|
|
|
|
#109(333)
|
 |
Bakı terrorçuların tutulmasına yardım edəcək
Prezident Heydər Əliyev ABŞ-dakı terrorun
təşkilatçılarının axtarışı ilə bağlı Azərbaycan
tərəfindən də bütün tədbirlərin görüləcəyini bildirdi
|
Birləşmiş Ştatlar dəhşətli aksiyanı törədənləri tezliklə müəyyənləşdirib ələ keçirmək üçün geniş fəaliyyətə başlayıb. Bu xüsusda ABŞ-ın müvafiq təhqiqat şəbəkəsi nə qədər imkanlı olsa da, Vaşinqton beynəlxalq səylərə ehtiyac duyur. Amerika rəhbərliyi kömək üçün bir sıra dövlətlərlə yanaşı, Azərbaycana da müraciət edib. Terrorun səhərisi prezident Heydər Əliyevlə görüşən ABŞ-ın Bakı böyükelçisi Ross Uilson ölkəsinin bu xahişini ona çatdırmışdı. Öz növbəsində Azərbaycan rəhbəri Amerikadakı olaylarla bağlı bəyanatında terrora qarşı birgə mübarizənin vacibliyini önə çəkərək hər cür səylərə hazır olduğunu bildirmişdi.
Bakıda səfərdə olan AŞPA sədri lord Rassel Conston da dünən prezidentlə görüşdə bu məsələyə toxundu. AŞPA rəhbərinin "Bu hadisələrin ölkənizə təsiri necə ola bilər və siz nə etmək fikrindəsiniz?" sualına cavabında Heydər Əliyev Azərbaycanın mövqeyini dəqiqləşdirdi. ABŞ-dakı terror olaylarını insanlıqdan tamamilə uzaq qüvvələrin həyata keçirdiyini qeyd edən prezident Azərbaycanın beynəlxalq mübarizədə iştiraka hazır olduğunu bir daha vurğuladı. "Biz Amerikada baş verənləri daha yaxşı anlayırıq, çünki özümüz terrordan çox əziyyət çəkmişik" deyən prezident 1988-ci ildən Ermənistanın Azərbaycana qarşı təcavüzünün məhz terrorla müşayiət olunduğunu AŞPA sədrinin diqqətinə çatdırdı. Prezident onu da xatırlatdı ki, 1990-cı ilin yanvarında sovet ordusunun Azərbaycana təcavüzü də əslində dəhşətli terror aktı idi.
Birləşmiş Ştatlar dəhşətli aksiyanı törədənləri tezliklə müəyyənləşdirib ələ keçirmək üçün geniş fəaliyyətə başlayıb. Bu xüsusda ABŞ-ın müvafiq təhqiqat şəbəkəsi nə qədər imkanlı olsa da, Vaşinqton beynəlxalq səylərə ehtiyac duyur. Amerika rəhbərliyi kömək üçün bir sıra dövlətlərlə yanaşı, Azərbaycana da müraciət edib. Terrorun səhərisi prezident Heydər Əliyevlə görüşən ABŞ-ın Bakı böyükelçisi Ross Uilson ölkəsinin bu xahişini ona çatdırıb. Öz növbəsində Azərbaycan rəhbəri Amerikadakı olaylarla bağlı bəyanatında terrora qarşı birgə mübarizənin vacibliyini önə çəkərək hər cür səylərə hazır olduğunu bildirmişdi.
