|
|
|
|
#109(333)
|
 |
Azərbaycan Milli Konqres Partiyasının sədri İxtiyar Şirinovun fikrincə 1988-ci ildən bu günə qədər milli mənafelərin əsas prinsipial məsələlərində birgə mövqedən çıxış etmək təcrübəsi siyasi partiyalarda yoxdur.
Partiyanın ikinci qurultaya hazırlaşdığını söyləyən İxtiyar Şirinov artıq konfranslara başladıqlarını bildirdi. Qurultayınsa, bu ilin axırına qədər keçirilməsi nəzərdə tutulur. "Qurultayı keçirmək üçün yer problemimiz olmasa, bu yaxınlarda baş tuta bilər. Qurultayı keçirmək üçün haranı təklif edəcəklərinin bizim üçün fərqi yoxdur. Biz qurultayımızı hər yerdə keçirə bilərik. Respublika sarayı olsa, daha yaxşı olar."
|
... bir də adlarından danışsalar
|
Mərhum Zakir Məmmədovun yaratdığı Azərbaycan Liberal Demokrat Partiyasının taleyi deyəsən həll olundu. Belə ki, Ədliyyə Nazirliyi tərəfindən tanınan ALDP sentyabrın 15-də R.Behbudov adına mahnı teatrında özünün birinci qurultayını keçirdi. Qurultay sədr, Rəyasət Heyəti və MNTK-nı müəyyənləşdirdi. Fuad Əliyev partiyanın sədri, Tərlan Əliyev MNTK-nın sədri və 15 nəfərdən ibarət Rəyasət Heyəti seçildi. Qurultay həmçinin partiyanın bu bloklara qoşulub-qoşulmamaq məsələsini də müəyyənləşdirdi. Bu vacib sayılsa da, məsələni Rəyasət Heyətinin həll edəcəyi qərara alındı. Qurultayda VHP, AVP, İslam, AMİP, ADP, DSP, VBP-dən nümayəndələr iştirak edirdi.
Alternativ ALDP ilə bağlı "Bizim ƏSR"in sualına cavab verən F.Əliyev bildirdi ki, əgər onlar bir daha bizim adımızdan istifadə etsələr məhkəməyə müraciət edəcəyik.
Müsavatyönlü demokratik konqresdə kiçiklərin "qiyam"ı hələ də yatırılmayıb. İdarə heyətində təmsil olunmaq istəyən və buna mane olanların bir araya gətirilməsi məsələsi iclasdan-iclasa salındığına görə, vəziyyət kəskin şəkil alıb. Belə ki, bu aldığımız məlumata görə Azadlıq Partiyasının sədri Əhməd Oruc şərt qoyub ki, ya demokratik konqresin idarə heyətində o qalacaq, ya da burada təmsil olunmaq istəyən TMP gələcək. Bildirilir ki, Pənah Hüseynov, Sülhəddin Əkbər və Fazil Qəzənfəroğlu TMP-nin tərəfindədir. Yerdə qalanlar bir növ bitərəfdir. "Əhrar" isə qəti şəkildə "Azadlığ"ı müdafiə edir. Demokratik Konqresin növbəti iclasında məsələnin konkretləşəcəyi və ciddi qərar qəbul olunacağı gözlənilir.
Siyasi partiyalar xırdılandıqca, xırdalanırlar. Böyüklərdəki, parçalanmalar indi də deyəsən daha çox kiçiklərə sirayət edir. Belə ki, Demokratik Sağ Partiyasının sədri və müavini arasında hami axtarışında ciddi fikir ayrılığı var. Sədr Ə.Nəcəfov Mütəllibovla yaxınlığa üstülk versə də, müavin Nizami Məhəmmədoğlu Müsavatdan əl götürməməyi təkidlə tələb edir. Bu narazlığın ucbatından DSP-1 və DSP-2-nin yaranacağı ehtimal olunur.
Zərdüşt Əlizadəyə ADP-yə gəlmək haqda təklifin olmadığını deyən ADP Ali Şurasının sədri Nurəddin Məmmədli bildirir ki, Z.Əlizadə həqiqi solçudur və öz ideyalarına son dərəcə bağlı adamdır. "Zərdüşt bəyə psixoloji təsir göstərmək qeyri-mümkündür. Onun ASDP-də nüfuzunun aşağı düşməsi haqda deyilən fikirlərlə razı deyiləm, çünki o sabit reytinqini saxlaya bilən siyasətçidir. Onunla bir sırada durmaq, hesab edirəm ki, hər bir ADP-çi üçün uğur gətirər. Lakin ona belə bir təklif olunmayıb. Onların qurultayında nə olacağı isə gələcəyin işidir."
Hələlik heç bir quruma qoşulmayacaqlarını deyən Ayaz Mütəllibovun sədr olduğu Vətəndaş Birliyi Partiyasının baş katibi Sabir Hacıyev Azərbaycançı Qüvvələr Birliyini dəstəklədiklərini etiraf edir. "Önəmli blok deyil, iş birliyidir" - deyən baş katibin fikrincə iş birliyi olmayanda birgə qurumlar heç bir rol oynamır. Hacıyev bildirir ki, onların qatılacağı birgə qurum mətbuatda son vaxtlar tez-tez hallanan AMİP - AXCP ("islahatçılar") - VBP - VHP birliyi deyil. Sadəcə olaraq keçən ayın axırlarında mən Etibar Məmmədovla iki tərəfli görüş keçirmişdim. Jurnalistlər də bundan istifadə edib, belə məlumatlar yaydılar.
|