4 nəfər həmin dövlət məmurları əlavə şahid qismində məhkəmədə dindiriləcəklər. Dünən Ə.Tahirovla birlikdə müttəhimlər kürsüsündə əyləşmiş xalası oğlu A.Cəfərovun həyat yoldaşı M.Cəfərova İnsan Hüquqları Resurs mərkəzində mətbuat nümayəndələri ilə görüşüb. O, təəccüblü də olsa, axtarışda ola-ola düz 6 il Zığ qəsəbəsində gizlənən Ə.Tahirovun ələ keçməsində ərinin heç bir günahı olmadığı bildirdi. Qadının sözlərinə görə, Əliyusif xalası oğlunu onun yerini polislərə xəbər verməkdə günahlandırır. Buna görə də qərəzçilik edərək, bəzi cinayət epizodlarında qəsdən A.Cəfərovun adını çəkir.

Dələduz qadın

Bakı şəhər sakini Gülnarə Kazımova dələduzluq etdiyinə görə məhkəməyə verilib. Proses Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə, hakim Sədrəddin Hacıyevin sədrliyi ilə aparılır.
İttihamnaməyə əsasən, G.Kazımova bu ilin iyun ayında "Gənclik" metrosunun yaxınlığında yerləşən ev bazarında kirayə mənzil axtaran Südabə Baxışova ilə tanış olub. G.Kazımova S.Baxışovaya "İnşaatçılar" metrosunun yaxınlığında kirayəyə mənzil verə biləcəyini deyib.
O, "qurban"nını dolanbac yollarla Yeni Yasamal qəsəbəsi Bəsti Bağırova küçəsindəki "5-B" saylı mənzilə gətirib. G.Kazımova S.Baxışovaya 3-cü mərtəbədəki iki otaqlı mənzili göstərərək kirayə haqqı kimi 250 min manat pul alacağını bildirib. Südabə ona qohumları ilə məsləhətləşmək üçün vaxt verməsini xahiş edib. Südabə və onun qohumları evlə tanış olduqdan sonrra deyilən məbləği ödəyiblər. Sonra Gülnarə evin açarlarını Südabəyə verərək çıxıb gedib.
Səhəri gün əşyalarını mənzilə gətirən Südabə, qapını açmaq istəyərkən qıfılın dəyişdirildiyini görüb. Mənzildən eşiyə çıxan ev yiyəsi ondan nə istədiyini soruşub. Südabə evi Gülnarə adlı qadından kirayə götürdüyünü bildirib. Həmin şəxs isə mənzildə elə adamın yaşamadığını ərz edib.
Aldadıldığını görən Südabə polisə müraciət edir. Çox keçmir ki, təsadüfən özünün "Azadlıq" prospektində çalışdığı parfümeriya mağazasında Gülnarə ilə qarşılaşır. Gülnarə qaçmağa cəhd göstərir. Lakin Südabə ona bu addımı atmağa imkan verməyərək Gülnarəni polis bölməsinə təslim edir.
Araşdırma zamanı aydın olub ki, G.Kazımova əvvəllər də bir neçə nəfəri aldadaraq xeyli qazanc əldə edib.

Copyright©by Media LTD,2001

©WEB Design Group Media Ltd