Bakıda səfərdə olan AŞPA sədri lord Rassel Conston da dünən prezidentlə görüşdə bu məsələyə toxundu. AŞPA rəhbərinin "Bu hadisələrin ölkənizə təsiri necə ola bilər və siz nə etmək fikrindəsiniz?" sualına cavabında Heydər Əliyev Azərbaycanın mövqeyini dəqiqləşdirdi. ABŞ-dakı terror olaylarını insanlıqdan tamamilə uzaq qüvvələrin həyata keçirdiyini qeyd edən prezident Azərbaycanın da beynəlxalq mübarizədə iştiraka hazır olduğunu bir daha vurğuladı. "Biz Amerikada baş verənləri daha yaxşı anlayırıq, çünki özümüz terrordan çox əziyyət çəkmişik" deyən prezident 1988-ci ildən Ermənistanın Azərbaycana qarşı təcavüzünün məhz terrorla müşayiət olunduğunu AŞPA sədrinin diqqətinə çatdırdı. Prezident onu da xatırlatdı ki, 1990-cı ilin yanvarında sovet ordusunun Azərbaycana təcavüzü də əslində dəhşətli terror aktı idi. Prezident qonağın yadına onu da saldı ki, onun ölkəsi Britaniya da ekstremist "İrlandiya Respublika Ordusu"nun terror hərəkətlərindən əziyyət çəkir. "Odur ki, biz Amerikadakı terrorun təhqiq olunması, günahkarların tapılmasında hər cür köməyə hazırıq" - deyə prezident bildirdi. Prezident qeyd etdi ki, bu məqsədlə Azərbaycan ərazisində də istənilən axtarış tədbirlərinin keçirilməsinə şərait yaradılacaq: "Əgər haradasa, kimisə yoxlamaq lazımdırsa, bütün bunlar həyata keçiriləcək". Prezidentin sözlərinə görə, ölkə daxilində istənilən yoxlama-axtarış tədbirlərinə imkanlar var və əgər bu baş verəcəksə bunu zəruri addım hesab etmək lazımdır. Bu məqamla Rassel Conston da razılaşdı və bildirdi ki, bütün dünyada belə yoxlama tədbirləri insanların müəyyən narazılığını doğursa da, təbii qəbul edilir.
Bununla belə, Azərbaycana tamam başqa missiya (ölkəmizin AŞ öhdəliklərinə necə əməl etməsini öyrənmək üçün) ilə gələn AŞPA sədrinin bu məsələyə maraq göstərməsi diqqət çəkir. Xatırladaq ki, beynəlxalq terrorizmin, o cümlədən "1 nömrəli terrorçu" Bin Ladenin "izi" ilə bağlı Qərbdə aparılan təhqiqatlarda bu və ya digər dərəcədə Azərbaycanın da adı hallanır. Son terror olaylarından sonra ABŞ Konqresinin açıqladığı xüsusi hesabatda da Bin Ladenin adamlarının ola biləcəyi mümkün ölkələr (onların sayı 34-dür) arasında Azərbaycanın adı qeyd olunmuşdu. Lakin bu o demək deyil ki, Azərbaycan beynəlxalq müstəvidə beynəlxalq terrorla əlaqəsi olan ekstremist elementlərin münbit şərait tapdığı ölkə kimi tanınmağa başlayır. Əksinə, Azərbaycan dövləti sözügedən elementlərin aşkarlanıb ifşa olunması istiqamətində ardıcıl tədbirlər görür. Onun nəticələri mütəmadi olaraq ictimaiyyətə (son olaraq "Hizbut-Təhrir" qruplaşması ilə bağlı MTN-in açıqlaması yayılıb) elan edilir. Digər tərəfdən, Azərbaycanın hüquq-mühafizə orqanları bu istiqamətdə digər ölkələrin analoji qurumları, o cümlədən ABŞ-ın Federal Təhqiqat Bürosu ilə sıx əməkdaşlıq edir. Odur ki, son terrorla bağlı Bakının Amerikanın təhqiqat xidməti ilə əməkdaşlığa hazırlığını bəyan etməsi tamamilə təbii sayılmalıdır. Rassel Constonun bu məqama marağınını da fərdi təşəbbüs kimi deyil, Avropanın ən iri təşkilatının diqqəti kimi qəbul etmək gərəkdir.
AŞPA sədrinin prezidentlə görüşündən bir cəhəti də vurğulamaq vacibdir. Azərbaycan prezidenti ABŞ-ın NATO-dakı həmkarları ilə birlikdə beynəlxalq terrora qarşı müharibə elan etməsini təbii sayaraq bu tədbirlərin görülməsinə əsas olduğunu bildirir. Lakin əməliyyatların ayrı-ayrı dövlətlərə və xaqlara qarşı müharibəyə çevirimləsi yolverilməzdir. AŞPA sədri də bu məqamla razılaşaraq terrora qarşı daha böyük terrorla cavab verməyin perspektivsiz olduğunu vurğuladı.
Beləliklə, Azərbaycan ABŞ başda olmaqla Qərbin beynəlxalq terrora qarşı elan etdiyi müharibəyə qoşulmaq niyyətindədir. Lakin bu iştirak informasiya mübadiləsi və birgə cinayət axtarış əməliyyatları ilə məhdudlaşacaq. Azərbaycan öz ərazisinin konkret hərbi əməliyyatlar üçün istifadəsinə razı ola bilməz.
