|
|
|
|
#109(333)
|
 |
"Bu məsələni də yoluna qoyacağıq"
İqbal Ağazadənin sözlərinə görə, partiyasında baş verən hadisələrdə üç nəfərin əli var
|
Vətəndaş Birliyi Partiyasının (VBP) sədri, millət vəkili İqbal Ağazadə Türkiyədə olduğu bir ərəfədə rəhbərlik etdiyi siyasi təşkilatın üzvləri "Hürriyyət" qəzetinin redaksiyasında növdəbəkənar qurultay keçirdilər. Qurultayda partyadan İqbal Ağazadənin çıxarıldığı, VBP-nin ləğv edildiyi və onun bazasında Mühafizəkarlar Partiyası yaradıldığı bəyan edildi.
Dünən gecə Türkiyədən Azərbaycana dönən millət vəkili bu hadisənin təfsilatını öyrənmək üçün dərhal partiyada onunla qalanları başına yığaraq müzakirə aparıb. Qısa araşdırma nəticəsində İqbal Ağazadənin g-əldiyi nəticə belədir ki, "bu, parçalanma yox, bir neçə nəfərin partiyadan getməsidir". Onun sözlərinə görə, partiyadan cəmi dörd nəfər gedib. Partiyada ən yüksək səlahiyyət sahibi sədr və Ali Məclisin sədridir. Məclis sədri də mənimlə Türkiyədə səfərdə idi. Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri Gültəkin xanım da bu gün partiyadadır və fəaliyyətini davam etdirir. Partiyanın sədri də mənəm və mən də öz yerimdəyəm".
VBP-də cərəyan edən hadisələrdə partiyanın Ayaz Mütəllibov qanadını və ADP həmsədri Rəsul Quliyevi ittiham edən millət vəkilinin qənaətinə görə, sifarişin onlardan gəlib: "Bundan başqa, Qənimət Zahidov "Azad söz" jurnalistlər birliyiin qərargahını ürəkaçıqlıqla onlara təklif edib. Hər halda həmin üç şəxsin təmsil olunduğu partiyalarınÿbu hadisədə bu və ya digər şəkildə marağı var. Ancaq onlar o qədər tələsiblər ki, iki-üç nəfərə qurultay çağırmaq səlahiyyətinin verilmədiyini unudublar. Qurultayı yalnız Ali Məclis çağıra bilər. Məclisin isə belə bir qərarı yoxdur".
İqbal Ağazadə ayrılan qrupun qurultayda səsləndirdiyi "VBP ləğv edilir və onun bazasında Mühafizəkarlar Partiyası yaradılır" bəyanatını əhəmiyyətsiz hesab edir. Onun sözlərinə görə, bundan sonra da VBP kimi fəaliyyətlərini davam etdirəcəklər: "Təsadüfi deyil ki, İsveç səfərim zamanı mənimlə yaxın olan "Neytral" qəzetində də bir insident yaratdılar. Gəlib məsələni sakitliklə yoluna qoydum. Türkiyədə olanda isə partiyada eyni oyunu çıxardılar. Onlar əmin ola bilərlər ki, bu məsələni də çox asanlıqla yoluna qoyacağıq".
Qiyamı Mütəllibov təşkil edib?
VBP katibi Təhməz Nəcəfov: "Nadir Quliyevin hərəkətlərini alqışlayıram"
|
VBP-də İqbal Ağazadəyə qarşı "qiyam" qaldırmış qrupa başçılıq edən Nadir Quliyevin eks-prezident Ayaz Mütəllibovun rəhbəri olduğu eyniadlı partiya ilə əməkdaşlığa hazır olduğunu bildirməsi analitiklər tərəfindən maraqla qarşılanıb. Ağazadənin hakimiyyətə konstruktiv münasibətini diqqətə çəkən bir çoxları "qiyam"ın "mütəllibovçu"lar tərəfindən təşkil olunduğu ilə bağlı mülahizəni daha inandırıcı hesab edirlər.
Yayılan məlumatlara görə, VBP funksioneri Sabir Hacıyev İqbal Ağazadənin "siyasi izolyasiyası" müqabilində Nadir Quliyevə istənilən yardımı edəcəklərini də söz verib.
