Ana sehife

ULDUZ FALI  
(18 Sentyabr)
Qoç 21 mart - 20 aprel
Buğa 21 aprel - 20 may
Əkizlər 21 may - 21 iyun
Xərçəng 22 iyun - 22 iyul
Şir 23 iyul - 23 avqust
Qız 24 avqust - 23 sentyabr
Tərəzi 24 sentyabr - 23 oktyabr
Əqrəb 24 oktyabr - 22 noyabr
Oxatan 23 noyabr - 21 dekabr
Oğlaq 22 dekabr - 20 yanvar
Dolça 21 yanvar - 20 fevral
Balıqlar 21 fevral - 20 mart


Qoç
[21 mart - 20 aprel]

Aries Bütün işlərdə ölçü həddini gözləyin. Heç nəyi həddindən artıq israf etməyin: nə vaxtınızı, nə gücünüzü, nə də pulunuzu. İşlərinizin yaxşı getməməsinin səbəbini özünüz tapın. İşləyəndə də, dincələndə də rejimi gözləyin. Görüşlərdən imtina etməyin.

Buğa
[21 aprel - 20 may]

Taurus Fiziki və əqli imkanlarınızdan eyni zamanda istifadə etməyiniz gözəl nəticə verəcək. Yamanlıqları bir müddət unudacaqsınız. Şəxsi həyatınız və uşaqlar sizin üçün bəzi problemlər yarada bilər, onları da həll etməyə gücünüz çatacaq. Evdən kənarda olanları heç bir problem gözləmir, həyatdan zövq alacaqlar.

Əkizlər
[21 may - 21 iyun]

Gemini Həyatdan nə istədiyinizi bilin. Mücərrəd istək arxasınca gedib gücü tükətmək olmaz. Alınacaq işi əldə etmək üçün ruhdan düşmədən qətiyyətli olmaq, axıracan eyni istəyə can atmaq lazımdır. Yeni tanışlıq həyatınızın axarını yaxşı səmtə istiqamətləndirəcək.

Xərçəng
[22 iyun - 22 iyul]

Cancer Ağlınıza çox maraqlı fikirlər gələcək. Bu ideyaların heç birini unutmamaq şərtilə onları həyata keçirə biləcək adamları əhatənizə toplayın. Gündəlik qeydlər etməyiniz məsləhətdir, bəzən zəruri məsələləri belə unudursunuz. Ailə qurmayanlar artıq tələssinlər, uğurlu günlər üçün şəraitdir.

Şir
[23 iyul - 23 abqust]

Leo Məxaricinizin çoxaldığı, işlərin qismən ləng getdiyi vaxtda ruhdan qətiyyən düşmək olmaz. Kimə nə qədər verilibsə, bir o qədər də hesab soruşulur. Görünüşünüz əzəmətlidir, bunu işlərinizlə də doğrultmağınız məsləhətdir. Nə qədər səxavətli olsanız, bir o qədər çox qazanacaqsınız.

Qız
[24 avqust - 23 sentyabr]

Virgo Ailə, iş, maddi durum sizi həmişə narahat edən əjdahadır, onu sakitləşdirmək üçün vaxt və mənfəətinizi israf edirsiniz. Qayğı ilə insanlara yanaşmağınız bəhrəsini verəcək. Gələcək fəaliyyətiniz üçün geniş imkanlar açılacaq, fürsətdən istifadə etməyi bacarın.

Tərəzi
[24 sentyabr - 23 oktyabr]

Libra Gözləmədiyiniz xeyir xəbər eşidəcəksiniz. Uşaqların və doğmaların vəziyyətilə əlaqədar sevinəcəksiniz. Ötən zamanlardan qalan sənədlər məktub və qeydlər həyatınıza yenilik gətirəcək. Hər bir hadisə qəfildən baş verəcək, buna görə səksənməyin, yenilik irəli atılan addımdır.

Əqrəb
[24oktyabr - 22 noyabr]

Scorpio Özünüzü çətinliklərə o qədər öyrəşdirmisiniz ki, rastlaşmayanda darıxırsınız. Fərdi inkişafınızın qayğısına qalın. Çox düşünün, götür-qoy edin. Özünüzü başa düşməyə çalışın. Buna görə tənbəllik etməyin. Çox ola bilsin ki, gizli istəklərinizi həyata keçirmək üçün şansınız meydana çıxacaq.

Oxatan
[23 noyabr - 21 dekabr]

Sagittatius Zehninizi işlətməlisiniz. Xırda-para məsələlərə diqqətinizi dağıtmayın. Əsas məsələdən möhkəm yapışın. Düşünməkdən yorulmayın, düşündüklərinizi icra edin. Əgər siz çox gözəl təkliflər verirsinizsə, bu, ətrafdakıların da nəzərindən qaçmaz.

Oğlaq
[22 dekabr - 20 yanvar]

Capricorn Vəzifəcə artmaq istəyiniz sizə rahatlıq vermir və maddi təminatınızın əsasını ancaq bunda görürsünüz. Bütün imkanlarınızı səfərbər edin. Özünüzü yaxşı yöndən göstərməyə çalışın. Öncədən heç kəsə heç nə deməyin, sadəcə, yaxşı zəmin hazırlayın. Hamilərin köməyilə istəyinizə çatacaqsınız.

Dolça
[21 yanvar - 20 fevral]

Aquarius Təhsil, məlumatlarla işləmək, elmi fəaliyyət sizin işinizin əsasında duracaq, bundan da xeyir qazanacaqsınız. Xariclə əlaqələriniz yaranacaq. Özünüzü çox yüksək mərtəbədə görəcəksiniz. Hər bir işdə üstünlük sizin tərəfinizdə olacaq. Maddi durumunuzun yaxşılaşdırılmasının bünövrəsini qoyacaqsınız.

Balıqlar
[21 fevral - 20 mart]

Pisces Gözəl və ağıllı ideyalarınızı sonraya saxlayın, yazın ki, unutmayasınız. Kompromiss variantlar fikirləşin ki, sizə ziyanı dəyməsin. Birbaşa həll etmək istədiyiniz məsələlər daşa dirənəcək. Mütləq mənada qanuna əks hərəkətlər etməyin, dolayısı ilə işinizi görüb qurtarın.



 
Copyright © by Media LTD,2001 E-mail