Əfqan tələsi
ABŞ Əfqanıstanda ləngiyə bilər
|
"New-Üork Post" qəzeti ABŞ və Rusiyanın ali diplomatik dairələrinə istinad edərək belə bir fərziyyə irəli sürüb ki, Vaşinqton Orta Asiyada yerləşən Rusiya aviabazalarından istifadə etmək icazəsinə nail olmaq üçün Moskva ilə danışıqlar aparır. Materialın dərc edilməsi Əfqanıstana cavab zərbələrinin endirilməsi məsələsində ABŞ-Rusiya müttəfiqliyi haqda dolaşan mülahizələrə yeni ruh verib. Hələlik təsdiqlənməmiş xəbərlərə görə, Pentaqon Tacikistandakı Rusiya bazasından, habelə hazırda antitaliban koalisiyasının nəzarəti altında olan Bəhram aviabazasından yararlanmaq niyyətindədir.
Bu arada ABŞ dövlət katibinin birinci müavini Riçard Armiteycin sentyabrın 19-da Moskvaya gələcəyi ilə bağlı xəbərlər Kremldə təsdiqini tapıb. Amerikalılar təsdiq edirlər ki, Pentaqon Talibanın əzişdirilməsində Rusiyanın səy göstərməsini istəyir. R.Armiteyc Ağ Evdə rusiyalı diplomatlarla yaxın münasibətləri qorumuş azsaylı siyasətçilərdən sayılır. Əfqanıstan məsələsində Rusiya dairələri ilə ABŞ xarici diplomatiyası arasında az-çox ortaq baxışların böyük bir hissəsi bu siyasətçinin üzərinə düşür və onun bölgəyə ezam edilməsi yuxarıdakı xəbərlərin təsdiqi kimi qəbul edilə bilər.
Bəs Rusiya ABŞ-la müttəfiq kimi çıxış etməyə nə dərəcədə hazırdır? Şəksiz, Əfqanıstandakı mövcud rejim Moskvanın Orta Asiyadakı mövqelərinə ciddi təhlükə doğurur (Çeçenistan məsələsi də öz yerində). Amma bu heç də o demək deyil ki, Moskva Vaşinqtonla eyni səngərdə vuruşacaq. Qətiyyən! Bunu Rusiya prezidentinin xarici siyasət idarəsi məsullarının son çıxışları da təsdiqləyir. Bircə Putinin məlum terror aktları və onlara cavab metodları haqqında Ermənistan paytaxtında dediklərinə diqqət yetirmək kifayətdir. Putinin sözləri son dərəcə tikanlı görünür: "Dünyada vəziyyət ABŞ-dakı terrordan sonra yox, bundan xeyli əvvəl dəyişmişdi". Rusiya prezidenti daha sonra bir zamanlar Moskvaya tuşlanmış sözləri işə salıb: "Zorakılıq cəzalandırılmalıdır, amma biz özümüzü quldurlar kimi aparmamalıyıq". Şəksiz, Putin bu sözləri ilə Çeçenistan məsələsində onu dəstəkləməyən Vaşinqtona minnət vurmaq, "hə, indi necəsən?" kinayəsini çatdırmaq istəyir.
Rusiya mümkün qədər az qüvvə itirməklə cənub təhlükəsindən xilas olmağa çalışır. Moskva bu sahədə ABŞ-ın son qəsdlərini yaxşı fürsət saysa da, yeri gəldikcə, müdaxilənin təhlükəli ola biləcəyi haqqında "xəbərdarlıq etməyi" də unutmur. Amma hamıya bəllidir ki, Rusiya ABŞ-ın "Əfqan tələsi"nə düşəcəyinə görə narahat deyil.
ABŞ isə bütün gücü ilə Əfqanıstana giriş axtarır. Hələlik bu işə Hindistan və Pakistan ilkin razılıq verib. Amma məncə, əsas məsələ bu ölkəyə müdaxilədən sonra çıxışı tapmaqdır.
|
Putin erməniləri bağrına basdı
|
Okeanın o tayında dəhşətli terror aktının tüstüsü sönməyə macal tapmamış, prezident Vladimir Putinin Ermənistan turnesi "soyqırım" qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyulması və fəxri qonaqlar xiyabanında rəmzi ağacın əkilməsi ilə başa çatdı. Hər halda Kreml sahibinin ifadəsi ilə desək, dünyada gərgin vəziyyətin hökm sürməsinə baxmayaraq, Rusiya dövlət başçısının Ermənistana səfəri təxirə salınmadı.