VBP-nin təşkilat katibi Təhməz Nəcəfov isə müxbirimizlə söhbətində yayılan məlumatları əsassız saydığını deyib. Onun sözlərinə görə, İqbal Ağazadə tərəfindən aldanılmış partiya üzvləri öz siyasi aqibətlərini müəyyənləşdirmək istiqamətində addım atıblar: "Burada bizim heç bir marağımız ola bilməz. Sadəcə, İqbal Ağazadə tərəfindən aldanılmış qrup onu partiya sıralarından uzaqlaşdırıb. O, bir qrup adamı özü ilə partiyadan aparanda onlara ciddi vədlər vermişdi. Nadir Quliyev və onun tərəfdarlarının bu addımlarını bir vətəndaş kimi alqışlayıram. Nəhayət, həqiqət zəfər çaldı. Hesab edirəm ki, artıq İqbal Ağazadənin siyasi karyerasına son qoyuldu".
Mühəfizəkarlar Partiyası yaratdığını elan edən Nadir Quliyev də "qiyam"ın VBP tərəfindən idarə olunduğu barədə ehtimalları əssasız sayır. Quliyev bildirib ki, əslində, hadisələrin kökündə partiya sədri kimi İqbal Ağazadənin nizamnaməyə əməl etməməsi dayanır. Onun sözlərinə görə,
qeyri-demokratik şərait üzündən VBP-nin seçkili orqanları iflic vəziyyətinə düşüb: "Nizamnamədə Ali Məclisin iclaslarının ayda bir dəfədən gec olmayaraq keçirilməsi nəzərdə tutulsa da, İqbal Ağazadə faktiki olaraq buna əməl etmirdi. Bunun əvəzində isə seçkili orqanların əvəzinə özü müstəqil qərarlar qəbul edirdi. Biz əvvəl-axır onun bu özbaşınalıqlarına son qoymalı idik".
Müsavat ehtiyatlı mövqe tutur
AXCP-nin ("klassiklər") mitinq təşəbbüsü dəstəklənməyib
|
Müsavatyönlü Demkonqresdə kütləvi aksiyalar keçirilməsi məsələsinə münasibətdə ciddi mövqe ixtilafları ortaya çıxıb. AXCP ("klassiklər") başda olmaqla bəzi partiyalar yaxın perspektivdə yürüş-mitinqlər təşkil etmək zərurətini qabartsa da, Müsavat rəhbərliyi indiki halda buna ehtiyac olmadığını önə çəkib. Məlumatlı mənbənin "Bizim ƏSR"ə bildirdiyinə görə, Demkonqresin son iclasında bu istiqamətdə aparılan müzakirələr nəticəsiz qalıb.
Müsavat rəhbərliyinin əsas arqumenti bu olub ki, uzun fasilədən sonra başlanacaq etiraz aksiyaları ya kütləvi olmalı, ya da heç keçirilməməlidir. Bildirilib ki, müxalifət ümummilli bir məsələ ilə bağlı mütəşəkkil olmayan hər hansı kütləvi aksiya keçirməklə iqtidara ciddi təzyiq "rıçaqlar"ının olmadığını sərgiləmiş olar. Müsavatçıların digər arqumenti bu olub ki, kütləvi aksiyaların keçirilməsini zəruri edən səbəblər yoxdur. Eyni zamanda, regiondakı geosiyasi vəziyyət baxımından da, aksiyalara ciddi beynəlxalq reaksiyanın olmayacağı bildirilib. Bundan başqa, Müsavatçılar kütləvi aksiyalara başlayacaqları təqdirdə, partiyaya qarşı pressinqin güclənəcəyini söyləyiblər. Hazırda partiyanın qərargah problemi ilə üzləşməsi də əsas gətirilib. Həmçinin ciddi təzyiqlər altında partiya elektoratının Demkonqres ətrafında təmərküzləşməsi prosesinin əngəllənəcəyi vurğulanıb. Partiya funksionerlərinin qənaətinə görə, seçkilərə xeyli müddət qaldığından Demkonqresin potensialının "necə gəldi xərclənməsinə" ehtiyac yoxdur.
Gətirilən arqumentlərlə razılaşmayan "klassiklər" isə açıq şəkildə bildiriblər ki, Demkonqres bu məsələdə ləngisə, partiya etiraz tədbirlərinin keçirilməsi təşəbbüsünü öz üzərinə götürəcək. Onların fikrincə, ADP yürüş-mitinqlər məsələsində irəli düşməklə digər partiyaların da elektoratına iddia edə bilər. Bütün bunlar barədə məlumat verən mənbə əlavə edib ki, Demkonqresin sabah keçiriləcək iclasında mövzu ilə bağlı müzakirələr davam etdiriləcək.
|