Xəbər verdiyimiz kimi, strateji tərəfdaşların ilk görüşü R.Köçəryanın Göyçə gölündəki iqamətgahında "qalstuksuz" şəraitdə keçib. Prezidentlərin masasını iki dövlətin bayrağı əvəzinə, məşhur erməni konyakı bəzəyib. Beş ulduzlu konyakın keyfiyyətindən məmnun qalan Vladimir Vladimiroviç Robert Sərdaroviçin nəzərinə çatdırıb ki, Qarabağ düyününün açılması ilk növbədə Ermənistan və Azərbaycan prezidentlərinin iradəsindən asılıdır. O ki qaldı Rusiyanın mövqeyinə, rəsmi Moskva münaqişə iştirakçılarının hansı kompromisi məqbul hesab edirlərsə, onu da dəstəkləməyə hazırdır. Rusiya həmin güzəşt formulunun qarantı kimi çıxış etmək üçün istənilən beynəlxalq sazişə imza atmaq haqda dəfələrlə açıqlama verib.
Köçəryan-Putin danışıqlarından sonra həmkarlar birgə keçirdikləri mətbuat konfransında bəyan ediblər ki, Yerevan və Moskva bölgədəki mövcud balansın saxlanmasına tərəfdardır. Prezident Putinin sözlərinə görə, Cənubi Qafqazdakı regional inteqrasiyanın əsas sütunu olan "Qafqaz dördlüyü"nün coğrafiyasını genişləndirmək lazımdır. Mətbuat konfransında MDB-nin kollektiv təhlükəsizlik haqqında sazişinin icra mexanizminə də toxunulub. Tərəfdaşların fikrincə, MDB məkanının təhlükəsizliyinə ilk növbədə təşkilata daxil olan ölkələrin özü təminat verməlidir. Putinin dediklərindən: "Bizim yüksələn xətt üzrə inkişaf edən əməkdaşlığımız bütün postsovet məkanı üçün nümunə olmalıdır". Rusiyanın müdafiə naziri Sergey İvanovun bəyanatı isə günün kəlamına çevrilib desək, yəqin ki, yanılmarıq: "Biz özümüzü antik sivilizasiyanın beşiyi sayılan Ermənistanda Rusiyadakı kimi hiss edirik. Yəqin ki, oxşar hissləri ermənilər də keçirir".
Yeri gəlmişkən, hərbi əməkdaşlığın nəticəsi olaraq tərəflər Ermənistan-Rusiya hərbi kontingentinin yaradılması barədə ilkin razılıq əldə ediblər. Hərbi desantın hansı funksiya daşıyacağı barədə heç bir məlumat verilmir. "Azadlıq" radiostansiyasının tərəflərin hərbi əməkdaşlığa qoyduqları maliyyə vəsaitləri bərabər bölünəcəkmi" sualını S.İvanov belə cavablandırıb: "Bilirsiniz, təhlükəsizliyi nə rublla, nə dollarla, nə də ki, digər valyuta ilə ölçmək olmaz. Misal üçün, erməni kursantlarının Rusiyanın hərbi məktəblərində treninq keçməsi üçün 50 milyon dollar xərclənir".
Səfər çərçivəsində Rusiya və Ermənistan arasında iqtisadi əməkdaşlığın (2010-cu ilə qədər) müxtəlif sahələrini əhatə edən 7 saziş imzalanıb. Həmin sənədin imzalanmasını danışıqların əsas yekunu hesab etmək olar. Yaxın zamanlarda Ermənistan iqtisadiyyatının aparıcı sferalarında birgə müəssisələr yaradılacaq. Putin erməni deputatları qarşısında çıxış edərkən deputatları prezident sarayında imzalanan tarixi əhəmiyyətli sazişləri ratifikasiya etməyə çağırıb. Paralel olaraq o, Dağlıq Qarabağ probleminin ədalətli həlli üçün Ermənistan və Azərbaycan parlamentarlarının dialoqunun tezliklə keçirilməsini işin xeyrinə ola biləcəyini önə çəkib.
Səfərin yekunu olaraq Ermənistan və Rusiya prezidentləri birgə kommünike imzalayıblar. Kommünikedə beynəlxalq terrorizmə qarşı dünya ictimaiyyətinin səylərini birləşdirilməsinə çağırılır. Dağlıq Qarabağ məsələsinin sülh danışıqları vasitəsilə çözülməsi prioriteti də sənəddə öz əksini tapıb.
|